525.Az

Krımda 20 gün (Fotolar)


 

Krımda  20 gün <b style="color:red">(Fotolar)</b>

Prof. Zəkəriyyə ƏLİZADƏ
Prof. Ədalət TAHİRZADƏ

BizAMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, professor Zəkəriyyə Əlizadə ŞREM-in əməkdaşı, professor Ədalət Tahirzadə ötən ilin 26 avqustundan 16 sentyabrınadək UkraynadaKrımda olduq. Məqsədimiz bu əski Türk yurdunda qədim qan qardaşlarımızın yaratdığı mədəniyyətlə tanış olmaq onların bugünkü varislərinin durumunu öz gözlərimizlə görmək idi.

Tarixdən bəllidir ki, bizim 2700 yaşlı Şəkimizin özülünü qoyanlar əski saklar (iskitlər/skiflər) olub. Krım da, əsasən, sakların məskəni olub orada da Saki şəhəri var. “Şəki, “Saki öz adlarında sakları yaşadır.

Bunlardan başqa, Şəkinin Krımla, özəlliklə onun əski baş şəhəri Bağçasaray Ağməscidlə (Simferopolla) mədəni-ticarət əlaqələri olub. Bizi Krıma çəkib aparan daha çox bu amillər idi.

Səfər əsnasında Krımın Ağməscid (Simferopol), Bağçasaray, Yalta, Livadiya, Saki, Gözləv (Yevpatoriya), Aluşta b. şəhərlərində olduq, bu yerlərdə Türklərin yüzillər boyunca yaratdığı tarixi abidərlə tanış olduq, yerli əhali ilə görüşüb söhbətlər etdik. “Yerli əhalidedikdə, əlbəttə, hamıdan öncə, özləriniKrım tatarlarıadlandıran, ancaq böyük mütəfəkkir İsmayıl bəy Qaspıaralının (1851-1914) “Krım Türkləridediyi qan qohumlarımız nəzərdə tutulur. Qədim çağlarda bu torpaqda ən müxtəlif etnoslar bir-birini əvəzləsə orta əsrlərdə buranın şəksiz ağası həmin Türklər olub, bütün Krım Bağçasaraydanmöhtəşəm Krım xanlarının sarayından idarə edilib. Krım xanlarının hakimiyyəti yüzillər boyunca davam edib. Onlar Osmanlı dövləti, Azərbaycan, Rusiya Avropa ilə geniş əlaqə saxlayıblar. Bu gün Azərbaycanda mövcud olanGərayadı, “Gəraybəylisoyadı, heç şübhəsiz, Krımdakı Gəray xanlarının adı ilə bağlıdır.

Qızıl Orda dövləti parçalandıqdan sonra XV yüzildən müstəqil xanlıq kimi tarix səhnəsinə çıxan Krım xanlığı XVI yüzildən Bağçasarayı özünə paytaxt edib. XVIII yüzildə buradakı xan sarayı öz gözəlliyi ilə hətta İstanbul Bağdadın bəzi dəbdəbəli sarayları ilə yarışa girib. Ancaq 1736- ildə rus ordusu Bağçasarayı tutduqdan sonra Krımda Türk-müsəlman mədəniyyəti zəifləməyə, burada ciddi demoqrafik dəyişiklik getməyə başlanıb. II dünya savaşında Stalinin əmri ilə Krım Türklərdən, demək olar ki, tamamilə təmizlənib. Bu yerli xalq Orta Asiyaya Sibirə sürgün edilib. 1980-ci illərin sonu – 1990- illərin başlanğıcından Krım Türkləri yavaş-yavaş ana yurdlarına dönməyə başlayıblar. Ötənilki səfərimizdə biz yuxarıda sadaladığımız şəhərlərdə artıq onların ata-baba ocaqlarını tüstüləndirməyə başladıqlarını gördük. Bu gün onların Krımın paytaxtı Simferopolda Mustafa Kırımoğlunun başçılıq etdiyi Kırım Tatar Milli Məclisi var.

