525.Az

Xarakterik rənglər axtarışında


 

Xarakterik rənglər axtarışında <b style="color:red"></b>

Filologiya üzrə fəlsəfə doktoru

  

Son bir neçə onillikdə bədii təfəkkürü, düşüncəsilə ədəbiyyata gələn yeni nəsil təbii ki, dövrün ədəbiyyatını yaratmaqla özünüifadəyə maraqlıdırlar. Bu, sovet rejiminin süqutundan sonra meydana gələn azad ruhlu əsərlərdə özünü daha qabarıq formada göstərir. Əslində bu azadlıq daxili bir inama, vicdanın səsinə tapınanda dəyərli olur. gizlədək, bəzən sərbəstliyimizi kin-küdurətə, şəxsi ambisiyalara qul edəndə azadlığın rəngləri qarışır. O zaman həyat gerçəkliklərindən uzaq düşən yazıçının özünüifadəsi çətin ki, baş tuta... 

 

Təxminən üç ay əvvəlYada düşdüjurnalındaSevgi məbədində vaxtsız ölümadlı bir hekayə oxudum. Hadisələrin dinamik inkişafı, müəllifin özünün bir iştirakçı kimi əvvəldən axıracan baş verənlərin mərkəzində olması, yaşanılan ömrün puçluğuna şahidliyi, faciəni doğuran səbəb, nəhayət, xoşbəxtliyin qara sonluğu mənə maraqlı göründü. Nədən ki, müəllifin baş verənləri haysız-küysüz bir formada təsviri cəlbedici idi. “Ölüm mələyinin yaratdığı mənzərə uzun zaman gözlərimin qarşısından çəkilmədi. Müəllif faciəli sonluğun biabırçı mənzərəsini arxa plana keçirməklə, oxucunu iki sevdalının bir can kimi əbədiləşməsilə bu sevginin haqqına inandıra bilib. Əbədi sevginin faş olmuş mübhəmliyi mentalitetimizin qəbul etmədiyi formada baş versə , faciəyə məntiqi ləyaqət gətirə bilib. Burda müəllifin ədəbi cəsarəti, axına qarşı getməsi özünəxas dəst-xəttin ifadəsidir.

 

Haqqında söz açdığım hekayənin müəllifi gənc yazıçı Natiq Məmmədlidir. Natiq ixtisasca tarixçidir, tarix üzrə fəlsəfə doktorudur. Amma taleyini jurnalistikaya bağlayıb, söz adamı kimi özünü məhz burda tapıb. “Kaspiqəzetinin baş redaktoru, Əməkdar jurnalistdir. Onu da qeyd edim ki, “Kaspinin şənbə saylarında ədəbiyyatımız, mədəniyyətimizlə bağlı verilən yazılar qəzetin ətrafında zövqlü oxucu auditoriyası toplaya bilib.

 

Söhbətimin əvvəlindən duyulduğu kimi, bu yazıda Natiqin bədii yaradıcılığından söhbət açmaq fikrindəyəm. Əslində jurnalistika ilə yazıçılıq ədəbi yaradıcılıqda qoşa qanad kimidir. Bunlar hər zaman bir-birini cilalayan tamamlayan peşədirlər. Son illərdə Natiqin bədii yaradıcılıqla məşğul olması bu sahəyə kifayətcə ciddi yanaşması yaradıcılığın ədəbi qolunda da özünü ifadə etməsi istəyi ilə əlaqədardır. OnunSevgi məbədində vaxtsız ölümhekayəsi ətrafında ədəbi zövqünə inandığım yoldaşım Azər Sarıyevlə fikirlərimi bölüşəndə o, mənə NatiqinLəyaqət düsturukitabını oxumağı məsləhət bildi.

