525.Az

Qaraciyəriniz xəstədirsə, qəhvə için...


 

Qaraciyəriniz xəstədirsə, qəhvə için... <b style="color:red"></b>

Qaraciyər orqanizmin düzgün fəaliyyəti üçün önəmli rola malikdir. İnsan bədəni üçün filtr hesab edilən qaraciyər toksinlərlə zəhərləndiyi və yorğun düşdüyü zaman bir çox xəstəliklər baş qaldırır.

Qaraciyər piylənməsinin qarşısı alınmazsa, diabet, metabolik sindrom, qaraciyər sirrozu və xərçəng kimi ölümcül xəstəliklərə yol aça bilər. Bütün bunlara qarşı mütəxəssislər hər gün müəyyən miqdarda içilən qəhvənin qaraciyərə müsbət təsirləri ola biləcəyini qeyd edir.

Dünyadakı bir çox insan, mərkəzi sinir sistemindəki stimullaşdırıcı təsiri sayəsinə görə formada qalmaq üçün qəhvə içir. Bir çox araşdırmalar  isə sübut edir ki, qəhvə içmək qaraciyər fermentlərinin AST, ALT, GGT səviyyələrini azaldır, qaraciyərin bərkiməsinin yaxşılaşdığı, qaraciyər sirrozu və xərçəngin inkişaf riskinin azaldır. Gündə 3-4 fincan qəhvə içənlərdə metabolik sindroma və diabetə müsbət təsiri olduğu göstərilmişdir.

Qəhvənin qaraciyərdə qoruyucu təsirinin əsasını təşkil edən əsas tərkibinə onun antioksidant xüsusiyyətləri, qaraciyərdə stimullaşdırıcı detoksifikasiyaedici fermentlər və qaraciyərin sərtləşməsinə səbəb olan bəzi zərərli böyümə amillərinin azaldılması daxildir.

Qəhvədəki kofein qaraciyərin sərtləşməsinə müsbət təsir göstərir və fiziki gücünüzü artırmağa kömək edir. Qəhvədə onlarla xeyirli maddə var. Bunlardan arasında kofein, kafetol və xlorogen turşusu faydalı təsir göstərir. Bunlara əlavə olaraq pantotenik turşu, tiamin, folat, K və B6 vitaminləri, kalium, manqan və maqnezium kimi minerallar var. Qəhvədəki əsas faydalı təsirləri təmin edən isə xlorogen turşudur. Bu turşu antioksidan təsir göstərir. Xlorogen turşusu da sinir hüceyrələrinin ölməsinə qarşı qoruyucu təsir göstərir. Bu səbəblərdən gündəlik iki-üç fincan qəhvə istehlakının Parkinson və Alzheimer xəstəliyinə qarşı təsirli ola biləcəyi düşünülür.

 Bəzi tədqiqatlar qəhvənin baş, boyun, uşaqlıq və prostat xərçənginə qarşı qorunmağa kömək etdiyini sübut edib. Qəhvə orqanizmə canlılıq verir, müsbət əhval-ruhiyyə yaradır. Bu təsir altında adenozin adlanan maddə reseptorlarını tətikləyir və dopaminerjik artıma səbəb olur. 

Qeyd edək ki, 400 mq-dan çox alınan qəhvənin bəzi zərərləri var. Həddindən artıq istehlakın mənfi təsirləri arasında ürək və sinir sisteminə;  ürək döyüntüləri, yüksək qan təzyiqi, əl titrəmələri, titrəmə dediyimiz titrəmə, baş ağrısı, narahatlıq, əsəbilik və mədə ağrısına təsiri də qaçılmazdır.

Afaq RZA

 





07.10.2020    çap et  çap et