BAĞÇASARAYDA     

Bu şəhərdə iki dəfə olduq. Hər şeydən öncə, Türk dünyasının böyük oğlu İsmayıl bəy Qaspıralının ev muzeyini görmək istəyirdik. Şəhərə ilk gəlişimizdə bu muzey bağlı oldu, biz yaxınlıqdakı Xan sarayına getdik.

Bu başdan qeyd edək ki, vaxtilə olduqca geniş ərazini tutan möhtəşəm tikililəri ilə Asiyanı Avropanı heyrətdə qoyan sarayı rus ordusu 1736- ildə yandırıb. Onun cənnətə bənzər bağlarındakı ağaclar da şəhərin əhalisi ilə bərabər qırılaraq məhv edilib. 10-15 il öncə TİKA-nın yardımı ilə burada Türkiyədən gələn mütəxəssislərin apardığı ciddi bərpa işlərindən sonra həm Xan sarayının bütün kompleksi, həm ümumən Bağçasaray ərazisindəki bir çox abidələr ilkin görkəminə qaytarılıb onlar indi həvəskar turistləri cəlb etməkdədir. Ancaq çox təəssüf ki, Bağçasaray şəhəri Krımın turizm xəritəsinə salınmayıb.

Bağçasaray sanki Allahın əli ilə yaradılmış iki möcüzəli təbii qala divarlarının arasında yerləşir. Bu təbii qalalar, demək olar ki, başdan-başa sal daşlardan ibarət alçaq, ancaq uzun dağlardır. Krımın ağaları olan Türklər bu keçilməz iki dağın arasını özləri üçün idarə mərkəzi seçiblər buradan bütün Krıma hökm ediblər.

Xan sarayı hətta indiki durumunda da gözəlliyi ilə insanı valeh edir. Möhtəşəm darvazadan içəri girən kimi solda qədim Xan məscidi bədii muzey, sağda isə xanların yaşayıb-çalışdığı imarətlər, hərəmxana, qarşıda isə gözəl bağça diqqəti çəkir.

Xan sarayı əski şəhərin mərkəzində, Çürüksu çayının vadisində yerləşir. Bu sarayın paytaxtın özülünü Menqli Gəray xan (1467-1515) qoyub.

Müharibələr zamanı saray otaqlarının istər divarlarındakı, istərsə tavan döşəmələrindəki, qapı pəncərələrindəki naxışların çoxu məhv olub getsə yerdə qalan bərpa edilən hissələr gözəlliyi ilə göz oxşayır.

1820-ci ildə bu sarayda olmuş rus şairi Puşkin buradakı Səlsəbilin (“Göz yaşı fəvvarəsinin) gözəlliyinə heyran olaraq özünün məşhurBağçasaray fontanıpoemasını yazıb. Qeyd edək ki, mərmərdən hazırlanmış bu fəvvarə Krım Gəray xanın sevimli arvadı Dilarə Bikəçin xatirəsinə ucaltdığı bir məhəbbət abidəsidir.

4 hektardan artıq olan saray həyətində vaxtılə xan qoşunları paradlar keçirib.

Həyətin sol tərəfində Xan məzarlığına keçid var. Burada Krım xanlarının ailə üzvləri dəfn edilib. Doğrudur, xanların bəziləri Bağçasarayda Salacıq dərəsində, Əskiyurtda başqa yerlərdə dəfn edilsələr Xan məzarlığındakı qəbirlər böyük bir kompleksdir Bursadakı sultan qəbiristanlığını xatırladır. Bu məzarlıqda 106 qəbir var. Onların böyük əksəriyyətinin üstündə mərmərdən sinə daşları (sənduqələr) başdaşları ucaldılıb. Həm sinə daşlarında, həm başdaşlarında oyma üsulu ulə ərəb dilində gözəl xətlə qısa tərcümeyi-hallar yazılıb mənalı naxışlar çəkilib. Biz bunların əksərinin fotolarını çəkdik. Burada əbədi uyuyan şərəfli insanlardanKrımın gerçək ağalarından bəzilərinin adlarını xatırladaq: Mahmud Gəray sultan,  Dövlət Gəray sultan, Əzəmət Gəray sultan, Menqli Gəray sultan, Bahadır Gəray sultan, Arslan Gəray xan, Krım Gəray xan, Adil Gəray Sultan, Məhəmməd Gəray xan, Toxtamış Gəray sultan, II Menqli Gəray xan b. Açığını deyək ki, Azərbaycanın heç bir yerində (Şəkidən başqa) xan ailəsi üzvlərinin bu qədər çox günümüzədək qayğı ilə qorunub saxlanılmış məzarlığı yoxdur.