 

Kitabdakı hekayələri oxuyub başa çıxanda hiss etdim ki, düşüncəmdə yazıçının həyat müşahidələrinin, qəhrəmanların yaşadığı ömür-günün içərisindəyəm. Bəri başdan onu deyim ki, hekayələrin səmimiliyi özünün təhlilini doğuran bədii detallar, təsvirlər, lövhələrlə zəngindir. Duydum ki, Natiq uşaqlıq çağlarından üzü bu yana, ətrafında baş verən hadisələrə biganə qalmamış, həmişə nələrinsə axtarışında olmuşdur. Müşahidələrini yelə verməmiş, onları bədii lövhələr, illüstrasiyalar kimi hafizəsində hifz etmişdir.

 

Bu ədəbi axtarışların xarakterik formaları, hekayələrdə təsvir olunmuş həyat materiallarının, zəngin faktların sadə lakonik şəkildə ifadəsi onun uğuruna hesablanmalıdır. Burda fərqinə vardığım əsas amil müəllifin bütün hadisələrin içərisində olması, onları ədəbi məhsula çevirə bilmək bacarığı idi. Yazıçı bütün hekayələrində özünəməxsus orijinallıqla görünür. Adama elə gəlir ki, Natiq küçədə, ictimai yerlərdə prototip olacaq qəhrəmanları ilə yanaşı addımlayır, onları davranışından, səsindən-sözündən tanıyır. Bu adamlar yaddaşını tərk etməmiş gördüyü cizgilərin rəngini seçməyə, ayırmağa, ən başlıcası da bu rəngləri qarışdırmamağa çalışır. Elə xarakterik rəngləri həyatın özündə axtardığına görədir ki, bu cəhdi, zəhməti uğurlu alınır. Belə axtarışlar Natiqin yaradıcılığında vərdişə çevrilib.

 

Özünütəsdiqin çətin yoluna düşən gənc qələm sahibi heç kimi təqlid etmədən, fərdi qaydada qurduğu yaradıcı təsərrüfatında ədəbi məhsullarını yetişdirir. Natiq hekayələrinə maraqlı giriş verməyi bacarır. Bu girişin özü artıq süjetin inkişafına təkan verir. Sanki hansısa bir qəsrin qapısını açırsan, qarşında hər şeyi yerli-yerində, öz rəngində görürsən. Maraqlı görünən tərəflərdən biri budur ki, müəllif həyat gerçəkliklərini xarakterik detallarıyla yazıya gətirərkən ona düşünülmüş sonluq verməyi bir məqsəd kimi qarşısına qoymur. Bu vəzifəni halına-xasiyyətinə bələd olduğu personajın üzərinə qoyur. Elə bu səbəbdən çox zaman hekayənin məhz gözlənilməyən bir sonluqla bitməsi insanı uzun zaman öz təsirində saxlayır. Bu da yaxşı bir novella sonluğunu xatırladır.

 

Natiqin hekayələrində çeşid-çeşid personajlarləyaqət alverçisi, kor, kloun, məmur, bivec oğullar, oğru... var. Müəllif projektorun gur işığını müxtəlif peşə, əqidə sahiblərinin ləyaqətinə, mənəviyyatına salır. TəkcəLəyaqət düsturunda deyil, başqa hekayələrin məğzində dayanan insan əxlaqının, ləyaqətinin, milll dəyərlərin qorunma məsələsidir.

 

N.MəmmədlininLəyaqət düsturuhekayəsində oxucunu düşündürən qəhrəmanın düşdüyü vəziyyətdir. Hansısa qəzetdə bir jurnalistin tənqidindən qızışıb özündən çıxan birisininşərəf ləyaqətinindəyərinin ödənilməsindən ötrü məhkəməyə müraciət etməsi fikri qəhrəmanı gülünc vəziyyətə salır. Yazıçının bu əsərində insan ləyaqəti obyekt kimi axtarışdadır. Burda hekayənin qəhrəmanı Cəsarətin dəyərləndirmək istədiyi ləyaqət hissinin əslində özündə olmaması məsələsi ortaya çıxır. Bəlkə müəllif insan əxlaqının başlıca meyarı olan ləyaqət amilinibu bədii  detalı daha şaxəli süjet ətrafında inkişaf etdirə bilərdi. Görünür, yazıçı janrın tələbinə uyğun olan lakonikliyi itirməməkdən ötrü, axtarışa çıxarılanləyaqətəyığcam forma verərək rəngli bir tablo yaratmağı düşünmüşdü.

