525.Az

“Pal Süd”də korrupsiya faktları aşkarlanıb


 

“Pal Süd”də korrupsiya faktları aşkarlanıb<b style="color:red"></b> “Pal Süd Dağıtım” MMC-nin əməkdaşlarının qanunsuz hərəkətlərə yol vermələri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş məlumat araşdırılıb.
 
Baş Prokurorluğun mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, cəmiyyətin satış müdiri Elçin Hacıyevin və satış təmsilçisi Nicat Şirinovun cəmiyyətə məxsus müvafiq olaraq 50.291 və 9.217 manat məbləğində pul vəsaitini mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 179.3.2 (mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
 
Hazırda iş üzrə istintaq davam etdirilir
 





27.01.2014    çap et  çap et