525.Az

Zəfərin işığında danışanlar... - Sosial şəbəkədə yazılanlar


 

Zəfərin işığında danışanlar... - <b style="color:red">Sosial şəbəkədə yazılanlar </b>

Erkin Qədirli, millət vəkili:

- Gəncəyə raket atmaqla Ermənistan bir daha cinayətkar dövlət olduğunu göstərdi. Legitim hərbi hədəf olmayan, heç bir hərbi zərurət doğurmayan, vurulması hansısa hərbi üstünlük qazandırmayan, üstəlik, beynəlxalq hüquqla qorunan hədəfləri (mülki əhalini, tarixi abidələri və s.) qəsdən vurmaq beynəlxalq cinayətdir. Burası öz yerində. Həm hərbi məntiqə, həm beynəlxalq hüquqa, həm da işğal faktının özünə görə bizim Ermənistan ərazisində hərbi hədəfləri vurmaq, orada hərbi əməliyyat aparmaq haqqımız var (təcavüzə məruz qaldığımız ilk gündən var). Gəncəyə raket atəşi bizə sadəcə, əlavə siyasi bəhanə vermiş olur. Biz Ermənistandakı hərbi hədəfləri vursaq, Rusiya Ermənistanın müdafiəsinə gələrmi? Beynəlxaq hüquqa görə, Rusiyanın belə bir halda qarışması üçün heç bir əsası yoxdur. Kollektiv təhlükəsizlik haqqında anlaşmalar yalnız xaricdən qaynaqlanan təhlükələrə qarşı müdafiə üçündür. Təhlükə dövlətin özündən qaynaqlanırsa, başqaları onun müdafiəsinə gəlməyə borclu deyillər. Məsələn, ABŞ-ın Tayvanla anlaşması var. Həmin anlaşmaya görə ABŞ Tayvanı Çindən qorumalıdır. Bununla belə, Tayvan özü Çini təhrik edərsə, ABŞ-ın Tayvanın yardımına gəlmək borcu olmayacaq. Ermənistan konteksti də elədir. Ermənistanın Azərbaycana qarşı təcavüzü Azərbaycanın özünümüdafiə haqqını aktuallaşdırır. BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, təcavüzə məruz qalmış dövlət müdafiəsini yalnız öz ərazisində qurmağa borclu deyildir. Bu halda Rusiyanın Ermənistanı qorumaq öhdəliyi yaranmır, çünki Ermənistan özü özünə qarşı belə bir təhlükəni yaradıb, bununla da Rusiya ilə kollektiv təhlükəsizlik anlaşmasını pozub (Rusiya üçün əlavə təhlükə yaradıb).

Vüsal Məmmədov, jurnalist:

- Səmimi deyim ki, mən bütün şüurlu həyatım boyunca erməniləri amansız, qəddar, yalançı, hiyləgər xalq hesab etmişəm, amma heç bir halda axmaq saymamışam. Fəqət apardıqları feyk xəbər mübarizəsinə baxdıqca onların nə qədər axmaq olduqlarını dərk edirəm. Qəzet erasında yalan xəbərlərin ömrü günlərlə ölçülürdüsə, 21-ci əsrin 20-ci illərində, istənilən "feyk" uzağı bir neçə saat yaşaya bilir. Onlara bu qədər vaxt, enerji sərf etməyin nə mənası var?! Bu "feyk"lər ermənilərə heç nə vermir axı. Sadəcə, nə qədər axmaq olduqlarını ortaya qoyur. Kozma Prutkov deyirdi ki, "Əgər filin qəfəsinin üstündə "öküz" yazılıbsa, gözlərinə inanma". Ermənilər hazırda filin qəfəsinin üstünə "öküz" yazmaqla məşğuldurlar. Fəqət bilmirlər ki, informasiya əsrində fil də, qəfəs də hamının gözünün qarşısında olur.

Sevinc Telmanqızı, jurnalist:

- Makron deyib ki, biz Azərbaycanın Qarabağı yenidən işğal etməsinə imkan verməyəcəyik-zad. Adama deyərlər, get, birincisi, tarix kitabı oxu. İşğalı kim edib, nə zaman edib, onu öyrən, sonra danış. İkincisi, sən anan yaşda müəllimənlə məktəbdə eşq macərası yaşayıb, sonra onunla evlənmiş adamsan. Sən nə bilirsən, seçim nədi, həyat nədi, reallıq nədi? Sən heç bir dövlətə, millətə ağıl verəcək, dərs keçəcək durumda deyilsən. Get illərdir həll edə bilmədiyin “sarı jiletlilər”in dərdini çək.

