525.Az

ABŞ-ın iki ştatında fövqəladə vəziyyət rejimi


 

ABŞ-ın iki ştatında fövqəladə vəziyyət rejimi<b style="color:red"></b> ABŞ-ın Luiziana ştatının qubernatoru Bobbi Cindal və  Alabam əyalətinin başçısı Robert Bentli güclü qar yağması ucbatından fövqəladə vəziyyət (fv) rejiminin tətbiq edildiyini bildiriblər.
 
Lent.az-ın «İTAR - TASS» istinadən məlumatına görə, Texas, Florida, Corciya və Missispi ştatlarının hökumətləri güclü fırtınanın olacağı ilə bağlı əhalini xəbərdar ediblər.
 
Təbii fəlakətlə bağlı məktəblər və bir sıra müəssisələr qapadılıb. Habelə bəzi federal əhəmiyyətli avtomobil yolları da bağlanıb. Luizianada avtonəqliyyatların hərəkət üçün bəzi körpüləri bağlayıblar.
 
Güclü qar  hava nəqliyyatının da işinə təsir göstərib. ABŞ-da  üç mindən artıq aviareys təxirə salınıb. Daha çox problem Corciya ştatının Atlanta şəhərindəki hava limanında var.
 
Qar yağıntısı cənub əyalətlər üçün xarakterik olmayan havanın temperaturunun düşməsi ilə müşahidə olunur. Həmin bölgələrdə 12 dərəcəyədək şaxta qeydə alınıb.
 
Ən güclü şaxtalar Mərkəzi Qərb ştatlarındadır – 25 dərəcə. Sinoptiklər ölkənin 34 ştatında mənfi temperatur qeydə alıblar.
 





29.01.2014    çap et  çap et