525.Az

Ali məktəblərə saxta diplom xəbərdarlığı


 

Ali məktəblərə saxta diplom xəbərdarlığı<b style="color:red"></b>

“Azərbaycan Müəllimlər İnstitutunda aşkar olunan saxta diplomlarla bağlı hazırda Baş Prokurorluqda istintaq işləri həyata keçirilir. İstintaq başa çatdıqdan sonra Baş Prokurorluq bu məsələ ilə bağlı geniş məlumat verəcək”.

Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib. Onun sözlərinə görə, ali məktəblərdə mütəmadi yoxlamalar həyata keçirilir. C.Bayramov qeyd edib ki, əgər hər hansısa ali məktəbdə bu cür neqativ hal aşkarlanarsa, onlara qarşı da sərt addımlar atılacaq: ”Hazırda xüsusi olaraq hansısa yoxlamalar həyata keçirilmir. Ali təhsil müəssisələrində tədrisin səviyyəsi yoxlanarkən, diplomlarla olan vəziyyət də araşdırılır”.

Azərbaycanda 12 illik təhsilə keçid məsələsinə də aydınlıq gətirən C. Bayramov qeyd edib ki, “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda bu məsələ öz əksini tapıb: “12 illik təhsil strategiyada qoyulmuş hədəflərdən biridir. Hazırda strategiyanın fəaliyyət planı hazırlanır. Bundan sonra isə müvafiq dövlət proqramları qəbul ediləcək. 12 illik təhsilə keçidlə bağlı dövlət proqramı qəbul olunduqda orada geniş təfərrüatlar veriləcək. 12 illik təhsilə keçidin hansı sinifdən başlayacağı barədə indidən nəsə demək bir qədər tezdir”.

 





28.01.2014    çap et  çap et