525.Az

Zaman fövqündə


 

Zaman fövqündə<b style="color:red"></b>

tənqidçi                                  

Sara Oğuz- Nəzirova: Milli mədəniyyətimizin müxtəlif qollarını birləşdirən virtuoz zəka sahibi. Yazıçı, publisist, dramaturq-ssenarist sənətşünas. Ədəbi ənənə mühit dışında yetişən, özünə həm cığır, həm yol olan istedadlı nasir.

Ədəbiyyata nəsildaşlarından bir nəsil sonra gəlib. “Qədir gecəsi”, “Ot göyərəndə”,  Köhnə kişiadlı ilk hekayələri 1979-cu ildə  Azərbaycanjurnalında çap olunub. “Beton evdən yazılar  Ümid ulduzuisə ilk povestləri sırasında yer alır. İndiyədək 7 kitabı çıxıb.  Bədii əsərləri rus, ingilis, çin s. dillərinə tərcümə olunub.

Onun yazıçı kateqoriyasını özünüreklam müəyyənləşdirmir, tərcümə çap olunduğu ölkələrin sərhədlərini  ədəbi işbazlıqla aşmır. Hələ haralardasa ədəbi kriteriyalar  qüvvədədir Sara Oğuzun əsərlərinin şans mələyi məhz bu qüvvədir...

lll

Haşiyə: 1994- ilin noyabrında  Amerikanın  nüfuzlu  ədəbi nəşrlərindən olanİkarusjurnalından  Azərbaycan Xarici İşlər Nazirliyinə   faksla bir məktub daxil oldu. Nəşrin redaktoru tərəfindən göndərilən  məktubda   Azərbaycan yazarı Sara OğuzunTale  damğasıpovestinin  keçmiş Sovet respublikaları ədəbiyyatlarından ən yaxşı nümunələr sırasında jurnalda dərc edildiyi bildirilirdi. Ədəbi nümunələrin  müsabiqə yoluyla seçildiyini   milli xarakterin ən yaxşı ifadəsi  kimi məhz bu əsərə üstünlük verildiyini vurğulayan  naşir müəllifi ekstremal istedada malik  yazıçı kimi yüksək dəyərləndirirdi.

60-70-ci illər nəsrimizdə uşaqlığı repressiya illərinə İkinci Dünya müharibəsinə düşən nəsil barəsindəTütək səsi” (İsa Muğanna), “Mənim nəğməkar bibim” (Əkrəm Əylisli) kimi sanballı əsərlər yazılmışdır. Sara Oğuzun  illər sonra qələmə aldığıTale damğasıpovesti bu ədəbi pleyadanın davamıdır. Normal uşaqlıq gənclik yaşamadan yaşlanan bir nəslin mənəvi-psixoloji durumu, məhrumiyyət xəyal qırıqlığı povestin əsas leytmotivini təşkil edir. Bilavasitə özünün içindən keçib gəldiyi, acılarını bütün canı-qanıyla duyduğu o məşəqqətli həyat yazıçını uzun illər düşündürdüyündən, “Ümid ulduzuadlı başqa bir povestində həmin zaman kəsiyindən bəhs etmişdir. Lakin istər, ağrı emosiyaların ilkinliyi, istər, nəsrimizdəki sanballı nümunələrlə bir səviyyəni paylaşması baxımındanTale damğasıdaha ağır basır.

Yeri gəlmişkən deyək ki, bəzi araşdırıcılar bu əsərlə 60- illər nəsrimizin populyar nümunələrindən olanMənim nəğməkar bibimpovesti arasında süjet-konflikt paralelləri aparırlar sırf vizual yanaşmada bu mövqeni qəbul etməmiz gərəkir.

Qeyd olunduğu kimi, hər iki əsər müharibə dövrünün uşaqlığı barəsindədir   təhkiyə uşaqların diliylə verilir.  Situasiyalar da oxşardır;  bibi ( “Mənim nəğməkar bibim”) xala (“Tale damğası”) sevmədikləri kişiylə evlənməyə məcbur olmuşlar s.

