525.Az

Azərbaycan Konstitusiyası - hüquqi dövlət quruculuğunda əsas istinad mənbəyi kimi


 

Azərbaycan Konstitusiyası - hüquqi dövlət quruculuğunda əsas istinad mənbəyi kimi<b style="color:red"></b>

Hüquqi dövlət - dövlət təşkilinin fəaliyyətinin elə bir formasıdır ki, burada insan vətəndaşın hüquqları azadlıqları tam təmin olunur, dövlət hakimiyyətinin fiziki şəxslər onların müxtəlif birlikləri ilə əlaqələri hüquq əsasında qurulur. Azərbaycan Respublikasının Konstitusiyasına görə, Azərbaycan dövləti hüquqi dövlətdir. Əsas məqsədi şəxsiyyətin hərtərəfli inkşafına imkan yaratmaqdan, onun hüquq azadlıqlarını real olaraq təmin etməkdən, insan hüquq azadlıqlarını tanımaq müdafiə etməkdən ibarət olan, özünün həyata keçirdiyi dövlət hakimiyyətini qanunla məhdudlaşdıran dövlət hüquqi dövlət adlanır. Hüquqi dövlətdə hakimiyyət qanuna əsaslanır, qanunla məhdudlaşır qanun vasitəsi ilə həyata keçirilir. Hüquqi dövlət qanunla bağlı olan dövlətdir. O, qanuna tabedir. Respublikamızda qəbul edilən qanunlar, uğurla həyata keçirilən məhkəmə-hüquq islahatları, hakimlərin vəzifəyə təyin edilməsi zamanı test imtahanlarının tətbiqi, hüquq-mühafizə orqanlarına, dövlət orqanlarına yalnız imtahan verdikdən sonra təyin edilmə sair bu kimi tədbirlər həqiqətən ürəkaçan haldır hüquqi dövlət quruculuğunda mütərəqqi zəruri addımlardan biridir.

Hər bir xalqın tarixində xüsusi qeyd edilən önəmli günlər var. Azərbaycan dövlətinin tarixində 12 noyabr - Konstitusiya günü məhz belə günlərdəndir. Ümummilli lider Heydər Əliyev hazırkı Konstitusiyamızın memarıdır. Məhz Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə 1995-ci ildə siyasi plüralizm şəraitində ümumxalq səsverməsi yolu ilə suveren dövlətin ilk Konstitusiyası qəbul edilərək, Azərbaycan dünya birliyinin bərabər hüquqlu dövlətləri sırasına daxil oldu. Bu, hüquqi dövlət quruculuğu sahəsində strateji proqramın ilk mərhələsi oldu. Həqiqətən Azərbaycanın bu ali qanununda hüquqi dövlətin, insan hüquq azadlıqlarının bütün normaları aşkar şəkildə ifadə edilib.

Konstitusiyaya əsasən, Azərbaycan dövləti hüquqi, dünyəvi, unitar respublikadır. Əsas qanunumuzun xeyli hissəsi insan hüquq azadlıqlarına həsr olunub. Konstitusiyamızın əsas insan vətəndaş hüquqları azadlıqları beynəlxalq hüquq normalarına, bəşəri dəyərlərə söykənən prinsipləri əsasında təsbit edilməsi onu göstərir ki, Azərbaycanda hüquqi, demokratik dövlətin qurulmasında maraqlıdır bu yolla irəliləyir. Konstitusiyamız təsbit edir ki, hər bir kəsin doğulduğu andan toxunulmaz, pozulmaz ayrılmaz hüquqları azadlıqları var. Respublika Konstitusiyası ölkə ərazisində yaşayan bütün xalqların bərabər hüquq azadlıqlara sahib olduqlarına zəmanət verir. Milli, irqi mənsubiyyətlərə əsaslanmaqla vətəndaşın qanunla qorunan hüquq azadlıqlarının pozulmasına qəsd edilməsinə görə qanun cinayət başqa məsuliyyət növləri müəyyən edir. Konstitusiyaya əsasən hər bir kəsin azadlıq hüququ var qanuni əsaslar mövcud olmadıqda insan azadlıqdan məhrum edilə bilməz. Yalnız cinayət etməkdə təqsiri olan şəxs cinayət məsuliyyətinə cəlb edilə azadlıqdan məhrum etmə cəzasına məhkum oluna bilər.

