525.Az

Tarixin dərslərindən ibrət almalıyıq - Münasibət


 

Tarixin dərslərindən ibrət almalıyıq - <b style="color:red">Münasibət</b>

Keçmiş səhvlər təkrarlanmayacaq 

10 minlik erməni nizami ordu hissəsinin başında Zəngəzurun yuxarı hissəsini qan içində məhv edən general Andronik Ozanyanın seçmə qoşun hissələrini xalq qəhrəmanı Sultan bəyin (Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri Xosrov bəy Sultanovun qardaşı) başçılıq etdiyi silahlı könüllülər, partizan dəstələri Laçının Zabux dərəsində mühasirəyə alıb qırmış, ələ keçirdiyi ən yüksək strateji əhəmiyyətli yüksəklikləri azad edərək möhkəmlənmişdi. Təəssüf ki, Azərbaycan Xalq  Cümhuriyyəti hökumətinin Zəngəzur qəzasına göndərdiyi qoşunların rəhbərliyindəki erməni əsilli xəyanətkar zabitlər Baş qərargahda hazırlanmış planı - "Zəngəzur əməliyyatı"nı 200 min rubla ermənilərə satıb qazanılmış qələbələri heçə endirmiş, qoşunu acı məğlubiyyətə düçar etmişdilər.

Sisian, Gorus, Laçın, Qubadlıda - yuxarı Zəngəzurda axıdılan qanlar hələ qurumamışdı. Bunun ardınca 1919-cu il noyabrın 19-da Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasının aşağı hissəsində Qafan bölgəsinə bağlı Oxçu kəndində tariximizin ən faciəli günlərindən biri yaşanmışdı. Qaniçən, qisasçı erməni başçılarından biri Hamazasp 240 silahlı quldurla kəndi mühasirəyə alıb, danışıq aparmaq adı ilə ətraf kəndlərin əhalisini də kəndin ortasındakı meydana topladıb, heç kimin qaçıb sağ qurtulmaması üçün kənddə bütün yol, cığırları kəsdirib. Kişilər karvansaraya doldurularaq qapılar bağlanıb, dörd tərəfdən düzülmüş dinamitlərlə partladılıb, yaralılar daş-qalaq olunub, son nəfərədək öldürülüb. Bölgənin Ermənistana birləşdirilməsi əleyhinə çıxan hörmətli ağsaqqal, din xadimlərinin əl-ayaqları  bağlanaraq erməni zabitlərinin ayaqları altında başları kəsilib. Qocalar, uşaqlar və qadınları  məscidə doldurub diri-diri, tikə-tikə doğrayıblar, hər yandan insan qanı sel suları kimi axıb gedib.

Çarəsiz, köməksiz, əliyalın insanlar ələ keçirdikləri ağac, daş, dəmir parçaları ilə gənc qız-gəlinlərin sir-sifətini, qarnını, əzalarını dəlik-deşik ediblər ki, namusları gözəl görkəmdə ləkələnməsin, manyak vəhşilərin əlinə diri, sağ-salamat keçməsin. Analar quyulara, yanar təndirlərə atılan körpələrinin dalınca özləri də odun içinə tullanıb balaları ilə birgə diri-diri yanıblar, neçəsi bu vəhşətdən çıldırıb dəli olub, xəstə, əlil, ahıl, ana qucaqlarındakı südəmər körpələrə belə aman verilməyib. Həmin dəhşətli gündə 1400 müsəlman-türk, o cümlədən, təkcə Çaylı və Oxçu kəndlərindən 400-ü uşaq, qadın olmaqla 900 insan heç bir xalqın tarixində görünməmiş amansız vəhşiliklə, güllə, mərmi işlənmədən məhv edilib.

Qaniçən quldurlar bu qanlı mənzərənin Allahverdi adlı yeganə şahidini sağ buraxıblar ki, gedib gözləri ilə gördüyünü, erməni hakimiyyətini tanımayan, nəyəsə ümid olub gözləyən  müsəlman kəndlərində hər kəsi belə sonun gözlədiyini söyləsin.

Çoxsaylı müraciətlərdən sonra Cümhuriyyət qoşunları aşağı Zəngəzurda hərbi əməliyyatlara başlamayıblar. Dərhal məkrli, bic erməni başbilənlərini bu dəfə başqa yol seçiblər. Erməni xisləti bu dəfə də başarılı olub. Cümhuriyyət hökuməti və Parlamentinin rəhbərlərinin humanist, insani, səmimi, əxlaqlı mənəviyyatına yaxşı bələd olan ermənilər Azərbaycan tərəfini bu dəfə yalançı sülh sazişi ilə aldada biliblər.