İndi fərqlərə nəzər yetirək: 

Mənim nəğməkar bibim  süjet şaxəlidir, əsərdə zorən bir evlilik hekayəti ilə  paralel,  müharibə dövrü Azərbaycan kəndinin mənəvi-sosial mənzərəsi təsvir edilir. Bu baxımdan,  povestə həm müstəqil əsər kimi, həm müəllifin  Adamlar ağaclartrilogiyası kontekstində  baxılmalıdır. Mədinə dövranın məhkumudur, sevdiyi oğlan kəndin sayılıb-seçilən bütün kişiləri müharibəyə getdiyindən,  əsla layiqi olmayan bir adamla evlənib. O qədər gözəl, mənəviyyatca zəngindirsə, Müküş bir o qədər idbar hər yönüylə naqisdir.  Müəllif açıq görünməsə , (hekayət Mədinənin qardaşı oğlu Sadığın diliylə nağıl olunur), bu ayrıntı  onun tərəfli  mövqeyini, başqa sözlə, müsbət mənfi qəhrəman bölgüsünü ortaya qoyur.

Vahid süjetli  Tale damğasıisə əsil-nəcabətli bir xanımın tale dramı olmaqla,  sırf mənəvi-əxlaqi kontekstdədir.  Olaylar  40- illərdə, kənddə yaşayan  əsilzadə bir  ailədə cərəyan edir. Sovet hökuməti  ailənin çörək gətirən, qeyrət çəkən bütün kişilərini  kulak” , “qaçaqdamğasıyla Sibirə sürsə , qürurunu sındıra bilmir bu aqayanalıq  əsərin ideya-bədii sistemində başlıca rol oynayan Şamxatun obrazıyla kulminasiyaya çatır. “Bəylərə, xanlara yaraşanŞamxatun  şəcərəsinə yaraşmayan bir ailəyə ürcah olmasıyla həyatının sonunadək  barışmır.  Lakin o, sələfi Mədinə kimi ərinə nifrət etmir, onunla yaşadığı həyatdan iyrənmir. Əslində, ağıllı-kamallı, boylu-buxunlu sevən ürəkli Şamxalın da yetimlikdən, köksüz-köməksiz olmaqdan başqa  suçuyoxdur.  Sovet hökuməti taxt-taclarını yıxsa da, könül taxtından enməyən,  ərini sevməsə , törə qaydalarıyla sayğı göstərən, ailə şərəfini göz bəbəyi kimi qoruyub, övladlarının üstündə nanə yarpağı kimi əsən Şamxatun bütün məziyyətləriylə ideal bir azərbaycanlı qadın obrazıdır. Bu mənada o, Əkrəm Əylislinin Müküşlə yatıb, xəyalən cəbhəyə getmiş sevgilisiylə ovunan Mədinə obrazıyla  müqayisə oluna bilməz. Şamxatun daha çox İsmayıl Şıxlının, Fərman Kərimzadənin romanlarında təsvir olunan  milli aristokratiyanın təmsilçisidir Tale damğasıda belə bir havaya köklənib.

Ağıl, bədii təfəkkür, intuisiya ürək... Sara Oğuzun əsərləri ədəbi cərəyanlara, nəzəri modellərə deyil, bu dörd doğal təmələ əsaslanır.  Tale damğasında ürəyin payı daha çoxdur,  obrazlı desək, bu əsər bir ana duyumuyla yazılıb onun milli-bəşəri dəyərlər sistemində hər iki səviyyəni fəth etməsi bu duyuma bağlıdır.

lll

Cəmiyyəti məhvərindən oynadan 90- il hadisələri; Qarabağ müharibəsi   ictimai-siyasi kataklizmlərin doğurduğu iqtisadi böhran...İlk dövrlər bir donuqluq müşahidə olunsa da,  müharibə mövzusunu ədəbiyyatımız  müəyyən qədər içindən keçirə bildi çoxsaylı  əsərlər yarandı. Məmləkəti heç   müharibədən az  üzməyən, illərcə davam edərək həyatın normal axarını pozan, hətta milli adət-ənənələri aşındıran sosial-iqtisadi tənəzzül isə ədəbiyyata mal olmadı. Sara OğuzunKəpənək ömrüpovesti bu mövzuda istisna faktlardan olmaqla, xaricdə maraqla qarşılanan ikinci əsəridir. Povest, demək olar ki, mürəkkəbi qurumadan- 1996- ildə YUNESKO-nunDünya ədəbiyyatı bu gün” (The World Literature to day) toplusunda nəşr olunub. Təbii ki, Qərbin belə sıcaq münasibətinin  məğzində sadəcə, ədəbiyyat marağı dayanmırdı. Sovet imperiyasının çökməsiylə dünyanın  bir tərəfində böyük xaos yaşanırdı. Asılılıqdan qurtulan respublikaların etnik  münaqişələr, məhəlli müharibələr iqtisadi sanksiyalarla əzilməsi  toplumu təcrübə siçovuluna çevirmiş, ictimai müvazinət pozulmuş,  insanların şüuraltı bütün naqislikləri üzə çıxmışdı.

