525.Az

Sözə ehya veriləndə...


 

Sözə ehya veriləndə...<b style="color:red"></b>

filologiya elmləri doktoru, professor

Ver sözə ehya ki, tutduqda səni xabi-əcəl
Edə hər saət səni ol uyğudan bidar söz

Füzuli

Füzulinin poetik olmayan şeiri yoxdur. Füzulinin poetikasıFüzulinin şeiri deməkdir. Poetika şeirin geyimi, forması, bəzəyisözün hüsnüdür.

Çox gözəl bir nəzmdir kim,
vermiş ustadın əli
Hüsniməzmunu ibarətlə
bu cür zinət ona
Hüsn zəncirinə hər kəs
bağlanıb olmuş əsir
Çoxları şəklinə heyrandır,
çoxu məzmununa.  (III c. s.12)

Bu beytlərin müəllifi dahi Füzulişeir fəziləti bir elmdir” – deyirdi.

Poetika şeir fəzilətininşeir elminin sirri deməkdir. Bu sirri açmaq Allahın işinə qarışmaq qədər çətin günahdır. Çünkisöz yaradanın mədhi sənasınəğməsidir ki, o qeybin gizli aləmində həqiqətlər cəvahirindən ətək-ətək şabaş edib qeyri-məhdud xəzinələr yaratmış, məhdud hərflərin dəyişməsi ilə hər xəzinəyə bir açar ixtira etmişdir” (III c. s. 12)

Füzuli şeiri poetik bir tilsimdir. Onu açmaq üçün Şərq poetikasını, sufizmi, islam ehkamlarını, dinin sirlərini, sözün sehrini, ərəbin zehniyyətini, farsın duyğusal aləmini, Şərqin üç əsas dilindəərəb, fars türkcə qəzəlini batini aləmini, müəmma sənətini bilməlisən.

Müəmma əslən ərəbcədir. Örtmək, gizlətmək mənasında olan təmiyə sözündən düzəldilmiş sifətdir.

Müəmma qədim ədəbiyyatımızda mühüm yer tutur, xüsusən şairlər bu şəklə daha çox əhəmiyyət verirdilər.

Çünki müəmma yazmaq onu aça bilmək, xüsusi hazırlıq tələb edir. Çətin müəmma yaza bilmək üçün bir neçə dil bilmək, əbcəd hesabının müxtəlif elmlərinin rəmzi mənasını yaxşı mənimsəməklə bərabər, məharətli tapmaca qurmağı bacarmaq, tiz fəhmlik tələb olunur” (akademik Həmid Araslı).

Füzuli şeiri başdan ayağa poetik müəmmalarla doludur. Onun poetik füqurları  bədii- fəlsəfi müəmma yuvalarıdır. Gözəlin yaşmağını açmadan onun dodağının qönçə, dişlərinin sədəf, dilinin şəkər olduğunu müəyyən etmək olmaz:

Dəhənin dərdimə dərman

dedilər cananın,

Bildilər dərdimi, yoxdur

dedilər dərmanın.

Əlsində dəhanağız yoxdur: dodaq var, dil var, diş varbir onların yerləşdiyi nəfəs boşluğu. Qəlb sözün yuvası, ağız isə sobasıdır. Söz bu sobada bişib, yetişib aləmə çıxır. Təsadüfi deyil ki, ulularSözü ağzında bişirib çıxar!” – deyiblər. Füzulinin bir dənə çiy, bişməmiş SÖZ-ü yoxdur.

Ey camalınqülhüvallahüəhəd

Surətin yazısıAllahussəməd

belə deyirdi Füzulidən xeyli əvvəl İmadəddin Nəsimi! Orta əsrlər poeziyasında Söz özündə kainatın min bir sirrini əks etdirən insan hüsnünü vəsf etmək üçün lazım idi. Fəqət ev təkcə təsvir vasitəsi deyil, varlığında həqqin nurunu gəzdirən surəti açmaq üçün yeganə açar idi:

Heyrət, ey büt, surətin

gördükdə lal eylər məni,

Surətihalım görən surət

xəyal eylər məni.