Vilayət Quliyev, filologiya elmləri doktoru:

- Bütün erməni "başbilənləri"və onlara dəm tutanlar tutuquşu kimi təkrarlayırlar ki, "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil". Belə çıxır ki, başqasının torpağını hərbi yolla işğal etmək olar, amma hərbi yolla azad etmək olmaz. Dünya hərb tarixi bu erməni səfsətəsinin əksini sübut edir. Bütün işğallara hərbi yolla çözüm tapılıb. Əks təqdirdə silahlı qüvvələrə milyonlar və milyardlar xərclənməzdi. İndi Azərbaycan Ordusu bunu Paşinyandan tutmuş Şahnəzərova (ulu nənəsi Qarabağ xanının hərəmində "çalışırmış"), Solovyovdan tutmuş Jirinovskiyə qədər bütün hərbi həll yolunu mümkünsüz sayanlara isbat etməkdədir.

Seyfəddin Hüseynli, jurnalist, ədəbiyyatşünas:

- Madagiz ərazisində Madagiz su anbarı və Madagiz-1 su elektrik stansiyası yerləşir. Ermənilər Madagizi işğal etdikdən sonra burada hərbi hissələr yaradıb. 49971 saylı hərbi hissə Ermənistan ordusunun Qarabağdakı ən yaxşı hərbi hissələrindən biri hesab olunurdu. Bundan başqa, erməni ordusunun "6-cı müdafiə rayonu" kimi qeyd etdiyi 33651 nömrəli hərbi hissə də Madagizdə yerləşirdi.

Madagiz 3 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Orxan Zeynallı, reper:

- Ermənilərin öz tarixləri ilə bağlı müxtəlif saytlarda yazdıqları kommentləri görürəm. Bəzən deyirlər, 1000 ildir burdayıq, başqa gün 2800 yazırlar, sonra gözümə 3500 dəyir. Bu gün ilk dəfə 4000-i gördüm. Anladığım qədərilə, erməni tarixi bitkoin kimidir, hər dəfə "refresh" verəndə rəqəm dəyişir. Bir şeyi anlamaq lazımdır ki, artıq heç nə 90-lardakı kimi olmayacaq. Birinci Qarabağ müharibəsinin fəsadları ilə illərlə təkbaşına mübarizə aparanlar daha tək qalmayacaq. Daha analar 5-10 manat "Şəhid pulu" üçün növbələrdə durmayacaq. Daha əlillər səfalət içində, qayğısız yaşamağa məhkum olmayacaq. Ona görə yox ki, əvvəl xalq yardımsevər deyildi. Yox, qətiyyən! Sadəcə olaraq, dövr dəyişib. Sosial şəbəkələr var. Birlik üçün zəmin yaranıb. Bu gün Tokioda yaşayan bir azərbaycanlı Bərdədə qalan tanımadığı bir ailəyə yardım etmək iqtidarındadır. Çünki kömək əlimizin uzunluğu təşəbbüsümüzlə düz mütənasibdir. Onlarla gənc heç kimdən göstəriş və ya tapşırıq almadan öz xoşu ilə gərginlik yaşanan bölgələrə ərzaq daşıyır, orada çəkiliş aparır və s. Qarabağı görmədən böyüyən nəsil olaraq başa düşmüşük ki, insan olmaq vətənpər olmaqdan bir addım öndə gəlir. Məktəbdə "Ya Qarabağ, ya ölüm" mahnısı ilə yaşayan uşaqlar indi yüzminlərlə dollarlıq fondlar yaradır, təşkilatlanır və faydalı olmağa çalışır. Artıq başa düşmüşük ki, həqiqəti, ədaləti dünyadan qabaq öz vicdanımıza çatdırmalıyıq. Və Azadlıq üçün çırpınan ürəklərimizi heç bir düşmən qıra bilməyəcək. Başda cəbhədəki qardaşlarımız olmaqla, bütün biganə qalmayan soydaşlarımızın Allah yardımçısı olsun. Hər kəsə sevgilər!

Qismət Rüstəmov, şair:

- Qarabağa münasibətimiz köhnə mahnılardan birinin ağrılı sözləri kimiydi: "Həyatda heç bir şeyim az olmadı sənin qədər..." Bugün təkcə torpaqlarımızın yox, mənəviyyatımızın da ərazi bütövlüyü bərpa olunur. Neçə illərdir balalarımız dərsə məktəblərimizin, universitetlərimizin divarına, dərsliklərimizin birinci səhifəsinə həkk olunmuş, çox vaxt qara lentin içində təsvir olunan işğal edilmiş torpaqların siyahısı ilə başlayırdı; yəni bəri başdan ürəyindən keçəni, ağlına batanı 20 faiz kəsirlə dilləndirirdi. İndi həmin səhifəni cırıb atırıq, artıq o qara siyahının kölgəsində yox, zəfərin işığında danışırıq. Şükür, çox şükür!