Belə bir nəhəng, idarəolunmaz  xaosun anatomiyasını öyrənmək üçün  gerçək həyatdan alınmış  Kəpənək ömrü  qiymətli bir mənbəydi. Povest yazıçının əsərləri içərisində, demək olar ki,  ən informativ mətndir. Lakin informasiya məqsəd deyil, vasitədir konkret bir tarixi dövrün bədii konsepsiyasının həllində bu vasitədən uğurla istifadə edilmişdir.

Əsərdə təsvir olunan əhvalatlarla, xüsusən personajlarla yazıçı arasında həssas bir  bağlılıq vardır.  Bu bağlılıq  onunBeton evdən yazılaradlı ilk povestində aydın hiss olunur.  Belə ki, fərqli zaman kəsiklərini əhatələyən  əsərlərin hər ikisində müəllifin mənsub olduğu ziyalı təbəqəyə ictimai-siyasi, iqtisadi sosial mühitin ağrılı təsirlərindən bəhs olunur.  Ötən əsrin ortalarında qeyri-münbit zəmində ( siyasi-ideoloji təzyiq, məişət çətinlikləri s. ) istedadını realizə edə bilməyən ziyalılar  əsrin sonlarında bir zümrə olaraq siyasi hərc-mərcliyin bazar iqtisadiyyatının girovuna çevrilir.  Bilavasitə,  müəllif özü həmin çənbərin içində fırlanır çoxmərtəbəli beton evin ( beton ev həm sərt sovet rejiminin simvolizəsidir) çardağına sığınan laməkan rəssamla (Çempion), sənət adamlarının cəfasını çəkən sənətşünas ya işini, maaşını itirərək qobulardakı ot-əncərə, adamlarının qəpik-quruşuna möhtac qalan elmi laboratoriya əməkdaşlarıyla  eyni taleni paylaşır. Lakin beton evdən yazılarda, Kəpənək ömründə müəllif şəxsiyyətinin açıq təsiri duyulmur.

Bədii əsərdə obrazlar emosiyalar özünün xüsusi məntiqinə tabedir, yazıçı araya girdiyi təqdirdə mətn estetik dəyərini itirir.  Məşhur fransız  yazarı Floberin sözləriylə desək, “Allah yaratdığı təbiətdə özünü qədər hiss etdirirsə, sənətkar da əsərində özünü o qədər hiss etdirməlidir..”  Bu çox çətin olsa da, Sara Oğuz sənət prinsiplərini şəxsi hisslərinin fövqündə tutmağı hər iki əsərdə problemə neytral bir mövqedən yanaşmağı bacarmışdır.

lll

İlk dəfə jurnal variantında işığa çıxanÇərxi fələk  povestiylə  (“Azərbaycanjurnalı, N9, 2007) yazıçı tamamilə yeni bir orbitə daxil olur. Sosial, ictimai-iqtisadi emosional faktorlar üzərində qurulan əvvəlki dörd  povestdən  ciddi şəkildə fərqlənənÇərxi-fələk bədii konflikt materialist müstəvidən metafizik müstəviyə qaldırılır.

