525.Az

Ermənistan Goranboyun kəndini atəşə tutub


 

Ermənistan Goranboyun kəndini atəşə tutub<b style="color:red"></b>

Bu gün səhər saatlarından Ermənistan ordusu Goranboyun daha bir yaşayış məntəqəsini – Səfikürd kəndini iriçaplı silahlardan atəşə tutub.

APA-nın yerli bürosunun xəbərinə görə, nəticədə kənd sakini Həqiqət Cəfərnicatinin və Vidadi Yusifovun evlərinə raket mərmisi düşüb. Evlərdən biri tamamilə dağılıb, digəri isə yarasız vəziyyətə düşüb.

Səfikürd kənd orta məktəbi və kənd icra nümayəndəliyinin binası da zərər görüb.

 





01.10.2020    çap et  çap et