525.Az

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bəyanat yaydı


 

BƏYANATDA DÜNYA İCTİMAİYYƏTİ ERMƏNİSTANIN TƏCAVÜZKAR SİYASƏTİNƏ ADEKVAT MÜNASİBƏT BİLDİRMƏYƏ ÇAĞIRILIR

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bəyanat yaydı <b style="color:red"></b>

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistanın Azərbaycana qarşı yeni təcavüz aktı ilə bağlı bəyanat yayıb.

Fonddan verilən məlumata görə, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu sentyabrın 27-də Ermənistanın atəşkəs rejimini növbəti dəfə pozduğunu, Azərbaycanın tarixi torpaqlarında hərbi təxribatların aparılması, mədəni irsinin, o cümlədən, tarixi, dini abidələrinin təhqir və məhv edilməsi, mütəmadi olaraq dinc əhalinin atəşə tutulması istiqamətində apardığı işğalçılıq siyasətini qətiyyətlə pisləyir.

Qurum BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı qəbul olunan müvafiq qətnamələrin yerinə yetirilməsinin vacibliyini vurğulayır.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycanın öz əzəli torpaqları uğrunda apardığı haqlı siyasətini dəstəkləyir və dünya ictimaiyyətini Ermənistanın təcavüzkar siyasətinə adekvat münasibət bildirməyə çağırır.

Fond Ermənistanın hərbi təxribatları nəticəsində həlak olanlara Allahdan rəhmət diləyir, onların ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, yaralılara şəfalar diləyir.

 





01.10.2020    çap et  çap et