Ədəbiyyatın əzəli-əbədi mövzularından olan hüznlü bir məhəbbət hekayəti: Bir-birini sevərək evlənmək istəyində olan cütlük (Ələkbər Xədicə) “əsli-kökü bilinməyən kəndçi qızıyla bizimki tutmazdeyən oğlan anasının inadıyla ayrılır.  Lakin bu  səninki səndə, mənimki məndədeyilə biləcək  bəsit bir ayrılıq deyil. Ortada bağışlanmaz günah var, çılğın anların birində  oğlan nəfsinə hakim ola bilmir qızın ismətini korlayır...Zərərdidə abrına qısılıb susur, günahkar  da cəzasız qalacağından əmin olub arxayınlaşır...Bəs Ədalət?  Məhkəmələrin işə qarışmadığı təqdirdə o ədaləti kim bərpa edəcək?

Demək, biz problemin bədii həlli üzərinə gəldik. Amma baş sındırmağa gərək yox. Çünki anaxtar ən gözəgəlimli bir yerdə qoyulub bu,  əsərin əvvəlindəQurani-Kərimdən gətirilən aşağıdakı iqtibasdır:

Heç bir ümmət öz əcəlini (ölüm, yaxud cəza vaxtını) qabaqlayar, yubada bilər”(Yunus surəsi, 49-cu ayə) .

Bu, o deməkdir ki, hər şey yerdə həll olunmur. ƏMƏL törədilmişsə, onun BƏDƏLi mütləq qaçılmazdır. Ələkbər Göylərin cəzasından qaça bilmir 30 il öncə törətdiyi ağır günahın bədəlini bir yay günü dənizdə boğulub ölən Xədicənin meyitinə gecədən sübhədək keşik çəkməklə ödəyir. Ammabaşa baş,  gözə gözprinsipinə görə, bu da tam qarşılıq deyil. Xədicənin ölümündə müqəssir bilinib həbs olunan  keçmiş sevgili qadını öldürdüyünü etiraf edərək havalanır. Ədalətin bərqərar olmasıyla konflikt bədii həllini tapır mistik çevrə qapanır.   Lakin bu konfliktdə açıq şəkildə qarşı-qarşıya duran qüvvələr yoxdur. Mübarizə gizlidir   o sadəcə metafizik qatda, həm VƏKİL, həm HAKİM olan bir  QÜVVƏ tərəfindən aparılır...

Bir qayda olaraq yazıçının realist mövqedən çıxış etməsinə alışıq olan oxucuÇərxi-fələk məhvərin tam dəyişdiyini görüb şaşıra bilər. Amma dialektik əlaqə qanunlarını bilən, Klod Helvetsi, Martin Haydeger, Karl Yaspers fəlsəfəsini içindən keçirən  yazarın belə bir nəticəyə gəlməsi tamamilə məntiqidir.  Yaspers təliminə görə insanı  tanımaq üçün o üç yöndən- həm vücud, həm ruh, həm ictimai varlıq kimi öyrənilməlidir.   Çərxi-Fələk bu postulata  din fəlsəfəsi əlavə olunur   Mütləq Varlıqla insan arasında metafizik ilişki, sadə desək, insanın həyatında taleyində  Göylərin rolu izlənir.

Lakin bu şərhimiz  qətiyyən əsərin bir ədəbi təcrübə olması anlamına gəlməməlidir biz sadəcə, mətnin fəlsəfəsini açmağa səy göstərdik. Alt yapısında bilgi dayansa da, “Çərxi-Fələk  ömrünün zirvəsinə yaxınlaşan, teoloji təsirləri bütün hüceyrələriylə  hiss edən varlığın anlamı üzərində düşünən bəsirətli bir insanın  gerçək yaşam təcrübəsidir.

