525.Az

Azərbaycanda bank əmanətlərinin həcmi azalıb


 

Azərbaycanda bank əmanətlərinin həcmi azalıb<b style="color:red"></b>

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında əhali tərəfindən yerləşdirilən əmanətlərin ümumi həcmi 2014-cü il yanvarın 1-nə 6 395,8 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 1 282,4 mln. manat və ya 25,1% çoxdur.

«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında deyilir.
 
Eyni zamanda, ötən ilin dekabrında əmanətlərin həcmi 23,8 mln. manat və ya 0,4% azalıb.
 
Qeyd edək ki, əmanətlərin həcminin dekabrda azalması əhalinin ilin sonunda xərclərinin artması ilə əlaqədar ola bilər. Belə olan halda əhali bank əmanətlərindən istifadəyə əl ata bilər. Bundan əlavə, azalmada texniki amilin də rolu ola bilər. Belə ki, müddəti ilin sonunda bitən əmanətlər üzrə hesablanan faizlər əmanətçilər tərəfindən götürülür, halbuki əmanətin əsas məbləği əsasən yenidən bankda saxlanılır.

 





30.01.2014    çap et  çap et