 

İnsan xilqətinin ali dəyəri olan bu keyfiyyətLəyaqət düsturundan start götürərək onun digər hekayələrində davam etdirilir. Yəni müəllif xarakterik rəngləri başqa-başqa istiqamətdən öyrənir. Onların görkəmindən tutmuş, səsində, hərəkətlərində nəyisə canlı vermək üçün gördüyü, seçib-aradığı rənglərdən obrazların aydın dolğun görünməsində məharətlə istifadə edir. Belə yaxınlıqda onları yetərincə tanımağa çalışır. İnsanın həyat tərzini, əməllərini həyatın özündə müşahidə etməsi, duyması oxucunu bu gerçəkliklərə inandırır.

 

Onun əsərlərində hadisələrin baş verməsindən başlamış, süjetin inkişafı prosesi, ideyanın təsir gücü özünüifadəyə tapınır. Yazıçı çox sadə, həm maraqlı görünən məqamları tərəfləri həyat materiallarının timsalında yığcam, intellektual təhkiyəsilə diqqətə çatdırır. Bütün hadisələr müəllifin göz yaddaşından keçir. Həm sadəcə görünüb keçmir. Korun görüb keçdiyi yasəmən ağacının ətrindən başlamış, əyri-üyrü, daşlı-torpaqlı daldabucaqlar da oxucunun gözləri qarşısından kinolenti kimi ötür. Burda bədii təsvirlər, düşüncələr, dialoqlar canlıdır, duyumludur, eşidiləndir. Elə Natiqin hekayələrinin yaddaşı xəfif bir meh kimi oyatmasının bir səbəbi budur.

 

Mən bu şəhərin küçələrini, döngələrini kələ-kötüründən, insanların, heyvanların səsindən, ağaclarını, güllərini qoxusundan tanıyıram” (“Korun gördüyü gələcək”), ifadəsi əslində korun necə aydın, iti baxışlara malik, zəngin həyat təcrübəsinə, yaşadığı dünyaya bağlı bir insan olduğunu göstərir. Ən əsası da korun gördüyü gələcəyi bəzi kortəbli, kor düşüncəli açıq gözlərin görə bilmədiyinə oxucunu inandırır. Dünya işığından məhrum olan bir kişinin gördüyü gələcəkdə insani münasibətlərin kobudcasına pozulduğunu, nizam-tərəzinin itdiyini, həyat rənglərinin qarışdığını göz önündə canlandıranda adam getdiyi gələcəyin özündən qorxur. Əslində bu qorxunun içində hər cür ədalətsizliyə bir üsyan var: İnsanlar! Xəbisliyi, acgözlüyü, əyrini, yalanı gələcəyə qoymayın!

 

Harınlamış, gözünü pul örtmüş ləyaqətsiz Lütfinin (“Kloun”) kloun qiyafəsində olan adama təhqiramiz yanaşması, onu kişi saymaması əslində özünün bu yüksək addan məhrum olmasını yazıçı hekayə boyu xarakterik detallarla açır. Müəllif bu kəsikliyi o qədər aydın rənglərlə yaradır ki, hətta Lütfinin azyaşlı oğlu da bu tabloda atasıyla klounun arasındakı xarakterik rəngləri aydın görə bilir.

 

Uşaq pıçıltıyla: – Sən kişisən, – dedi. – Mən klounam, – cavab verdi. – Bəs kişi kimdi? – Kişi sənin atan, əmin, dayın... – Mən kloun olmaq istəyirəm... – uşaq bu dəfə bərkdən dedi”.

