525.Az

Daha bir ulduz futbolçu karyerasını başa vurur


 

Daha bir ulduz futbolçu karyerasını başa vurur<b style="color:red"></b>

"Vasko de Qama" klubunun braziliyalı oyunçusu Juninyo Pernambukano futbolçu karyerasını başa vuracaq.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu barədə klubun prezindenti Roberto Dinamite açıqlamasında deyib: 

"Onunla danışdıq və Juninyo futbolçu karyerasının baş vurmaq istədiyini bildirdi. Birinci gün o, son oyununa çıxacaq".

Qeyd edək ki, əsasən vurduğu cərimə zərbələri ilə yadda qalan 39 yaşlı J.Pernambukano karyerası ərzində "Sport Resifi", "Lion", "Nyu-York Red Bulls" kimi klublarda forma geyinib. O, Braziliya millisində 40 matçda iştirak edib və 6 qol vurub.


 





30.01.2014    çap et  çap et