525.Az

Dünya şöhrətli alimdən Azərbaycana dəstək


 

Dünya şöhrətli alimdən Azərbaycana dəstək <b style="color:red"></b>

Amerikada yaşayıb, fəaliyyət göstərən Nobel mükafatçısı, Karolina Universitetinin professoru, türk əsilli Aziz Sancardan Azərbaycana dəstək gəlib.

Aziz Sancar Tvitter səhifəsində haqq savaşında Azərbaycanın yanında olduğunu, sevgisini, dəstəyini ifadə edib. O, paylaşdığı videoya "Yanındayız Azerbaycan" sözlərini yazıb. Bu post 60 mindən çox  bəyənmə alıb, 9 minədək izləyici tərəfindən paylaşılıb.

Qeyd edək ki, görkəmli alim 2015-ci ildə DNA sahəsində tədqiqatlarına görə kimya üzrə Nobel mükafatına layiq görülüb. Ə.Sancar elm sahəsi üzrə Nobel mükafatı alan ilk türkdür.

 





01.10.2020    çap et  çap et