525.Az

Erməni yazar İslam dinini təhqir etdi


 

Erməni yazar İslam dinini təhqir etdi<b style="color:red"></b>

Erməni yazar Sevan Nişanyan CNN Türkdə Ənvər Ayseverin suallarını cavablandıraraq islam dininə və Hz.Məhəmmədə qarşı təhqiramiz ifadələr işlədib.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, erməni yazar islam dininin digər tək allahlı dinlərdən fərqli olaraq boş xürafata əsaslandığını söyləyib. Hz Məhəmməd haqqında fikirlərini yenidən səsləndirən yazar İslam peyğəmbərinin Allahla təmasına inanmadığını vurğulayıb:

“Mən bu ididanı axmaq və mənasız hesab edirəm. Peyğəmbərlik insanların çox bəsit düşündüyü vaxtda ortaya çıxıb. Bunlar hamısı boş xürafatdı”.

Sonra "Müsəlmanların məsumiyyəti" filmi haqqında danışan Nişanyan bu filmi ciddi qəbul etmədiyini bildirib: "İsa Peyğəmbər haqqında bundan da təhqiredici filmlər var"

Nigar Məhərrəm

 





16.10.2012    çap et  çap et