Biz Salacıq dərəsində olduq. Orada qardaş Türkiyə ustalarının əli ilə yenidən həyata qaytarılmış ilk Krım xanlarının məqbərəsini, Zincirli mədrəsəni, Krım ümumən dünya Türklərinin ən böyük şəxsiyyətlərindən olan İsmayıl bəy Qaspıralının krımlıların böyük oğullarından Mustafa Edige Kırımelin məzarlarını ziyarət etdik.

Yeri gəlmişkən, Sankt-Peterburqdan gəlmiş köhnə dostlarımız Məhəmməd onun yoldaşı Almira Tahircanovlar da bu səfərdə bizimlə idi. Oxuculara bildirək ki, professor Məhəmməd Tahircanovun ana babası vaxtilə Məhəmmədəmin Rəsulzadəni Peterburqdan Finlandiyaya qaçırmış məşhur tatar ilahiyyatçısı Musa Bigiyevdir. Almira xanım isə Peterburqdakı müsəlmanların həyatını öyrənir. Onun Azərbaycanla da bağlı dəyərli araşdırmaları nəşr edilib. Almira xanım yenicə çapdan çıxmışMüsəlmanlar Peterburqun həyatında mədəniyyətində (XVIII-XIX əsrlər)” adlı dəyərli kitabını bizə bağışladı. Burada Mirzə Cəfər Topçubaşov, Mirzə Kazım bəy, Hüseyn xan Naxçıvanski haqqında da geniş söz açılıb.

Bağçasaraya ikinci gəlişimizdə İsmayıl bəy Qaspıralının ev muzeyində olduq. Bu zaman Türkiyənin TRT kanalından da çəkilişə televiziya əməkdaşları gəlmişdilər, Tahircanovlar da burada idi. Maraqlı bir durum yarandıbiz muzey əməkdaşlarıyla ana dilimizdə danışır bir-birimizi çox gözəl anlayırdıq, ancaq Türkiyədən gələn kameramanlar bizim danışığımızda bir çox sözləri başa düşmədiklərinə görə onlara tərcümə etməli olduq; başqa sözlə, Krım Türkləri bizim türkcəni daha yaxşı başa düşürlər. 

Bəlli olduğu kimi, İ.b.Qaspıralı maddi baxımdan çox zəngin olub. Onun geniş torpaqları bir neçə mülkü varmış. İndi muzeyin yerləşdiyi bina onun öz vəsaitiylə tikdirib məktəbə çevirdiyi binadır. Ancaq lap yaxın zamanlaradək burada bir neçə qeyri-müsəlman ailə yaşayıb onların buradan çıxarılması heç asan olmayıb. Muzeyin müdiri Yaqub Abbas bəy olduqca diribaş vətənpərvər adamdır. O, binanı necə boşaltmasının muzeyə çevirməsinin tarixçəsini danışdıqca özünü , bizi gülmək tuturdu...

Yaqub bəyin otağında İ.b.QaspıralınınTərcümanqəzeti dövründən qalmış əski çap maşını yerləşir, onun da üstündə çoxlu şriftlər Tərcümanqəzetinin ayrı-ayrı nüsxələri qalaqlanıb. Oxuculara xatırladaq ki, sonralar Azərbaycan Cümhuriyyətinin Baş naziri olmuş tələbə Nəsib bəy Yusifbəyli (1881-1920) İ.b.Qaspıralının qızı Şəfiqə xanımla (1886-1975) ailə qurub, bir müddət Bağçasarayda yaşayıb Tərcümanqəzetində əməkdaşlıq edib. Yaqub bəy, muzeyin əməkdaşları Elmira Selvina xanımlar da muzey haqqında bizə, Türkiyədən Peterburqdan gələn qonaqlara geniş bilgi verdilər, muzey otaqları ilə tanış etdilər. Burada İsmayıl bəyin özünə məxsus bir çox ev əşyaları qorunub saxlanır. Otaqların bərpası Türkiyəli bərpaçıların əlindən çıxıb.

