525.Az

Yazıçılara ayrılacaq pulun məbləği müəyyənləşdi


 

Yazıçılara ayrılacaq pulun məbləği müəyyənləşdi<b style="color:red"></b> Gələn ilin dövlət büdcəsindən yaşlı və gənc nəsil yazıçıların, rəssamların və bəstəkarların xüsusi təqaüd fondunun xərclərinə 0,6 mln. manat vəsait ayrılması nəzərdə tutulub. Modern.az saytının məlumatına görə, bu, Maliyyə Nazirliyi tərəfindən açıqlanan 2013-cü il büdcə zərfində proqnozlaşdırılıb.

Hər il Azərbaycan Yazıçılar Birliyinin 70 üzvünə prezident təqaüdü verilir. Bir il ərzində 50 yaşlı şair və yazıçı 300 manat, 20 cavan yazıçı və şair isə 200 manat təqaüd alır.  Bundan başqa, yaşlı və gənc nəsildən olan rəssam və bəstəkarlara da belə təqaüdlər verilir.
 





16.10.2012    çap et  çap et