525.Az

Atəşkəs nə üçün pozulur?


 

Atəşkəs nə üçün pozulur?<b style="color:red"></b>

BURADA RUSİYA ROLU VARMI? 

Azərbaycan Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında yanvarın 24-ü Parisdə keçirilən görüşdən nəticə çıxmayacağı əvvəlcədən bəlli idi. Çünki görüş ərəfəsində cəbhə bölgəsində vəziyyət gərginləşib, atəşkəs intensiv şəkildə pozulur. Yanvarın 20-dən başlayaraq təmas xəttində Azərbaycan-Ermənistan sərhədi boyunca atışma ara vermir. Həqiqətən hazırda ən aktual suallardan biri budur: atəşkəsi kim niyə pozur?

"Atlas" Araşdırmalar Mərkəzi məsələyə münasibətini açıqlayıb. Atəşkəsin pozulmasına görə Azərbaycanın Ermənistanı, Ermənistanın isə Azərbaycanı ittiham etdiyini deyən mərkəz qarşılıqlı ittihamlar içində həqiqəti müəyyənləşdirməyin çətin olduğunu bildirib. Atəşkəsi pozmaqda tərəflərdən hər birinin açıqlamadığı fərqli motivlərinin ola biləcəyi qeyd edilib: "Azərbaycanın motivi: Ermənistan ilkin addım atmadığına, Dağlıq Qarabağ ətrafında torpaqları boşaltmadığına danışıqları uzatdığına görə daim təzyiq altında saxlanılmalıdır. Dağlıq Qarabağ istiqamətində atəşkəsin pozulması ermənilərin itki verməsi Ermənistana qarşı hərbi, siyasi psixoloji təzyiq vasitəsi sayıla bilər.

Ermənistanın motivi isə belədir: Azərbaycanın hərbi büdcəsi artır, ordu yeni silahlarla təchiz olunur. Ermənistanın isə yeni silah almağa hərbi büdcəsini artırmağa, bu mənada Azərbaycanla yarışmağa imkanı yoxdur. Buna görə Ermənistan-Rusiya tandemi atəşkəsi pozaraq, Azərbaycan tərəfini itkiyə məruz qoymaqla Bakıya onu anlada bilər ki, hərbi paritet Yerevanın xeyrinə olmasa da, Ermənistan ordusu çevikliyini itirməyib lazım olan halda bunu Azərbaycana əyani şəkildə nümayiş etdirməyə hazırdır. Buna baxmayaraq hər iki tərəfin motivi ölkələrdən hər hansı birini cəbhə bölgəsindəki mövqeyini gücləndirmir. Məsələ bundadır ki, Azərbaycan ordusu Dağlıq Qarabağda hər hansı uğurlu əməliyyat keçirərək, qarşı tərəfi itkiyə məruz qoyaraq hər hansı coğrafi yüksəkliyi ələ keçirirsə, bir neçə gün sonra Ermənistan fərqli məkanda cavab aksiyası həyata keçirməyi hədəfləyir. Məsələn, son atışmalarda Dağlıq Qarabağda bir erməni çavuş həlak oldu, bir neçə gün sonra Azərbaycan Tərtər istiqamətində zabit itirdi. ya əksinə. Ermənistan hansısa istiqamətdə atəşkəsi pozaraq üstünlüyünü göstərməyə çalışırsa, qısa müddətdən sonra Azərbaycan tərəfi əks-həmlə ilə yenidən pariteti saxlayır. Digər tərəfdən Dağlıq Qarabağda pozulan atəşkəs Qarabağdan uzaq ərazidə, Ermənistan-Azərbaycan sərhədi boyunca da özünü göstərir. Bu isə o deməkdir ki, Dağlıq Qarabağda başlaya biləcək müharibənin başqa ərazilərə keçmə ehtimalı yüksəkdir.

Mərkəz atəşkəsin intensiv pozulması halında Azərbaycanın 3 amili diqqətə alınmasının vacibliyini önə çəkib: "Birinci amil - Rusiya bu durumda özünü necə aparacaq? Rusiyanın Ermənistandakı hərbi heyəti Azərbaycanın itkisini çoxaltmaq məqsədilə cəbhə bölgəsində Ermənistana kimi dəstək verə bilər? Azərbaycan Müdafiə Nazirliyinin son açıqlamasında belə bir cümlə var: "Ön xəttə yerləşən bölmələrimiz tərəfindən aparılan müşahidələrdə düşmənin geri çəkilməsi zamanı verilən əmr komandaların yalnız erməni dilində deyil, qeyri-erməni dilində səsləndirilməsi qeydə alınıb". Aydındır ki, söhbət rus dilində verilən əmrlərdən gedir. Bu cümlə ilə rəsmi Bakı atəşkəsin pozulması prosesində rusiyalı hərbçilərin bu ya digər şəkildə iştirakı mümkünlüyünü səsləndirir. İkinci amil - atəşkəsin pozulması ilə itkilərlə bağlı müxtəlif xəbər şayiələr yayılır. Şayiələrin dezinformasiyaların geniş yayılmasında sosial şəbəkələr neqativ rol oynayır. Bunun qarşısını almaq çətindir. Yəni yanvarın 20-dən başlayan atəşkəsin pozulması faktiki Azərbaycanla Ermənistan arasında informasiya müharibəsini gücləndirib. Üçüncü amil - aydındır ki, atəşkəs əmrlə pozulub, bu ya digər tərəf nəbz yoxlaması həyata keçirib. Ancaq cəbhə bölgəsində intensiv atışmanı dayandırmaq mümkün olmasa itkilər artsa, atəşkəsin pozulmasına əmr verənlər bir anda nəzarəti itirə bilərlər. Əmrlə pozulan atəşkəsin daha sonra lokal genişmiqyaslı toqquşmalara çevrilməsi təhlükəsi yarana bilər. Əsəblərin tarıma çəkildiyi hansısa anda yerlərdəki hərbçilərdən bir qrupu əmr gözləmədən fəaliyyətə keçə bilərlər. 1994- ildə Bişkekdə Azərbaycanla Ermənistan arasında atəşkəs sazişinin imzalanmasından 20 il keçir. Azərbaycanın bəzi rəsmiləri 20 ili saziş müddətinin bitməsi kimi dəyərləndirirlər. Yəni atəşkəsin 2014- ildə davam etməsi üçün Azərbaycanla Ermənistan arasında ya Bişkek sazişinin uzadılmasına, ya da yeni sazişin imzalanmasına ehtiyac var. Bu ideyanı irəli sürənlər ancaq bu dəfə şərtlərin fərqli olması vacibliyini bildirirlər. Arqument bundan ibarətdir ki, 1994- ildə Azərbaycan zəif idi, Bakı Bişkekdə sazişi məcburiyyət qarşısında imzaladı, son 20 ildə isə Azərbaycan bütün istiqamətlərdə güclənib, Ermənistan isə zəifləyib. Buna görə elə bir saziş imzalanmalıdır ki, status-kvonun sonsuzadək uzanmasına şərait yaradılmasın Ermənistanı sülh sazişinə məcbur etsin. Bu yanaşmanın Azərbaycan prezidentinin təlimatı ilə gündəmə gətirilib-gətirilmədiyini söyləmək çətindir. Ancaq o da aydındır ki, İlham Əliyev indiki status-kvonun dəyişilməsinə çalışır".

AQİL

 





28.01.2014    çap et  çap et