Elçin Əlioğlu, filologiya elmləri doktoru:

- Dağlıq Qarabağdakı terrorçu xuntanın lideri Araik Harutyunyanın yaralandığı deyilir. Ermənilər bunu xorla təkzib edirlər, amma 18 saatdır gözə görünmür. Xidməti avtomobili də yoxa çıxıb. Bu, öz yerində. Xankəndindən köç davam edir. Son 3 gündə təxminən 600 ailə şəhəri tərk edərək Laçın yolu ilə Ermənistana yollanıb. Ermənilər bunu da təkzib edirlər, amma Rusiya mediasında və rusiyalı bloqerlərin kanallarında çoxsaylı təsdiqləyici faktlar var. İrəvanlı bloqerlər də etiraf edirlər - ermənilər Xankəndini tədricən tərk edir. Zavallılar zirzəmilərdə oturmaqdan beziblər.Və sonda - Paşinyana daha bir sürpriz olacaq.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Bilmirəm başqa müharibələr tarixində belə bir hal olubmu ki, hərbi məqsədləri üçün bütövlükdə mobil operator ələ keçirilsin. Ötən gün Qarabağda qondarma rejimin "prezidenti " Arutunyan müharibəni əsas gətirərək "Karabakh Telecom" mobil operatorunu Livanlı biznesmenlər - Fatuş qardaşlarının əlindən alıb. Və bəyan eləyib ki, bu operatorun şəbəkəsindən hərbi məqsədlər üçün istifadə olunacaq. 20 ildir ki, bu şirkət, Beynəlxalq Telekommunikasiya İttifaqının qaydalarını pozaraq işğal olunmuş ərazilərimzidə qanunsuz mobil biznes qurub. BMT-nin qurumu olan BTİ beynəlxalq normaları pozaraq işğal olunan ərazidə fəaliyyət göstərən şirkətə mobil kod +284 və digər beynəlxalq resurslar verib. Şirkət Ermənistanda qeydiyyatdan keçib. Hazırda real vəziyyət belədir: Ermənistanda qeydiyyatdan keçən, BMT-dən əldə olunan beynəlxalq kodlarla işğal olunmuş ərazimizdə qanunsuz mobil şəbəkə quran şirkət, qondarma rejim tərəfindən ələ keçirilib və onun infrastrukturundan hərbi məqsədlər üçün istifadə olunur.

Səadət Məmmədova, telejurnalist:

- Qondarma "Dağlıq Qarabağ Respublikasının prezidenti" Arayik Arutunyanın tapşırığı əsasında bu gün saat 10 radələrində Azərbaycanın ikinci böyük şəhəri, beş yüz mindən çox dinc əhalinin yaşadığı Gəncə şəhəri raket və top mərmilərindən atəşə tutulub. Əldə olunan məlumata əsasən, Gəncə şəhər sakini Əliyev Tunar Qoşqar oğlu həlak olmuş, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bununla yanaşı, şəhərin infrastrukturuna, yaşayış evlərinə külli miqdarda ziyan vurulub İlkin araşdırma ilə qeyd olunan fakt üzrə qondarma "Dağlıq Qarabağ Respublikasının prezidenti" Arayik Arutunyan tərəfindən Cenevrə konvensiyasının tələbləri birbaşa pozularaq dinc əhalini qəsdən öldürmə, insanlar arasında vahimə yaradılmasına yönələn hərəkətlər etməsinə kifayət qədər sübutlar toplanmışdır. Buna görə də tərəfimdən Arayik Arutunyanın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə), 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılmışdır.

Fəxrəddin Həsənzadə, təhsil mərkəzinin icraçı direktoru:

- Düşmən Xızı və Abşerona 300 km mənzilli raket atıb. İstənilən halda bütün raketlər zərərsizləşdirilir, sadəcə, bunların bir istəyi var - İrəvanı mərmi yağışına tutaq. Bunlar isə tulalıq etdiyi ölkələrdən Ermənistanın ərazi bütövlüyünə təhdidi əsas gətirib kömək alsınlar. Dövlətin də fahişəsi olurmuş.

 





06.10.2020    çap et  çap et