 

Mənim birinci yalanımda mövzunun peşəkarcasına işlənməsi, ömrün kiçik bir zolağında yaşanılan həyatın təsviri o qədər səmimi, xarakterikdir ki... Bu yalan müəllifin hələ həyatın isti-soyuğuna alışmadığı, rənglərini ayırd etmədiyi bir vaxtda  baş vermişdi. Amma yalan baş tutduqdan sonrakı mənzərə ona əsl həqiqəti dərk etməkdə yardımçı olur. Mətbuat aləminə gəlişi, jurnalistin peşəsinə münasibəti, gənclik köynəyində olan müəllifin baş verənləri düzgün qiymətləndirməsi üçün gerçək materialdır.

 

Həyatın bir-birindən fərqli görünən rəngləri anaların söhbətində aydın nəzərə çarpır. Oğulların yaxşı, yaxud pis olması nədən yaranır? Həyatın xoş, yaxud bəd görünən tərəfləri bir yandan tale yazısıdırsa, başqa bir tərəfdən, onun göz açdığı mühitdən, ailədən əxz etdiyi tərbiyəyə söykənir. Sən bir dərdə bax! Beş oğlun ola, o da... “Beşi qənim kəsilib ömrümə-günümə. Biri türmədə, birirusetdə”, üçü ki, avaradı. Biri-birinə dəyməz, biri heçinə” (“Yaxşı anaların oğulları”). Lakin bu analarla yol yoldaşı olan bir başqa ana da var. Bu ana 19 yaşında şəhid olmuş oğlunun ad günündə onun uyuduğuŞəhidlər Xiyabanına gedir...

 

Natiq MəmmədlininDolmahekayəsi əvvəldən axıradək tünd rənglərlə xarakterizə olunur. Milli təəssübkeşlik hissilə dolu olan bu hekayə oxucunu başdan sonacan həyəcanda saxlayır. Qafqazlıların TiflisinSulikorestoranında üzləşdiyi vəziyyəti doğrudan da sakit izləmək olmur. “Dolmada üç-dörd cümlə ilə xislətini açan erməni Rubiklə, “ rəngdə yalanlarıilə onu ifşa edən azərbaycanlının, adı çəkilən xörəyin kimin mətbəxinə məxsus olması üstündə mübahisəsi araya düşmüş gərginliyi yumşaltmağa çalışan gürcü Vadonun müdaxilələri bütün rənglərin tündləşdiyi nöqtədir. Rubikin dolmanı erməniləşdirərəkbizdə onun yüz cür növü var”, deməklə qonşusuna məxsus olan hər şeyi özününküləşdirmək siyasətinə müəllifin nifrəti tüğyan edir.

 

Mən onun bütün hekayələrində ən kiçik detala, ştrixə belə, ehtiyatla yanaşdığını gördüm. Yəni o, rəngləri düz seçməkdən ötrü gördüyü, yaşadığı həyata ədəbi forma verərək işləməyi üstün tutub. Ona yad olan, qoxusunu, rəngini duymadığı, seçmədiyi hadisələrə ürək qızdırmadığından yaxın düşməyibbildiyindən yazıb.

 

O, yazdıqlarıyla heç kimə ibrət dərsi keçmir, sadəcə, yaşadığı həyatı, çoxumuzun fərqində olmadığımız bulanıqlığı durultmaq, hər şeyi öz rəngində, öz biçimində görmək, yaşadıqlarını ədəbi düşüncəsində sahmanlayaraq ədəbiyyata gətirmək arzusundadır. Bu arzunun gerçəkliyə apardığı yol çoxlarının həyatda görmədiyi, seçə bilmədiyi xarakterik rənglərdən keçir. Natiq Məmmədli əlinə qələm aldığı vaxtdan belə xarakterlərin, belə rənglərin axtarışındadır.

 

Bu axtarışlarında gənc yazıçıya uğurlar arzulayıram.    
 





27.01.2014    çap et  çap et