Hüquqların Konstitusiyamızda bu qaydada təsbit edilməsi beynəlxalq hüquq normalarına tam cavab verməklə, inzibati-amirlik dövründə hökm sürən məhdudiyyətləri aradan qaldırır, azadlıq hüquqları dolğunluqla həyata keçirmələri üçün insanlara geniş imkanlar yaradır. Demokratik prinsipləri əsas tutaraq Əsas Qanunda insan hüquqlarına, azadlıq vəzifələrinə geniş yer verilir. Hər bir şəxs ömrünün sonunadək toxunulmaz, pozulmaz, ayrılmaz azadlıq hüquqları ilə təmin edilir. Hüquqi dövlətin başlanğıc nöqtəsi son məqsədi insan vətəndaş hüquq azadlıqlarının təminatıdır. Məhz hüquqi dövlətdə azadlığın, ədalətin ümumi sülhün əsasını təşkil edən insan ləyaqəti etiraf olunur kütləvi hakimiyyət tərəfindən qorunur. İnsan hüquqları fərdin özünə məxsusluğu, bütövlüyü azadlığı ilə bağlıdır. İnsan hüquqları hər bir insanın mövcudluğunun birgə yaşayışının bünövrəsi olmaqla, müasir dünyada sülhün tərəqqinin ifadəsidir. İnsan hüquqları həqiqətən heç bir mədəniyyətə yad deyil bütün millətlərə xasdır. İnsan hüquq azadlıqlarının pozulması nəinki şəxsiyyətə qarşı yönəlmiş bir haldır, həm sosial siyasi problem olmaqla dövlətlə cəmiyyət arasında tarazlığın pozulmasına, cəmiyyətin özündə zorakılıq konfliktlərə səbəb olur. Bu baxımdan Konstitusiyamız mütərəqqi siyasi-hüquqi sənəd olmaqla bütünlüklə, xalqın iradəsini ifadə etməsi, sosial ədalət, insan vətəndaş hüquq azadlıqlarının, digər mühüm prinsiplərin layiqincə təsbit olunması baxımından tariximizə əvəzsiz töhfədir. Konstitusiyada insan vətəndaş hüquqlarının azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan edilib. Konstitusiyada sadalanan insan vətəndaş hüquqları azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan dövləti siyasi-hüquqi potensialından tam istifadə etməklə bu məqsədə nail olmaq müvafiq hüquqi mexanizmlər yaratmaq üçün tədbirlər görür. Konstitusiyada irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasi sosial mənsubiyyətindən s. hallardan asılı olmayaraq hər bir insanın hüquq azadlıqlarının müdafiəsi dövlət orqanları qarşısında ümdə vəzifə kimi qoyulub. Konstitusiyanın 52-ci maddəsində deyilir: "Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan ərazisində ya Azərbaycan vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır". Qanundan göründüyü kimi, Azərbaycan ərazisində doğulmuş vətəndaş qanunla ona verilmiş hüquq azadlıqlardan məhrum edilə bilməz. İnsan vətəndaş hüquqları azadlıqları, şərəf ləyaqətin müdafiəsi həmişə diqqət mərkəzində olmalıdır. Konstitusiyamızın 46- maddəsində hər kəsin öz şərəf ləyaqətini müdafiə hüququ müəyyənləşdirilir insan üçün şərəf ləyaqət toxunulmaz olduğu, dövlət səviyyəsində qorunduğu bildirilir. Yəni hər kəsin şərəf ləyaqətini müdafiə etmək hüququ var. Hamının ləyaqəti, istisnasız olaraq dövlət tərəfindən qorunur. Heç bir halda şərəf ləyaqətin alçaldılmasına əsas verilə bilməz. Konstitusiyamızda respublikamızda yaşayan vətəndaşlara milliyyətindən, irqindən başqa nişanələrindən asılı olmayaraq bərabər hüquq verir. Azərbaycan dili dövlət dili olmasına baxmayaraq Respublikamızda hər bir millətin öz dilində təhsil almasına mədəniyyətlərindən istifadə etməsinə şərait yaradılıb.