Yaqub Abbas bəy Azərbaycanı ürəkdən sevən insandır. O, Azərbaycan muzeyləri özəlliklə Elmlər Akademiyası ilə əlaqələrin genişləndirilməsini çox arzulayır. Özümüzdən bunu deyə bilərik ki, maddi imkanları zəif olduğuna yardıma ehtiyac duyduqlarından, Azərbaycan tərəfinin Qaspıralı ilə bağlı ölkəmizdə keçirilən bütün tədbirlərə bu ev muzeyinin əməkdaşlarını dəvət etməsi həmin muzeyin inkişafına əməli yardım göstərməsi əsl qardaşlıq nümunəsi olar.

Bağçasaray bu gün yenidən Krım Türklərinin ata yurduna çevrilməkdədir. Burada hətta yeni tikilən restoranlar da əski xan saraylarına bənzədilir. Şəhər gündən-günə xarabalardan təmizlənir, abadlaşır özünə dönür”. Bu şəhərdən ürək dolusu sevinclə qürurla ayrıldıq.

SAKİDƏ

Bağçasaray Ağməsciddən günbatanda yerləşirsə Saki bu şəhərin gündoğanında, ondan təxminən 50 km aralıdadır. Qara dənizin sahilində yerləşir. Təxminən Şəki boyda şəhərdir. Adını, dediyimiz kimi, qədim saklardan götürüb. Bura da əski Türk yurdudur.

Öncə Sakinin tarix muzeyinə yollandıq. Direktor işdə olmadığından, bizi onun müavini Xalidə xanım qəbul etdi. O, Krım Türküdür. Bizi muzeylə tanış etdi. Öncə saklar dövrünü əks etdirən zalı gəzib antik çağla bağlı bir çox eksponatla tanış olduq.

Xalidə xanımın təşəbbüsü ilə burada Krım Türklərinin mədəniyyətinə aid ayrıca otaq yaradılıb. Bu otağı görəndə adamın ürəyi açılır. Türklərin məişəti, adət ənənələri ilə bağlı çoxlu eksponatlardan başqa, ikinci dünya müharibəsində iştirak etmiş Krım Türklərinə aid guşə çox maraqlıdır. Xalidə xanım (eləcə Krımda söhbətləşdiyimiz bütün Türklər) 2 dəfə Sovet İttifaqı Qəhrəmanı olan qırıcı-təyyarəçi Ametxan Sultandan (1920-1971) böyük iftixarla danışırlar. Sinəsində 2 “Qızıl ulduz”, 3 Lenin ordeni, 2 “Qırmızı Əmək bayrağıordeni başqa bir çox təltifləri olan ikiqat Sovet İttifaqı Qəhrəmanı müharibədən dönüncə ana yurdundan bütün soydaşlarının sürgün edildiyini görüb özünə burada yaşamaqməsləhət görülməyib”. 1956- ildə o, Krım Türklərinə bəraət verilməsi üçün SSRİ-nin yüksək hakimiyyət orqanlarına məktub yazıb.

Muzeylə tanışlığımız bitən ərəfədə direktor Marina Vladimirovna Zadorojnaya da gəldi. Onunla da söhbətimiz çox maraqlı işgüzar alındı. Dedikcə səmimi bir insan olan Marina xanım Şəki ilə əməkdaşlığa böyük həvəs göstərdi birgə əməkdaşlıq protokolu imzalamağa məmnuniyyətlə hazır olduğunu bildirdi.

Saki şəhəri ilə bağlı bir neçə maraqlı məqamı burada qeyd etmək istərdik. Birincisi, bu şəhərdə dünya şöhrətli iki sanatori var. Onlardan biriBurdenko adına sanatori sümük onurğa xəstəlikləri üzrə dünyada ən qabaqcıl müalicə ocaqlarından sayılır. Buna görədir ki, şəhərin küçələri oraya müalicə üçün əlil arabasında gedib-gələn xəstələrlə doludur. Azərbaycandan başqa yerlərdən bir çox ailələr müalicədən ötrü dalbadal 5-10 il gəldikdən sonra axırda burada tam məskunlaşmağı qərara alıblar.