1919-cu il  noyabrın 23-də Tiflisdə Azərbaycan və Ermənistanın hökumət başçıları ABŞ və Gürcüstan təmsilçilərinin də iştirakı ilə atəşi dayandırmaq barədə sazişə qol çəkirlər. Sazişi Ermənistan hökumətinin nümayəndəsi, baş nazir Xatisov və Azərbaycan hökumətinin nümayəndəsi, baş nazir Usubbəyov imzalayıblar. Bu saziş o günlərdə imzalanmışdı ki, dörd gün qabaq Qafan kəndlərində axıdılan qanlar hələ qurumamışdı.

Saziş imzalanan kimi AXC hökuməti az sayda hərbi qüvvələrini Zəngəzurdan geri çəkdi. Bu zaman Erməni Milli Şurasının açıq dəstəyi ilə qaniçən Qaregin Njdenin quldur dəstələri Zəngəzurun aşağı Qafan, Meğri, Qubadlı bölgəsini qan içində boğmaq üçün bütün qüvvələrini səfərbər etməkdə, vaxt qazanmaqda idi. Hücum Njdenin 1919-cu il noyabrın 30-da verdiyi bu bədnam əmrlə başladı: "Qafan, Gorus, Meğri hərbi hissələrinə ƏMR. Əsgərlər, sabah Gığı dərəsinə qarşı bizim hücumumuz, səlib müharibəmiz başlayır. Sabah sizin güclü hücumunuz və zərbələrinizdən ağlını itirən düşmən öz kəndlərini buraxıb gedəcək... Sabah bu vadidə ayaqlarınızın taqqıltısı, silahlarınızın gurultusu eşidiləcək... Bütün kəndləri yandırın, talan edin, hücum zamanı külli miqdarda dinamit və partlayıcı çəlləklərdən istifadə edin... İrəli, Allah və Davud bəyin qisasçı ruhu bizimlədir. Qafan, Gorus, Meğri hərbi qüvvələrinin ümumi komandanı Njde".

Hücumda Naxçıvanla Azərbaycanın qalan hissəsi ermənilərin əlinə keçmiş, 4 mindən çox insan amansızlıqla qətl edilmişdi.

Cümhuriyyətimizin Xarici İşlər Nazirliyi isə nota dalınca nota verməkdə idi. Azərbaycanın Xarici İşlər naziri Məmmədyusif Cəfərov noyabrın 29-da Ermənistan xarici işlər nazirinə Ermənistan hökumətinin 23 noyabr sazişinə xilaf çıxdığına görə etiraz teleqramı göndərdi.

Amma artıq gec idi. Artıq Zəngəzurda barmaqla sayılacaq qədər salamat kənd qalmışdı. 

Erməni həmin ermənidir... 

101 il əvvəlin bu tarixinə ekskurs etməkdə məqsədim ermənilərin, erməniliyin mahiyyətini bir daha xatırladıb, yada salmaqdır. Bu gün Paşinyan, erməni lobbisi, xalqı dünya liderlərinə, az qala, diz çöküb yalvarır, sürünür, atəşkəs amanı diləyir.  İkinci Qarabağ savaşında da xeyli belə aldanışlarımız olub. Hər rayonu təkləyib almadan qabaq digər sərhədyanı qonşu rayonların inzibati-hərbi rəhbərliyi ilə, həm də Bakıdakı havadarları ilə paralel sülh, mehriban qonşuluq danışıqları aparırdı. AZƏRTAC-ın sərhəd bölgələri üzrə zona informasiya mərkəzinin rəhbəri kimi çox sayda belə epizodlar yaddaşımdadır. Qubadlı, Zəngilan, Laçın və Cəbrayılın özünümüdafiə batalyonlarının eyni vaxtda birgə hücum, əməliyyat aparmaq barədə danışıqları hər dəfə uğursuzluğa düçar olurdu. Hərbi hava, artilleriya bölükləri Gəncə və Beyləqandan verilən əmrə tabe idi.

Birini də xatırladım. 1918-19-cu illərdə müsəlman kəndlərinə türk-Azərbaycan geyimlərində "Allahü-əkbər!" nidaları ilə, əllərində "Quran" girən erməni quldurları, 1993-cü ilin 30-31 avqustunda Cəbrayılın dağ kəndlərindən 7 batalyonun hamısının yuxarıdan verilən əmrlə çıxarılıb əliyalın insanları azğın düşmənlə üzbəüz buraxdığı Qubadlının Həkəri çayı boyu kəndlərinə üstündə "Lənkəran", "Qusar" yazılmış tank, BMP-lərlə, Azərbaycan musiqisinin sədaları altında girmişdi. Təkcə  işğalın son iki günündə, yəni 30-31 avqustda qətlə yetrilmiş mülki şəxslərin sayı 183 nəfər, işğal zamanı güllə yarası və ya digər səbəbdən əlil olanların sayı 238 nəfər, işğal zamanı aldığı zərbədən sonralar vəfat etmiş şəxslərin sayı 9 nəfər, ermənilər tərəfindən girov götürülmüş və işgəncələrə məruz qalmış şəxslərin sayı 49 nəfər, rayondan məcburi köşkün düşmüş əhalinin sayı 29997 nəfər  olmuşdu.

