525.Az

Sosial şəbəkələrdən Prezidentin çıxışına dəstək: Qələbəyə bərabər çıxış!..


 

Sosial şəbəkələrdən Prezidentin çıxışına dəstək: <b style="color:red">Qələbəyə bərabər çıxış!..</b>

Sosial şəbəkədə yazılanlar

Əvəz Rüstəmov, jurnalist:

- Azərbaycan Prezidenti cənab İlham Əliyevin bugünkü çıxışı ilə qürur duydum, fəxarət hissi keçirdim. Özümü o qədər güclü, o qədər böyük hiss etdim ki, keçirdiyim duyğunu yansıtmaqda çətinlik çəkirəm. Bu çıxış Şuşada, Laçında, Ağdamda, Əsgəranda, Xankəndidə, Kəlbəcərdə, işğal altında olan hər kənd, hər qəsəbədə Azərbaycan bayrağının dalğalanmasının əminlik ruhudur. Yaşa, var ol, cənab Ali Baş Komandan! Yaşa, var ol, Cənab Prezident!

Rəşad Məcid, "525-ci qəzet"in baş redaktoru:

- Ali Baş Komandan Cəngavər kimi danışır! Fəxr edirik! Qürur duyuruq! Tanrı Sizi qorusun!

Vüsal Nazimoğlu:

- Prezidentin çıxışı mükəmməl idi! Həm də təzə haştaqlarımız oldu, sağ olsun Prezident!

Ayaz Salayev, rejissor:

- Prezidentin xalqa möhtəşəm müraciəti! Hər kəlməsi ürəyimdən xəbər verdi!..

Səlim Babullaoğlu, şair:

- Prezidentin çıxışını dinlədim. Qürur duydum. Allah qorusun!

Sərdar Amin, yazıçı:

- Prezidentin çıxışına radioda qulaq asırdım. Masaya vurduğu yumruğunun səsini eşitdikcə ürəyimdən bir cümlə keçirdi: vur, qadan alım, vur!..

Nicat Qafuroğlu, ssenarist:

- Ali Baş Komandanımızın bu çıxışının özü bir qələbədir!

Turan İbrahimov, teleaparıcı:

- Bu necə möhtəşəm üslub idi?! Bu necə gözəl cümlələr idi?! Və bu necə də konkret mesaj idi?! Sizə bir şey deyim! İlham Əliyev bu çıxışı ilə həm də Paşinyanın siyasi sonunun, rəzil-rüsvay şəkildə iqtidardan qovulmasının əsasını qoydu...

Vüqar Bayramov, millət vəkili:

- Möhtəşəm çıxış idi. Biz fəxr edirik ki, Sizin əsgərlərinizik, Ali Baş Komandanımız! İrəli, Azərbaycan ordusu! Yeni, xoş xəbərlər olacaq. Qarabağ Azərbaycanındır! Yaşasın Azərbaycan!

Faiq Ağayev, Xalq artisti:

- İlham Əliyev tarix yazır! Adını tarixə Qurucu İlham Əliyev, Qarabağın Xilaskarı İlham Əliyev, Qalib İlham Əliyev kimi həkk etdirir! Qürur duyuram, fəxr edirəm sizinlə Ali Baş Komandan, əziz Prezidentim! Yaşasın Azərbaycan!

İqbal Ağazadə, Ümid partiyasının sədri:

- Eşq olsun, cənab Ali Baş Komandan!..

Xalid Musayev:

- Misli görünməmiş bir çıxış oldu. Eşq olsun! Qoluna qüvvət, Ali Baş Komandan! Sayənizdə bu günü gördük. Güclü Azərbaycan azadlığı naminə o yumruğunu vur düşmənin başına!..

Ceyhun Osmanlı, sabiq millət vəkili:

- Prezidentimizin çıxışları erməni dilinə tərcümə edilib Feysbuk vasitəsilə işğalda olan ərazilərə doğru yayımlanmalıdır. Qoy Dağlıq Qarabağ erməniləri baxsın və fəxr etsin ki, onların necə Prezidenti var. Rədd eləsinlər onları xunta rejimində saxlayanları və könüllü keçsinlər biz tərəfə.

 





06.10.2020    çap et  çap et