lll

İnandırıcılıq bədii əsərin dəyərini müəyyənləşdirən əsas meyarlardan biridi, hekayə üçünsə  bu, bir nömrəli şərtdi. Çünki roman, povest kimi irihəcmli mətnlərdən fərqli olaraq birxətli, yığcam hekayədə, xüsusən novellada oxucunu azdırmaq çətindi. Onu əldə saxlamağın yolu dərhal qeyd-şərtsiz inandırmaqdı. Amma yazdıqlarına öncə yazıçı özü inanmalı, duyğu düşüncəsinə, fəhminə sadiq qalmalıdı ki, oxucunu da arxasınca apara bilsin. Məsələn, “Yengəhekayəsində xoşlanmadığı qaynı arvadından onun dikbaş qızından qisas alan Zülhəccə qarının  bircə kəliməsi- “Mən üzüqara bir qıza yengə gedə bilmərəm”- deməsiylə  qardaşı  ayağı üzəngidə gəlin köçən bacısını boğub öldürür. Oxucu belə bir  sonluğa inanacaqmı? Qəti şəkildəbəlideyirik, çünki yüz ölçülüb-biçilmiş, olduqca həssas bir situasiya var ortada; bu dəhşətli iftira ailəyə çox yaxın olan,  onun cikini-bikini bilən  bir adam tərəfindən, həm evin, gəlinin dövrəsinin qonaq-qarayla dolduğu soyuqqanlı davranışın mümkün olmadığı  elə bir şəraitdə söylənib ki, qardaş namus ləkəsini ya qanla yumalı, ya da binamus, xoşqeyrət adını üzərinə götürməlidir.

MüəllifinOt göyərəndə”, “Sarı gəlin”, “Ölü dərdihekayələri əsasən situasiyalar üzərində qurulub   bu,  janrın başlıca  prinsipini ehtiva edir.  Sara Oğuz xarakterlər üzərində çox uğurla işləyir bəzən bu potensialını eyni hekayədə  reallaşdırır. Öndə söz açdığımızYengə olduğu kimi.  Bütün huyları, tövrləri, hökmü-hikkəsi, məkri, məncilliyi ilə  Zülhəccə qarı  tam bitkin bir xarakterdir. Amma yıxıcı, dağıdıcıdır, İblisin köləsidir. “Köhnə kişihekayəsindəki Mamı kişi isə Zülhəccənin tərsidir. Mamı neqativ enerjili deyil,  Zülhəccə kimi ətrafını zəhərləmir, amma o da bir cür iddia dağarcığıdır.

Mamı ömründə iki şey üçün əyilmişdi; oğlunun qəbrinə bir ovuc torpaq alıb atmağa, bir haqq-Taalanın yolunda namaz qılmağa...” 

Yazıçının bu bircə cümləlik təsvirlə xarakterini cızdığı Mamı hündür şabalıd ağacları qaratikanla çəpərlədiyi həyətində özü üçün bir imperiya qurub.  Onun özəlliyi olduqca tədbirli, bic   qurnaz olmasındadır.  Əyilib yerdən bir şabalıd götürdüyünü, bir cəvərən üzüm üçün ağaca çıxdığını görən olmasa da, bütün işləri yağ kimi gedir.

Mamı hər zaman haqlıdır; rəhmətlik arvadından sonra onun dul bacısını yanlamasında  da (topdağıtmaz evə kənar adam salmaq olmaz),  eşqə düşüb cavan ləzgi qadınla evlənməsində ( etsin, kişinin şabalıdları batır), yaxın əqrəbasının əqli-fiziki qüsurlu qızını qapı-bacasına xidmətçi tutanda da (dağdan ağır kişinin əlində-ovcunda böyüyüb deyə ərə alacaqlar) haqlıdır.

Hekayə  janrının forması, ölçüsü stili ilə bağlı müəyyən nəzəri şərtlərlə yanaşı, bir şərtsizlik   mövcuddur. Belə ki, nəsrin bu ən kiçik janrı ən  tükənməz imkanlara malikdir. Romandan, povestdən fərqli olaraq,  hekayə istənilən forma, istənilən ölçü, istənilən stil ala bilər yaxud tərsinə, hər üç ölçünü dağıda  bilər. Sara OğuzunBayat oxşamasıhekayəsi, demək olar ki, belə bir modelsiz modeldədir.

