525.Az

Azərbaycan səfiri Emmanuel Makrona cavab verdi


 

Azərbaycan səfiri Emmanuel Makrona cavab verdi<b style="color:red"></b>

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Fransa prezidenti Emmanuel Makrona cavab verib.

“Report”un xəbərinə görə, Fransanın dövlət başçısı Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurma ilə bağlı “Twitter”də paylaşım edib.

O yazıb: “Hamımız birgə müqavimət göstərəcəyik. Buna əmin olun”.

Azərbaycanın Parisdəki səfiri Rəhman Mustafayev E.Makronun yazdıqlarını paylaşaraq ona cavab verib.

“Təşəkkürlər, cənab Prezident! Azərbaycan və Fransa separatçılıq və təcavüzkar siyasətə qarşı birgə mübarizə aparır və aparacaq”, - səfir vurğulayıb. 

 





01.10.2020    çap et  çap et