525.Az

Təhsil Nazirliyində qış imtahan sessiyasının gedişi müzakirə olunub


 

Təhsil Nazirliyində qış imtahan sessiyasının gedişi müzakirə olunub<b style="color:red"></b>

Ali və orta ixtisas təhsili müəssisələrində 2013-2014-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişinə və nazirliyin “Qaynar xətt” xidmətinin fəaliyyətinə həsr olunan mətbuat konfransı keçirilib.
 
Lent.az-ın məlumatına görə, Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev bildirib ki, dekabrın 25-dən indiyədək Təhsil Nazirliyinin “Qaynar xətt”inə 2789 zəng daxil olub. Şikayət xarakterli zənglər daha çox müxtəlif ixtisaslarda qeyri-müəyyənliklər, diplomların gecikdirilməsi və digər məsələlər ilə bağlıdır. Məlumat xarakterli zənglər isə müxtəlif informasiya almaq məqsədinə xidmət edir:

“Qış imtahan sessiyasında Təhsil Nazirliyinin tabeçiliyində olan ali təhsil müəssisələrindən 94825 tələbə, nazirlik tabeçiliyində olmayan ali təhsil müəssisələrindən 20567 tələbə, özəl universitetlərdən 19127 nəfər tələbə iştirak edir. Ümumilikdə isə payız semestr imtahan sessiyasında 134519 nəfər tələbə iştirak edir. Xüsusi təyinatlı ali təhsil müəssisələrdə isə 6-7 min tələbə oxuyur”.

Nazirlik rəsmisi qeyd edib ki, təhsil nazirinin əmri ilə bütün ali təhsil müəssisələrdə imtahanların əsasnaməyə uyğun və mütəşəkkil səviyyədə keçirilməsi və qaldırılan məsələlərin yerində həll olunması tapşırılıb. Ali təhsillə bağlı nazirliyin “Qaynar xətt” xidmətinə daxil olan 20-yə yaxın zəng yerində həll olunub. Bunlar əsasən bərpa işləri ilə bağlı olub.
 
Qeyd edək ki, mətbuat konfransında TN-nin Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev, Bakı Dövlət Universitetinin prorektoru İradə Əliyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Damət Bağırov, Azərbaycan Texniki Universitetinin prorektoru Xaliq Yaqubov, Bakı Slavyan Universitetinin prorektoru Asəf Hacıyev, Azərbaycan Tibb Universitetinin prorektoru Nəsimi Qasımov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Malik Cəbrayılov iştirak edib.

 





30.01.2014    çap et  çap et