525.Az

Fransa prezidenti Azərbaycana gələcək


 

Fransa prezidenti Azərbaycana gələcək<b style="color:red"></b>

Fransa prezidenti bu ilin mayında Azərbaycana səfər etməyi planlaşdırır.

Bu barədə APA-ya məlumatlı mənbə bildirib.
 
Bu ilin martında isə bu ölkənin xarici işlər naziri Loran Fabiusun Azərbaycana səfəri nəzərdə tutulur.
 
Səfər çərçivəsində iki ölkənin prezidentləri və xarici işlər nazirləri Bakıda Azərbaycan-Fransa münasibətlərinin inkişaf perspektivlərini müzakirə edəcəklər.
 
Qeyd edək ki, Ermənistan mətbuatının yazdığına görə, F. Olland ötən ilin dekabr ayında Fransadakı Erməni Təşkilatları Koordinasiya Şurasının rəhbərləri ilə görüşündə 2014-cü ilin may ayında Ermənistana səfər edəcəyini söyləyib.
 
Azərbaycana səfərin də məhz həmin turne çərçivəsində baş tutacağı gözlənilir.

 





28.01.2014    çap et  çap et