525.Az

PA rəsmisi: "Gəncə bazarının hansı hərbi əhəmiyyəti ola bilər?” - Video


 

PA rəsmisi: "Gəncə bazarının hansı hərbi əhəmiyyəti ola bilər?” -<b style="color:red"> Video</b>

“Ermənistan silahlı qüvvələri Gəncənin mərkəzi bazarını atəşə tutub. Bazarın hansı hərbi əhəmiyyəti ola bilər?”

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

“Bu raket hücumu yalnız mülki əhali arasında kütləvi itkilərin olması məqsədilə edilib. Mülki azərbaycanlılara qarşı Ermənistanın dövlət terrorizmi davam edir”, - deyə H. Hacıyev vurğulayıb.




 





05.10.2020    çap et  çap et