525.Az

Snouden AŞPA-ya dəvət ediləcək


 

Snouden AŞPA-ya dəvət ediləcək<b style="color:red"></b>

Avropa Şurası Parlament Assambleyası (AŞPA) növbəti yaz sessiyasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Edvard Snoudeni Assambleyaya dəvət edəcək.

APA-nın Avropa bürosunun xəbərinə görə, AŞPA-nın Hüquqi məsələlər və insan haqları Komitəsi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Edvard Snoudeni və ABŞ rəsmlərini AŞPA-nın növbəti sessiyasına dəvət edəcəyini və onların birgə iştirakı ilə xüsusi toplantı keçirəcəyini bildirib.
 
Hazırda hüquq komitəsi adından Hollandiyalı parlamentar Pyeter Omtzgit kütləvi izləmə və bu haqda məlumat verənlər mövzuları üzrə iki hesabat hazırlayır və bu hesabatların qurumun yaz sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir. Edvard Snouden bu məlumatları ictimaiyyətə nə üçün açıqladığını, amerikalı rəsmlər isə onun nəyə görə cinayətkar olduğu haqda fikirləri ilə bölüşəcəklər. Pyeter Omtzgit Edvard Snoudenin təhlükəsizlik problemləri üzündən AŞPA toplantısına gələ bilməyəcəyi halda, telekonfrans vasitəsilə toplantıya qoşula biləcəyini də bildirib: “Ola bilsin ki, cənab Snouden ABŞ tərəfindən axtarışda olduğu üçün özü Strasburqa gələ bilməsin. Rusiya tərəfi ilə razılaşdıqdan sonra bu dəvəti qəbul edib-etməyəcəyi haqda qərarı yalnız o özü verə bilər. Cənab Snouden özü gələ bilməsə belə, biz çalışacağıq ki, toplantıdan birbaşa onunla telekonfrans təşkil edək”.

 





29.01.2014    çap et  çap et