525.Az

Ananas detoksu - koronavirusa qarşı immunitet


 

Ananas detoksu - koronavirusa qarşı immunitet<b style="color:red"></b>

Ananas detoksu maddələr mübadiləsini sürətləndirir və yüksək lif tərkibi ilə sizə toxluq hissi verir. Bu xüsusiyyəti ilə ananas artıq çəkilərindən xilas olmaq istəyən insanlar tərəfindən üstünlük verilən qidadır. Həmçinin, dünyada artmağa davam edən koronavirusa qarşı immuniteti gücləndirməyə kömək edir. Tropik meyvə olan ananas bir çox vitamin və minerallarla zəngindir.

Bundan əlavə, tərkibindəki xüsusi yağ yandırıcı maddələr sayəsində yağları parçalayır və bədənin su ehtiyacını qarşılayır. Gündəlik qidalanmada bəzi istənməyən yanlışlar bədənin toksinlərə məruz qalmasına səbəb olur. Ananas detoksu bədəni bütün bu zərərli maddələrdən təmizləmək və cavanlaşdırmaq üçün ideal seçimdir. Ananas detoksu bədəninizi yığılmış toksinlərdən təmizləməklə yanaşı, soyuqdəymə müalicəsindən sümüklərin möhkəmlənməsinə və hətta dəri sağlamlığının qorunmasına qədər bir çox faydası var. Ananas detoksu stresdən yaranan zehni yorğunluğu aradan qaldırmağa kömək edir. Nəzərə alsaq ki, payız-qış aylarının gəlişi soyuqdəymə və öskürək kimi problemləri də özü ilə gətirir.  Ananas bu cür xəstəliklərin müalicəsi üçün də içilə edilə bilər.

Təzyiqin düşməsindən xərçəngin qarşısının alınmasına qədər güclü təsiri olan ananas, bədəndəki şişkinlikdən qaynaqlanan ödəmin aradan qaldırılmasını təmin edir. Bundan əlavə, doydurma xüsusiyyəti ilə sizi qəlyanaltılardan uzaqlaşdıraraq daha az yeməyinizə yardımçı olacaq. Bundan əlavə, bədəninizi başdan sona qədər təmizləyəcəyiniz ananas detoksu sizə daha parlaq və sağlam bir dəri görünüşü verəcək.

Qeyd edək ki, qan təzyiqi, diabet və böyrək xəstəlikləri kimi xroniki xəstəlikləri olanlar ananas detoksu tətbiq etməməlidir. Lakin heç bir sağlamlıq problemi olmayan və arıqlamaq istəyənlər ananas detoksunu sınaya bilərlər. Ananas detoksunun 3-4 gündən artıq müddətdə istifadəsi yorğunluq kimi bəzi simptomlara səbəb ola bilər.

Diqqətlə hazırlanmış ananas detoksu ilə siz 3 gündə 3-4 kilo yağ yandıra bilərsiniz. Əlavə olaraq edəcəyiniz məşqlər daha şux və gümrah bir bədən forması əldə etməyinizə kömək edəcək. Ananas detoksu qəbul edərkən bədəninizdəki ödəmdən xilas olmaq üçün daha çox su içməyiniz məsləhətdir. İstəsəniz suyu yaşıl çay ilə də əvəzləyə bilərsiniz. Bu, həm də orqanizminizin maddələr mübadiləsini sürətləndirə və həzm sisteminin işinə kömək edəcək.

3 gün tətbiq edəcəyiniz ananas detoksu resepti:

Səhər yeməyi: 2-3 dilim ananas, 3 xörək qaşığı yulaf ezmesi və 1 stəkan qatıq qarışımı.

Nahardan öncə: Təzə sıxılmış 1 stəkan ananas şirəsi,1 dilim qızardılmış taxıl çörəyi, 1 ədəd qaynadılmış yumurta.

Nahar: Az yağlı tərəvəz yeməyi (100 qr.), Qaynadılmış toyuq və ya balıq (150 qr.) (və ya eyni miqdarda ton balığı)

Qəlyənaltı: 1 stəkan təzə sıxılmış ananas suyu, 1 stəkan yağsız qatıq

Şam yeməyi: 100 qr. qaynadılmış toyuğun döş əti, bol göyərti və ananaslı salat.

Afaq RZA

 





07.10.2020    çap et  çap et