525.Az

"Cüzeppe Verdi"- şeir


 

"Cüzeppe Verdi"- <b style="color:red">şeir</b>

Fevral ayının 7-10-u arasında İtaliyanın Milan şəhərində Cüzeppe Verdi Konservatoriyasının professoru Davide Qualtleri tərəfindən hazırlanmış, Azərbaycan şairlərinin şeirlər kitabının təqdimatı keçiriləcək. Təqdim edilən şeirlər əsasən Qarabağ mövzusundadır. Hər şeir Azərbaycan dilində olduğu kimi çap edilib, italyan dilinə tərcüməsi verilib. Şeirlərin bir çoxuna italyan bəstəkarları tərəfindən musiqi bəstələnib. 2013- ildə kitabın hazırlanması ilə birbaşa məşğul olan italyan həmkarlarımız iki dəfə Azərbaycanda olublar. Bir dəfə kiçik bir heyətlə biz Milan Konservatoriyasında müəllim tələbə heyəti ilə görüş keçirmişik. Hazırlanan kitabdakı şeirlərdən nümunələr səsləndirmişik. Əlbət ki, kitab haqqında geniş məlumatı İtaliyadakı təqdimatdan qayıdandan sonra oxuculara təqdim edəcəyik.

Bu münasibətlə dahi bəstəkar Cüzeppe Verdiyə həsr etdiyim bir şeiri oxuculara təqdim edirəm. Məlum faktdır ki, indi Cüzeppe Verdi adını daşıyan məşhur konservatoriyaya oxumağa onun özünü qəbul etməyiblər. Deyiblər, bu oğlanın barmaqları gödəkdir, ondan musiqiçi olmaz.

CÜZEPPE VERDİ

O zamanlar mafiyanın
İtalyada barmaqları uzun,
Əli hər yana
çatırdı.
Ağılsıza şöhrət alırdı,
ümidsizə arzu satırdı.
Özü Milanda olanın
Barmaqları uzanıb Palermoda
güllə atırdı.
Barmaqları banklara girirdi,
Barmaqları qalın seyflərin
içini görürdü.
Cüzeppe əllərinə baxır,
ürəyinin göz yaşları axır.
kəsib atmaq olur,
dartıb uzatmaq olur.
Ona
demişdilər:
Barmaqların gödəkdi,
Musiqiçi olmağa
uzun barmaqlar gərəkdi.
Arzuya bax, əllərə bax,
Aman Allah!!!
Bu həyata lənət,
Lənət belə
dünyaya,
Bu kainata lənət!
Yox, musiqisiz
günüm gün deyil.
Yerdən
qaçıb ulduzlara sığınardım,
bu da
mümkün deyil.
Bəlkə
qaçım o dünyaya...
Yox, yox, Amerkaya.
Amerika da o
dünya kimi uzaqdı,
Bəlkə orda
haqqın rəngi haqdı.
Getdi,
Yazdı,
çaldı,
ucaldı,
ad-san
aldı.
Uzandı barmaqları
uzaq sahillərə,
doğma ellərə.
nyadakı bütün şirmayı dillərə
barmaqları toxundu.
O dillər
Cüzeppe Verdi barmaqları ilə oxundu.
İstedad barmaq deyil,
İstedad canındakı atəşdir çıxacaq.
İstedad qara buludlarda boğulan
ildırımdır çaxacaq.
Böyük istedad yol tapacaq özünə.
Qazıb yerə batırsan
cücərib çıxacaq yer üzünə.
İndi Milan Konservatoriyası
Cüzeppe Verdinin adını geyib əyninə,
Bu adla
öyünə-öyünə
Məşhurdu indi.
Dönüb musiqi məbədinə,
Musiqi
dünyada ən gözəl bəşəri dindi.
İndi o məbəd Verdinindi.

 





28.01.2014    çap et  çap et