525.Az

"Yarımçıq əlyazma"nın Londonda geniş təqdimatı olub


 

"Yarımçıq əlyazma"nın Londonda geniş təqdimatı olub<b style="color:red"></b>

İngiltərədə nəşr olunan "TEAS magazine" jurnalının son sayında yazıçı Kamal Abdullanın "Yarımçıq əlyazma" romanının Londonda təqdimatı haqda geniş informasiya verilib. Həmin məqaləni oxuculara təqdim edirik. 

Avropa Azərbaycan Cəmiyyəti (AAC) ( TEAS) Londonda Azərbaycan ədəbiyyatının bədii nümunəsini təqdim edir 

Bu gün müasir Azərbaycan artıq kreativ (yaradıcı) incəsənətə açıq bir məkan kimi tanınır. Bu baxımdan "Yarımçıq əlyazma" əsəri onun ingilis dilinə yenicə tərcüməsi çağdaş yazıçı - Bakı Slavyan Universitetinin rektoru, prof. Kamal Abdullanın təxəyyülündəki dərinlikləri özündə əks etdirən bir nümunədir. Kitab Londonda Pikadili the Fifth View Waterstone Flagman mağazada AAC -nin təşkilatçılığı ilə keçirilmiş tədbirdə təqdim olunub. Tədbirdə həm Azərbaycan, həm kosmopolit Londondan 100-ə yaxın kitabsevər iştirak edib.

Oğuz eli tayfalarının əməllərini özündə xroniki ardıcıllıqla əks etdirən Türk epopeyası olan orta əsr Kitabi Dədə Qorqudunu özünün çıxış nöqtəsi kimi qəbul edən prof.Kamal Abdulla burada "Dədə Qorqud" hekayətlərinin ilk yarımçıq layihəsini icad edib. Bu kitab Dədə Qorqud adlı bir Ozan tərəfindən Oğuz elindəki xainlərin üzünün ifşa olunması ilə bağlı aparılan tədqiqatın hesabatı xarakterini daşıyır. Bu isə , öz növbəsində, XVI əsrdə mövcud olan Səfəvilər dövlətinin banisi hökmdar-şairi Şah İsmayıl Xətaiyə aid başqa bir hekayə ilə sıx əlaqədardır. Bu iki istiqaməti özündə birləşdirən "Yarımçıq əlyazma" romanı fransız, türk, rus, polyak, ərəb, portuqal, alman qazax dillərində nəşr olunub.

Tədbirdə ilk öncə açılış AAC-nin direktoru cənab Lionel Zetter tərəfindən edilib, daha sonra isə Azərbaycanın Birləşmiş Krallıqdakı Səfiri cənab Fəxrəddin Qurbanov tərəfindən davam etdirilib. O öz şərhində bildirib: " Bizim ölkəmizdə çox yüksək qiymətləndirilən ədəbiyyata mənim şəxsi marağım var. Kitablar bizi yeni dünyalarda fəqrli məkanlara aparır. Bu baxımdan professor K.Abdullanın işi son dərəcə vacibdir , belə ki, o, bizi uzaq tarixi keçmişə - yəni, hələ Azərbaycan Rusiya İmperiyasının bir hissəsinə çevrilməzdən əvvəlki eraya aparır.

Bu kitab qısa şəkildə azərbaycanlı düşüncəsini əks etdirir onların həqiqi rənglərini nümayiş etdirir.

Azərbaycan xalqı optimist xalqdır həmişə səbirsizliklə parlaq gələcəyə ümid edir. Belə bir təqdimatın Londonun ürəyində keçirilməsinin özü çox böyük bir hadisədir - Birləşmiş Krallıq Azərbaycan arasında , xüsusilə , neft qaz sahəsində, o cümlədən , layihələşdirmə, təhsil , informasiya kommunikasiya texnologiyaları (İKT) digər sahələr daxil olmaqla daim çox gözəl əlaqələr mövcuddur".

Öz kita barədə açıqlama verən professor Kamal Abdulla deyib: " Mən öz kitabımın bu cür pozitiv qəbul olunmasından çox məmnunam. Bu kitab bizim indiki dövrümüzdən çox-çox əvvəli əhatə edən Azərbaycan tarixi ilə sıx əlaqəlidir. Kitabi Dədə-Qorqudun mətni mənim kitabımın ürəyidir. Belə ki, o oxucuya həm Azərbaycan, İran Türkiyə arasında mövcud olan qədim əlaqələri, həm mənim ölkəmin tarixini anlamağa imkan verir. Kitabdakı surətlər Azərbaycanın qəhrəmanları hesab olunurlar, lakin mən onların hamısını insani sifətlərini göstərən realist üslubda təsvir etmişəm. Yarımçıq Əlyazma, əslində, trilogiyanın birinci hissəsidir. İkinci hissə artıq tərcümə olunub, üçüncü hissə isə hal-hazırda tərcümə olunmaqdadır".

Kitabın ingilis dilinə tərcüməçisi Anne Thompson onun məzmununu açıqlayaraq bildirib: " Yarımçıq əlyazma kitabını tərcümə etmək mənə çox böyük zövq verdi. Mən Azərbaycan tarixində dərin kök salmış məsələlərdən bəhs edən bu kitabı özüm başa düşməli eynilə həmin mühitin bütün digər ingilisdilli oxucular üçün yaranmasına kömək etməli idim. Kitabın müxtəlif təhkiyəçiləri var. Şah İsmayıl Xətaiyə aid olan hissələrdə prof. Kamal Abdulla tez-tez mürəkkəb dildə daha çox o dövr Azərbaycan dilinə aid olan buna görə ingilis dilinə çətin tərcümə olunan çox böyük frazalar işlədir. izah etmək ya nəyi haşiyə çıxmaq məqamları məndən tez-tez xüsusi məharət tələb etsə , amma öz aramızda, nəhayət öhdəsindən gəldik!"

Daha sonra isə ALOFF Teatrının nümayəndələri Yarımçıq Əlyazma kitabından seçilmiş bəzi parçaları ifa edərək səsləndirdilər. Tədbir sual-cavab kitabın imzalanması mərasimi ilə yekunlaşdı.

Kitabı http://bit.ly/kamalabdulla ünvanından əldə edə bilərsiniz.

 





28.01.2014    çap et  çap et