Füzuli şeirinin novatorluğu, bədii-poetik bənzərsizliyi haqqında çox yazılıb. E.Bertels, B.Çobanzadə, Mir Cəlal, H.Araslı, Ə.Cəfər, Məmməd Cəfər, M.F.Köprülü, M.Quluzadə, S.Əliyev kimi füzulişünaslar bu istiqamətdə dəyərini zaman-zaman qoruyub saxlayan mötəbər söz söyləmişlər. Onların fikirlərinə qədrşünaslıq ifadə edir bildiririk ki, hər zamanın, hər nəslin öz Füzulisi var. Klassikin dahiliyi elə məhz bundadır ki, o hər gələn nəsillə, hər yeni tarixlə yenidən doğula bilir. Dahilər üçün, dahiyanə Söz üçün zaman anlayışı yoxdir, o heç kəs ilə hesablaşmır. ÇünkiFüzuli şeiri üslub, sənət bədii keyfiyyətcə indiyə qədər heç bir şairin çıxa bilmədiyi bir pillədə durur.

...Əsl şeir dil ilə musiqi arasında xüsusi bir sənətdir. Şeir dilin musiqisi musiqinin dilidir” (Əkrəm Cəfər).

Füzulinin şeiri, onun poetikası haqqında onun müasiri Əhdi Bağdadidən tutmuş bu günə qədər çox dəyərli mülahizələr söylənilib. Müxtəlif məqalələr nəzərə alınmazsa Azərbaycanda Füzulinin poetikası haqqında ilk monoqrafik tədqiqatı 1940- ildə Mir Cəlal yazıb. Böyük yazıçı alim Füzuli poetikasının kamilliyini qeyd etmək üçün yazır: “Füzuli yalnız Azərbaycan xalqının, yalnız öz əsərinin deyil, bütün bəşəriyyətin, renessans dövrünün, böyük sənətin böyük oğludur...

Füzuli sənətinin qüdrətini, miqyasını, məziyyətlərini təhlil təyin etmək bir nəfərin, bir elmi məktəbin, hətta bəlkə bir elmi nəslin işi deyildir” (professor Mir Cəlal).

500 ildən artıqdır ki, tarix özü Füzuli poeziyası ilə məşğuldur. Fəqət, hələ Füzuli şeirinin poetik sehrindən baş aça bilmir, onun qarşısında sevgisini acizliyini etiraf etməklə məşğuldur. ÇünkiFüzuli böyük lirikdir... ədəbiyyat tarixində hər şairə bu ad verilmir. Böyük lirik hər şeydən əvvəl həssas dahi insan, böyük mütəfəkkir deməkdir. ...Füzuli sənətinin iki əsas canlı məsdəri var: eşq idrak... Füzuli sevirdi. Füzulini başa düşmək üçün hər şeydən əvvəl sevən qəlbə malik olmaq lazımdır” (akademik Məmməd Cəfər). Sevən qəlb : – Füzuli şeirinin enerji mənbəyi buradadır. O, həm eşqin, həm qəmin yuvasıdır. Füzuli lirikası bu ülviyyət yuvasından pərvazlanır.

Şərqdə şair olmaq çətin şərəfli idi. Çünki Şərq cəmiyyətləri yüksək əxlaq, mənəviyyat üzərində qurulmuşdu. Füzuliyə qədər Firdovsi, Əbu Nüvas, Xaqani, Nizami, Hafiz, Şirazi, Nəsimi, Nəvai kimi dahilər həm Şərq poetik kanonlarını, həm fəlsəfi təlimlərini məhz insana böyük sevgi ifadə edən humanizm-mənəviyyat üzərində qurmuşdular.

Bayrağında humanizm sözü yazılmış, emblemində insan həkk olunmuş Şərq İntibahı da, Xaliqin Məxluqa qovuşması haqqında mistik təlim olan sufizm nurunu Tanrıdan almış mənəviyyata əsaslanırdı. Füzuli poetikası özündə İslam əxlaqını yaşadan türk mənəviyyatının ecazkar Söz çələngi idi.

Füzuli poetikasını, Füzuli Söz-ünün ecazını adi təfəkkürlə, yer düşüncəsi ilə açmaq olmaz. Çünki bu Söz səmadanərşdən gəlirdi:

Sözə xor baxmaq olmaz; hər bir söz

Ərşdəndir gəlib hədiyyə bizə.