Bu heç bir situasiyanı xarakteri, mətnin necə nəylə başlayacağını, xoşbəxt ya bədbəxt sonluğu  gözə almayan, bütün şərtləri sadəcə, havasına, dil yaddaşına milli yapıya bağlanan fövqəladə bir mətndir.Mətnin süjeti çar hökumətinə qarşı çıxan qaçaq Şərifin ailə faciəsi üzərində qurulsa da, bu bir dil hadisəsidir. Müəyyən bir süjet üzərində gəzişən müəllif yazılı  ədəbiyyatla  xalq yaradıcılığını, folklordastan poetikasını birləşdirərək bənzərsiz bir əsər yaradıb. Sözönü kimi nəzərdə tutulan kiçik bir  icmalda  sonsuz virtual imkanlara malik olan bu hekayəni təhlil edib dəyərləndirmək olduqca çətindir. Sadəcə, bir cümləlik yekun rəy söyləmək olar; “Bayat oxşamasıSara Oğuzun milli pasportudur.

lll

...Nəsileyni yaş həddi deyil, taledir insanların taleyinə düşən tarixi hadisələr onları bir nəslə çevirir” (Lev Anninski). Sara xanım 60- illər yazarlarından yaşca xeyli kiçik olsa da, eyni tarixi dövrün mədəni-intellektual mühitin yetirməsi kimi İsa Muğanna, Sabir Əhmədli, İsi Məlikzadə, Yusif Səmədoğlu, Anar, Əkrəm Əylisli, Elçin, Rüstəm Maqsud İbrahimbəyovlarla bir taleni paylaşır. Yəni, onun yaradıcılığa bir qədər gec başlaması nəsil mənsubiyyətini dəyişmir. Sadəcə,  ədəbi təsnifat sənətkar taleyi baxımından ayrıntılar ortaya çıxır. Məsələn, Sara xanımın yaradıcılığını şəhər nəsri (Anar, Elçin, Maqsud Rüstəm İbrahimbəyovlar...)  ya kənd nəsri  qismində (İsa Muğanna, İsi Məlikzadə, Əkrəm Əylisli...)  təsnifatlandırmaq mümkün deyil. Məkan, mənşə   mövzusuna görə, bu, iki qismin ortamında olan, şəhərlə kəndi birləşdirən fərqli  bir nəsrdir. Hətta deyərdim ki, Sara Oğuz Nəzirova müasir ədəbiyyatımızda kübar mədəniyyətin təzahürlərini xalq həyatı yaşadığı həyat tərzinin asketik dünyaduyumu ilə birləşdirən yeganə sənətkardı. Onun canına, qanına işləmiş, dünyasından güzəranından irəli gələn bu məziyyət təkrarsız yaradıcılıq yolunun ana xəttidi.

Ədəbiyyat zamanüstü sənət olduğu qədər , Əlahəzrət Zamana, tarixi şərtlərə tabedir. Bəzən tarixi şərtlərin kəskin dəyişməsiylə ədəbi mövqelər, bədii-estetik dəyərlər dəyişərək yazıçının yaradıcılığına  mənfi təsir göstərir, onu forma məzmun çərçivəsinə salır. İntensiv ədəbi fəaliyyətə keçid mərhələsində başladığından Sara Oğuz sosialist realizmi üçün səciyyəvi olan belə bir çərçivədən  xilas olmuşdur.  Üzərindən ədəbi mühitin ütüsünün keçməməsi, dəb, ştamp, meyl cərəyanların fövqündə durmaqla,  öz təbii stixiyası ilə getməsi bir yazıçı kimi onun böyük qazancıdır. Amma ədəbiyyat havasının çox güclü olduğu bir dövrdən kənarda qalması tam xeyirə işləməyib, ən azından, oxucu, populyarlıq, şan-şöhrət, mükafat  avantajları itirilib. Fəqət, o mükafatlar qazanılsa olacaqdı?  Cavabı məşhur  Amerika yazarı Ernest Heminqueyə buraxaq:

Mükafat erkən qazanıldıqda yazıçını erkən məhv edir, uzun zamanlar özünü gözlətdikdə isə onu qəddarlaşdırır. Bəzən mükafat ölümdən sonra gəlir bu zaman sahibi üçün heç bir məna daşımır. Lakin heç bir halda dünyada naməlum ustadlar qalmır   əsl istedada malik yazıçı gec ya tez etiraf olunur”.

Birinci halda öldürən, ikinci halda qəddarlaşdıran, üçüncü halda mənasız olanyaxa sancağıüçün qəm yeməyə dəyərmi?! Amma bir zamanlar  millət yenidən KİTABA dönəndə anlayacaq ki, Sara Oğuz adlı yazıçını dönə-dönə oxumağa dəyər... 

 





28.01.2014    çap et  çap et