İkincisi, burada Azərbaycandan gəlmiş 20- yaxın ailə artıq birdəfəlik yaşayır. Onlardan birinin nümayəndəsi olan qarabağlı Faiq Hüseynovla təsadüfən ona məxsusManqalkafesində tanış olduq. O qardaşı bu şəhərdə 3 böyük kafe işlədirlər. Maddi durumları əladır. Dəyib-dolaşan da yoxdur. Faiq bəy bizi Bakı nömrəsini dəyişmədiyiMersedesində (şəhər içində bu maçını, şəhərdən qıraqda Ukrayna nömrəli Cipini sürür) Sakinin məscidinə apardı həm məscidlə, həm Türklərin dərsxanasıyla tanış etdi.

Üçüncüsü, burada başqa millətlərin müsəlmanlığı qəbul etdiyini gördük. Məsələn, maşınına əyləşdiyimiz rus taksi sürücü adının Əli olduğunu, özünün bütün ailə üzvlərinin islamı qəbul etdiyini dedikdə öncə inanmadıq, ancaq o, rus ləhcəsi iləFatihəİxlassurələrini söylədikdə heyrətimizi gizlədə bilmədik. Şəhərdə bundan sonra yalnız onun taksisində gəzdik.

Sakidən bir neçə kilometr aralıda Krımın bənzərsiz Kara-töbe (“Qara təpə”; eradan öncə IV əsrb.e.I əsri) yunan-sak şəhərciyi yerləşir. Burada arxeoloji qazıntılar nəticəsində əski şəhərin qalıqları üzə çıxarılıb qazıntı rayonunda gözəl bir tarix muzeyi yaradılıb. Kara-töbənin elə özü adı bu torpaqların Türklərə məxsusluğunu göstərir.

     

GÖZLƏVDƏ (YEVPATORİYADA)

Bu şəhər Qara dənizin lap kənarında yerləşir. Yol boyu kilometrlərcə uzanan çox gözəl təmiz çimərliyi var. Yayın istisində bu çimərliyə gəlmiş avtomobillər muncuq kimi sıralanıb.

Bu şəhərdə bizi cəlb edən iki başlıca ocaq oldu. Onlardan biri XV-XVII yüzillərə aid tarix-memarlıq abidəsi olan Dərviş təkyəsidir. Doğrudur, bura etnoqrafiya muzeyinə çevrilib, ancaq həyətindəki XVII yüzilə aid Cümə camesi xaraba vəziyyətindədir. Buna baxmayaraq, vaxtilə dərvişlərin təkyəsi olmuş bina bərpa edilib. İndiyədək filmlərdə gördüyümüz təkyəni ilk dəfə öz gözlərimizlə görürdük.

Gözləvdə tanış olduğumuz ikinci abidə buradakı Xan camesidir. 1555-ci ildə Krım xanı Dövlət Gəray xanın tikdirdiyi bu came bütün Krımda ən hörmətli müsəlman dini tikilisi sayılır. Bunun başlıca səbəbi ondadır ki, Krım xanları Osmanlı sultanından xanlıq fərmanı aldıqdan sonra Krıma dönərkən ilk dəfə bu camedə xan elan ediliblər yalnız bundan sonra Bağçasaraya gedərək xanlıq ediblər.

Son illərdə Türkiyə memarları bu cameni gözəl bərpa edərək ona ikinci həyat veriblər. Çox təəssüf ki, burada came haqqında yazılmış heç bir ədəbiyyat tapa bilmədik, halbuki, indiyədək getdiyimiz hər yerdə çürbəcür kitablar, bukletlər, açıqlar satılıb. Görünür, cameni idarə edənlər təbliğat işini önəminə diqqət yetirməyən insanlardır.

LİVADİYADA

     

Livadiya qəsəbəsi Yaltadan 7-8 km günbatanda yerləşən eyniadlı sanatori şəhərciyi ilə məşhurdur. Buranın ən mühüm özəlliyi odur ki, çar ailəsi həmişə yayda buraya gələrək Rusiyanı buradan idarə edib. Çarın Livadiyadakı sarayı Peterburqdakı Qış sarayı qədər önəmli olub.