Bəllidir ki, 802 min kvadratkilometr ərazisi olan rayon, şəhər, kənd, qəsəbə uğrunda savaşda ilk növbədə və ən çox döyüşçü, əsgər savaşıb həlak olmalıydı. Milli Ordu, Daxili İşlər Nazirliyinin şəxsi heyətinin cəmi 5 nəfər şəhidi, 3-4 də yaralısı olmuşdu. Bunlar da ərazini döyüşsüz tərk etmək haqqında verilmiş əmrə tabe olmayıb doğma yurdunu, el-obasını, darda qalmış ailələrini, həmvətənlərini labüd ölümün əllərindən xilas etmək üçün fərari ordudan yayınanlar idi...    

Vətənə qayıdış və qisas zamanıdır 

Artıq  o dövrün 28-30 illik acı tarixi arxada qalıb. 27 sentyabrdan başlanan əks hücum Azərbaycan xalqının, Dövlətinin, Ordusunun, Prezident və Ali Baş Komandanının güc, qüvvət, hərbi-siyasi iradəsinin aynasıdır. Sentyabrın 27-dən 30-u səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Murov yüksəkliyi, xeyli strateji əhəmiyyətli mövqelər ələ keçirilib. Erməni panika içində Qarabağdan qaçır, indi ona çatır ki, ev yiyələri geri dönüb, bura onlar üçün məzar olacaqdır, bu torpaq erməninin deyil.

Ermənilərin və onların hərbi-siyasi dəstəkçilərinin mənasız sülh, danışıqlar çağırışına aldanmaq yoxdur, təzyiqlərinə əyilmək yoxdur. Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan... alınmadan durmaq yoxdur. Durmaq yox, son qələbəyədək davam.  

Prezidentimizin qürur doğuran cavabları 

Sentyabrın 29-da "Rossiya-1" telekanalında yayımlanan "60 dəqiqə" proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə Prezident İlham Əliyevin  suallara cavabı hər bir azərbaycanlının qəlbini  qürur, fəxarət hissi ilə doldurdu. "Natsionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenkonun verdiyi bu qiymətləndirmə, həqiqətin çoxmilyonluq rusdilli auditoriyaya çatdırılması baxımından da bənzərsiz effekt verdi və ondan sonra müzakirəyə qatılanların arqumentlərinə də yön verdi: "Mən Azərbaycan və Ermənistan liderlərinin çıxışlarını diqqətlə dinlədim. İlham Əliyev şərtsiz olaraq dəqiq, tamamilə məntiqli, düzgün, ardıcıl çıxış etdi. Bu, MDBMİ məktəbidir. MDBMİ doğrudan da, böyük kadrlar yetişdirir. İndi isə deyilənlərin mahiyyətinə gələk. Prezident Əliyev haqlıdır və tamamilə ədalətli olaraq dedi ki, peyk, elektron, kəşfiyyat texnologiyalarının müasir inkişaf səviyyəsini nəzərə alsaq, Azərbaycan ərazisinə doğrudan da türk qırıcıları göndərilsəydi, bu faktı gizlətmək mümkün deyildi. Bunu peyk kəşfiyyatı olan istənilən ölkə aşkar edə bilər. Bu gün isə Dağlıq Qarabağ bölgəsi dünyanın bütün aparıcı ölkələrinin sıx müşahidəsi altındadır. Həmkarlarımın diqqətini bir məqama çəkmək istərdim. Biz hamımız beynəlxalq hüququn tərəfdarıyıq. Beynəlxalq hüquq nöqteyi-nəzərindən, döyüş əməliyyatları Azərbaycanın ərazisində, Azərbaycan hərbi qüvvələri və erməni hərbi birləşmələri arasında aparılır".

Cənab Prezident, Ali Baş Komandan! Bütün diləklərimiz, xeyir-duamız Sizin üçündür! Azərbaycan Ordusu, yolun açıq olsun, xalq səndən zəfər gözləyir, sənə inanır!..

 





02.10.2020    çap et  çap et