Konstitusiyamızın 57-ci maddəsi vətəndaşlara dövlət orqanlarına şəxsən heç bir vasitədən istifadə etmədən müraciət etmək hüququ verir. Dövlət orqanları onlara edilmiş müraciətə qanunla müəyyən edilmiş müddətdə baxmalı müraciət edən şəxsə yazılı cavab verməlidir.

Konstitusiyada bu hüququn təsbit edilməsi, həmçinin dövlət orqanlarının, ictimai təşkilatların, vəzifəli şəxslərin fəaliyyətlərini işlərini heç bir məhdudiyyət olmadan tənqid etmə imkanlarının yaradılması demokratik prinsiplərə uyğunluq baxımından xüsusi diqqətə layiqdir. Hər bir vətəndaş onu qane etməyən, onun hüquqlarını məhdudlaşdıran, onun qanunla qorunan istək azadlıqlarına uyğun olmayan hərəkət hərəkətsizliklərə qarşı çıxış etməyə, bu hərəkət hərəkətsizlikləri tənqid etməyə, təkliflər verməyə, həmçinin öz müraciətlərinə cavab tələb etməyə haqlıdır. Konstitusiyamız bu hüquqların icrasını məhkəmə müdafiəsi ilə bağlayır bu imkanlardan maneəsiz istifadə etmək mexanizmini təsbit edir. Konstitusiyanın bu baxımdan 65-ci maddəsi hüquq azadlıqların məhkəmə vasitəsi ilə müdafiəsinə təminat verir. Vətəndaşın öz azadlıq hüquqlarının dolğun surətdə müdafiə edilməsinə nail olması üçün həmçinin Konstitusiya xüsusi norma nəzərdə tutur. Konstitusiyanın 61-ci maddəsində müəyyən edilir ki, respublikanın hər bir vətəndaşı yüksək keyfiyyətli hüquqi yardım almaq hüququna malikdir. Maddi imkanı yol vermədiyi hallarda hüquqi yardım dövlət vəsaiti hesabına göstərilir. Bu imkan yüksək əhəmiyyətə malikdir. Ona görə ki, vətəndaşların heç hamısı öz azadlıq hüquqlarının hansı yollarla müdafiə edilməsini bilmir, bəzi hallarda isə qanunları düzgün dərk etməməsi üzündən onun azadlıq hüquqlarından çox-çox kənara çıxan tələblər irəli sürürlər. Bu baxımdan hüquqi yardım alma imkanları bir tərəfdən hüquqların azadlıqların dolğun surətdə qanunla qorunmasını təmin etməklə yanaşı, əsassız qanunlara əsaslanmayan iddiaların irəli sürülməsinin qarşısını alacaq. Təqsirsizlik anlayışının Konstitusiya səviyyəsində təsbit edilməsi xüsusi əhəmiyyətlidir. Konstitusiya müəyyən edir ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Yəni təqsiri qanunda nəzərdə tutulduğu qaydada sübut edilmədən şəxs hər hansı cinayətin törədilməsində təqsirli sayıla bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. İnsan hüquqları özgəninkiləşdirilə bilməz. Yəni heç kim bu hüquqlardan məhrum oluna, yaxud da könüllü olaraq onlardan imtina edilə bilməz. Məqsəd ondan ibarətdir ki, hər bir şəxs insan hüquqlarının həyata keçirilməsində öz məsuliyyətini dərk etsin. Vətəndaşın davranışı qanunun tələblərinə uyğun olmalıdır. Cəmiyyətin mənafeyinin, insan vətəndaş hüquqlarını azadlıqlarının təmin edilməsi daim diqqət mərkəzində olmalıdır. Göründüyü kimi, Konstitusiyamızda hüquqi dövlət quruculuğu ilə bağlı bütün məqamlar öz əksini tapıb.

AQİL

 





28.01.2014    çap et  çap et