Ərşdən gələn Söz fərqiniyerin bəzəyi olmaq üçün insanın qəlbində məskən salır. “İlahi feyzdən bir xəzinəolansöz yaradanın mədhi-sənasınəğməsidir ki, o qeybin gizli aləmində həqiqətlər cavahirindən ətək-ətək şabaş edib qeyri-məhdud xəzinələr yaratmış, məhdud hərflərin dəyişməsilə hər xəzinəyə bir açar ixtira etmişdir” (III.c s. 12). Cism ilə can kimi söz mənadan asılıdır deyirdi Füzuli kimi sözün şəklinəhüsnünə, kimisi mənasına vurulur. Canı cismdən, ruhu bədəndən ayırmaq mümkün olmadığı kimi, sözü mənadan ayırmaq mümkün deyil. Füzuli sözü mənalı sözdür, çünki onun əsasında elm dayanır. bizim fikrimizcə bu təkcə yer insanının tanıdığıhəyatdan, müəllimdən, kitablardan öyrəndiyi elm, elmi idrak deyil. Bəlkə daha çox səmadan Günəşin şüası, Ayın ziyası ilə süzülüb gələn elmi fəhmdir. Şair məşhur qəzəllərindən birində yazır:

bilir oxumayan

müshəfi-hüsnün şərhin

Yerə gökdən üçün endigini

Quranın

(I c. s. 194)

Füzuli deyir ki, müshəf olunmuşlülələnmiş, bükülü kağızda olan hüsnün-yazının şərhini oxumayan Quranın göydən yerə enməsinin mənasını bilə bilməz. O gizli surəti gözlə, qulaqla yox, fəhmlə oxuyan, duyan, bilən Quran hikmətinə vaqif ola bilər. Füzulinin poetikası da belədir; onuqəvandiədəbiyyəterminləri ilə açmaq olmur. Füzuli poetikasının sehrinihəm şəklini həm mənasını şərh etmək üçün bir əlin ərşdə, bir əlin fərşdə olmalı, səmadan nazil olmuş dörd müqəddəs kitabı – “Tövratı, “Zəburu, “İncili Quranı dərindən bilməlisən. Füzuli poetikasını açmaq ulduzlara yol açmaq qədər çətindir. Farsca şeirlərDivanının  da barəsində şair etiraf edir ki, “çətin anlaşılan ibarələr məzmun incəliyinə qarşı yaradılışında bir məhəbbət vardır” (III c. s.16). Füzuli bir dənə olsun artıq təsadüfi söz işlətməmişdir. “Çətin anlaşılan sözlərdedikdə o, məcazi, müəmmalı, poetik baxımdan mükəmməl sözləri  nəzərdə tutur. Bəziləri uzun müddət Füzuli şeirini poetik çətinliyini şairin ərəb, fars sözlərində istifadə etməsi ilə əlaqələndirmişlər. Böyük dilçi Ə.DəmirçizadəƏdəbi dilimizin inkişafında Füzuli mərhələsiadlı qiymətli əsərində bu məsələyə doğru izah verir: “Füzuli elə ərəb fars sözləri seçilib işlətmişdir ki, bunların bir qismi hələ Füzulidən çox qabaq Azərbaycan dilinə daxil olmuş azəriləşmişdi, digər qismi isə qısa, yüngül, asan olduğu üçün, tezliklə mənimsənilə bilən, güman ki, Füzuli qəzəlləri vasitəsilə daha çox yayılan azərbaycanlılar tərəfindən sonralar mənimsənilmiş olan sözlərdir”. Füzuli dilə hakim olan sənətkardır. O, Şərqin üç böyüküç əsas dilində ərəb, fars türk dillərində Şərq ədəbiyyatının əsas lirik janrı olan qəzəl nümunələri yaratmışdır. Bir daha xatırladaq ki, Əbu Nüvas ərəb qəzəlinin, Hafiz fars qəzəlinin, Nəvai Türk qəzəlinin, Mövlanə Füzuli isə həm ərəb, həm fars, həm türk qəzəlinin ustadı hesab oluna bilər. Əslinə baxsan Füzuli poetikası Füzuli qəzəlinin poetikası deməkdir. Füzuli yazıb: “Qəzəl aşiqin könül dərdini mərhəmətli sevgilisinə açması ya məşuqun öz halını sadiq aşiqinə bildirməsidr... Qəzəlin özünəməxsus bir dili müəyyən kəlmə aləmi vardır” (III c, s. 16).

