525.Az

“Hazırda Azərbaycan Ordusunu uğurlar müşayiət edir”


 

 “Hazırda Azərbaycan Ordusunu uğurlar müşayiət edir”<b style="color:red"></b>

Rusiyanın tanınmış hərbi ekspertləri Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın işğalı altındakı ərazilərini azad etmək üçün keçirdiyi hərbi əməliyyatların gedişatını APA-nın Moskva müxbirinə şərh ediblər. 

“Mili Müdafiə” jurnalının baş redaktoru, ehtiyatda olan polkovnik İqor Korotçenko Azərbaycan Ordusunun hərbi əməliyyatlar başlayandan artıq bir sıra hərbi uğurlar əldə etdiyini bildirib:
 
“Anlaşılandır ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan qoşunlarının güclü möhkəmləndirilmiş mövqelərini məhv etməlidir. Qeyd edim ki, bir neçə on illiklər ərzində Ermənistan qoşunları işğal altında saxladıqları ərazilərdə möhkəmləndirilmiş müdafiə şəbəkəsi yaradıblar. Uzunmüddətli mühəndis istehkamları qurublar, betonlayıblar. Ona görə də Azərbaycan Ordusu qarşısında əks-hücum üçün heç də asan tapşırıq dayanmayıb. Bütün bunlara baxmayaraq, biz hazırda Azərbaycan Ordusunun cəbhənin bir sıra məntəqələrində uğurlarının şahidi oluruq. Azərbaycan Silahlı Qüvvələri irəli doğru gedir, strateji yüksəklikləri ələ keçirir. Daha əvvəllər Ermənistan tərəfindən işğal olunmuş yaşayış məntəqələrini azad edir”.

İ. Korotçenko hərbi toqquşmaların eyni zamanda, bütün cəbhə boyu davam etdiyini xatırladıb:
 
“Biz burada Azərbaycan tərəfindən yüksək dəqiqlikli silahlarının tətbiq olunduğunun şahidi oluruq. Zərbə endirən pilotsuz uçuş aparatlarından geniş istifadə olunmaqla rəqibin atəş nöqtələri, hərəkətdə olan texnikaları yüksək dəqiqliklə məhv edilir. Bu, onu göstərir ki, Azərbaycan Ordusu texniki cəhətdən müasir silahlarla təchiz olunub, uğurla hərbi əməliyyatları davam etdirir. Azərbaycan Ordusunun qərargah komandirlərinin hazırlığının və bacarığının yüksək olduğu görünür. Biz başa düşürük ki, vəziyyət çox mürəkkəbdir və dinamik olaraq dəyişir. Lakin hazırda Azərbaycan Ordusunu hərbi uğurlar müşayiət edir”.

Digər rusiyalı hərbi ekspert Aleksandr Perenciyev də Azərbaycan Ordusunun cəbhədə uğurla irəlilədiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan Ordusunun kəşfiyyatının yaxşı işlədiyi göz qabağındadır:
 
“Hərbi nöqteyi-nəzərdən müharibədə kəşfiyyat çox önəmlidir. Daha dəqiqi isə hərbi əməliyyatların sutkanın gecə vaxtı həyata keçirilməsidir ki, bunu da Azərbaycan Ordusu Ermənistanla müqayisədə daha effektli edir. Ermənistan ordusunun gecə vaxtı döyüşmək imkanları çox məhduddur. Bu çox önəmli faktordur”.     


 

 





01.10.2020    çap et  çap et