525.Az

Azərbaycan PEN klubundan Qarabağ bəyanatı


 

Azərbaycan PEN klubundan Qarabağ bəyanatı <b style="color:red"></b>

Erməni təxribatları nəticəsində bu günlərdə Qarabağda müharibənin alovlanması və ordumuzun əks-hücuma keçməsi barədə Azərbaycan PEN klubu bəyanat yayıb.

Bəyanatda deyilir:

"Hörmətli həmkarlar!

Hörmətli yaradıcı birliklərin üzvləri!

Otuz ildən artıq davam edən münaqişə xüsusunda sizə müraciət edirik. Bu illər ərzində  davamlı olaraq iki dövlətin qarşılıqlı iddiaları əsasında dünyada səhv fikir formalaşıb. Əslində isə söhbət təcavüzkar qonşu dövlət tərəfindən zəbt olunan Azərbaycan ərazilərinin azad olunmasından gedir. Təxminən milyon nəfər dinc sakin öz yaşayış yerlərini məcburi tərk edib, torpaqlarımızın beşdə bir hissəsi işğal edilib. Otuz ilə yaxındır ki, bizim vətəndaşlarımız öz doğma torpaqlarına qayıda bilmirlər. Bütün beynəlxalq təşkilatlar işğal faktını təsdiq edir və Azərbaycan torpaqlarının azad olunmasını tələb edir. Bütün dövlətlər - BMT-yə üzv olanlar bizim ölkəmizin ərazi bütövlüyünü təsdiq edir. Azərbaycan qonşu dövlətdən  bir metrdə  torpaq  iddiasında deyil. Söhbət bizim torpaqlarımızın azad olunmasından gedir. Biz bütün dünya ictimaiyyətini bu məsələdə obyektiv olmağa və baş verən hadisələri anlayışla qarşılamağa çağırırıq. Otuz ildən artıqdır ki, Azərbaycan səbirlə bu problemin sülh yolu ilə həll olunmasına çalışıb. Otuz il səmərəsiz, heç bir nəticəsi olmayan danışıqlar. Dünya ictimaiyyəti bizim ölkədə baş verənləri dərk etməli və başa düşməlidir. Biz, bütün sağlam düşüncəli, namuslu, vicdanlı insanların baş verən hadisələrə obyektiv yanaşacaqlarına inanmaq istəyirik"

 





01.10.2020    çap et  çap et