525.Az

Mərakeş Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir


 

Mərakeş Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir<b style="color:red"></b>

Mərakeşin Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyinə nota ünvanlayıb.

APA xəbər verir ki, 28 sentyabr 2020-ci il tarixli notada Dağlıq Qarabağ regionundakı hərbi insidentlərin Mərakeş Krallığı tərəfindən narahatlıqla izləndiyi və günahsız mülki vətəndaşların ölümündən təəssüf hissinin keçirildiyi bildirilir.

Mərakeş tərəfləri təmkinli olmağa, Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll etməyə çağırır: “Mərakeş Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, istənilən separatçılıq və ya silahlı üsyan addımlarını qınayır”.

 





01.10.2020    çap et  çap et