Stalin, Ruzvelt Çörçill müharibənin taleyini həll edən Yalta konfransını 1945-ci ilin 4-11 fevralında Qara dənizin lap sahilində yerləşən bu olduqca səfalı sanatori ərazisindəki həmin Livadiya sarayında keçiriblər. Almanları çaşdırmaq üçün görüşün Yaltada keçiriləcəyi elan edilib, ancaq çox gizli şəkildə Yaltadan aralıdakı Livadiyada gerçəkləşib. Tarix ədəbiyyatındaYalta konfransıadlandırılan toplantı əslində Livadiya konfransıdır.

Krıma gələn bütün turistlər ilk növbədə Livadiya sarayını görmək istəyirlər. Muzeyə çevrilmiş binanın ilk mərtəbəsi Krım konfransına həsr edilib. 3 dövlət başçısının əyləşdiyi stullar, arxasında oturduğu stollar, zalların quruluşu həmin dövrdə olduğu kimidir. Yuxarı mərtəbələrdə isə çar ailəsinin həyatı əks olunub. Çarın özünün, həyat yoldaşının uşaqlarının hər birinin ayrıca otaqları var hər otaqda da öz dövründə olan orijinal mebellər, qab-qacaq, rəsmlər, kitablar... qorunub saxlanır.

Bu saray təxminən 11 müalicə korpusu olan məşhurLivadiyaürək sanatorisinin ərazisində yerləşir. Sanatorinin özü ilə maraqlandıqda, geniş reklamına baxmayaraq, burada xəstələrə qulluq səviyyəsinin hətta sovet dövrü səviyyəsindən aşağı olduğunu öyrəndik. Sanatoridə nəinki müasir tibbi avadanlıqlardan əsər-əlamət yoxdur, hətta adicə İnternet şəbəkəsi belə qurulmayıbİnternetə girmək üçün şəhərə getmək lazım gəlir...

Ancaq, öz aramızdır, buranın o qədər bol yaşıllığı təmiz havası var ki, insan az qala həkimsiz müalicə oluna bilər. Çox yüksəklikdə yerləşən sanatoridən çimərliyə enmək üçün ayrı-ayrılıqda 2 lift işləyir...

     

SON SÖZ

Krımda olduğumuz bu 20 gündə gəzdiyimiz gördüyümüz yerlər, söhbətləşdiyimiz insanlar bu qədim torpağın da Türklərin ana yurdu olduğuna bizi bir daha inandırdı. Əski babalarımız olan sakların yaratdığı mədəniyyətlə tanış olmaq çox xoş idi. Biz Krımda sanki doğma Şəkimizi gördük.

Burada yazılanlar yazmaq istədiklərimizin heç onda biri deyil. Çox arzu edərdik ki, Milli Elmlər Akademiyamızın müxtəlif institutlarının əməkdaşları da buraya tez-tez baş çəksinlər.

8 yanvar 2014- il.

ŞƏKİLLƏR

1.Bağçasaray. Xan sarayının həyətində. Ədalət Tahirzadə, Zəkəriyyə Əlizadə.

2. Bağçasarayın ikitərəfli təbii qalaları kilometrlərcə uzanıb gedən bu cür daş dağlardır.

3.
Bağçasaray. İ.b.Qaspıralının ev muzeyinin qarşısında. (Soldan). Ədalət Tahirzadə, Almira

Tahircanova, Məhəmməd Tahircanov, Elmira, Selvina, Yaqub Abbas, TRT əməkdaşları.

4 Bağçasaray (Salacıq). İsmayıl bəy Qapıralının məzarı (öndə)

5.Gözləv (Yevpatoriya) Cümə camesi (XVII yüzil).

6.Saki – Gözləv (Yevpatoriya) yolunun üstündə əski Kara-töbe (Qaratəpə) şəhərciyi və muzeyi.

7. Saki muzeyinin direktoru M.V.Zadorojnaya.

8.
Saki tarix muzeyində. Direktor müavini Xalidə xanım özünün yaratdığı tatar mədəniyyəti

otağında.

 





27.01.2014    çap et  çap et