Qəzəldür səfabəkşiəhli-nəzər

Qəzəldir güli-bustani-hünər

Qəzəl bildirir şairin qüdrətin

Qəzəl artırır nazimin şəhrətin

Qəzəl de ki, məşhuri dövran ola

Oxumaq da, yazmaqda asan ola.

Burada orta əsrlər nəzəri fikrinin qəzələ verdiyi əsas nəzəri tələblər öz poetik əksini tapıb. Dahi şair öz şeirlərini təvazökarlıqladünya görməmiş yeniyetmələr, qürbət çəkməmiş yetimlər” (III c. S. 19) adlandırırdı. Çox çəkmədi ki, bu yeniyetmələr yetimlər öz hüsnü, zərif ruhu dərin fəlsəfəsi dünyanı fəth etdi, onlara təslim olmayan bir dənə olsun şeirsevər qəlb qalmadı, Muğam pərisinin qanadlarında könülləri ehtizaza gətirdi. “Füzuli yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı janr forma cəhətdən inkişaf edərək yüksək zirvəyə qalxmışdır. Birinci növbədə lirik şeir formaları Füzulinin qüdrətli qələmi ilə canlanmış, ideya bədii cəhətdən qüvvətli, ahəngdar təsirli olmuşdur. Azərbaycan bədii dilinin, onun bədii təsvir ifadə vasitələrinin zənginləşdirməkdə, şeirin canlı xalq dili ilə əlaqələrini möhkəmləndirməkdə Füzulinin xidmətləri xüsusilə böyükdür” (Professor Mirzağa Quluzadə).

Füzulinin poeziyası XIII-XVII əsrlərdə çiçəklənən oğuzsəlcuq mədəniyyətinin bədii- fəlsəfi yekunu, onun dili həmin mədəniyyətin linqvistik mərhələsi idi. Füzulinin poetikası dərin mənalar üzərində bərqərar olan kamil bədii forma idi. Füzuli ədəbiyyatımıza türk sözünün yeni çoxmənalıməcazi imkanlarını gətirdi. Füzuli özünə qədər dəbdə olan elm diliərəbcənin, şeir dilifarscanın qarşısına türk sözünün elmi poetikasını çıxardı. Türk dilinin haləsi Füzuli istedadından nurlanaraq təkcə Azərbaycan, təkcə türk deyil, bütün Yaxın Şərq ədəbi aləmini nura qərq etdi. Məhz Füzuli ecazı sayəsində türk dili öz mehvərindən çıxaraq dünyəviləşdi. Bu dil yenilməz türk ruhunun bədii tərcümanı idi.

Füzuli poetikasının əsasında elm şeir dayanır, onun şeirini açmaq üçün elmini dərk etmək lazımdır. “Bu qoşa zehni düşüncə yönümləri bir-biri ilə qarşılıqlı təmasda olmuş, biri digərini nəzarətdə saxlamış, bir-birini şərtləndirib pərvazlandırmış, son nəticədə bədrlənib alim-şair Füzuli möcüzəsini yaratmışdır” (professor Sabir Əliyev).

Şərq şairlərinin bəlkə , heç birində intellekt, söz ruh bu qədər üzvi şəkildə, bu qədər səmimi tərzdə birləşməyib. Füzuli şeiri saf səmimidir, burada dil ülviyyət məqamında dayanır. Çünki bu dil ilahi hüsnü, pak eşqi müqəddəs kədəri tərənnüm edir.

Füzuli poetik sisteminin birləşdirici qüvvəsi, düyün nöqtəsi, eləcə şairin lirik qəhrəmanıMəndə Məcnundan füzun şairlik istedadı var // Aşiqi sadiq mənəm, Məcnunun ancaq adı vardeyən Füzuli özüdür.

 





27.01.2014    çap et  çap et