525.Az

Volqoqradda terror aktlarını törətmiş şəxslərin kimliyi müəyyən olunub


 

Volqoqradda terror aktlarını törətmiş şəxslərin kimliyi müəyyən olunub<b style="color:red"></b>

Rusiya hüquq-mühafizə orqanları Volqoqradda vağzalda və trolleybusda terror aktlarını törətmiş şəxslərin kimliyini müəyyənləşdirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərinə görə, bu barədə Rusiya Federasiyasının terror əleyhinə Milli Komitəsinin məlumatında bildirilir.
 
Məlum olub ki, 2013-cü ilin 29-30 dekabr tarixlərində Volqoqradda terror aktlarını Əsgər Səmədov və Süleyman Maqomedov adlı şəxslər törədib. Hər iki şəxsin Buynak terrorçu qruplaşmasının üzvü olduğu bildirilir.
 
Xatırladaq ki, terrorçu-kamikadzelərin Volqoqradda törətdiyi partlayışlar nəticəsində 30-dan çox adam ölüb, 100 nəfər yaralanıb.

 





30.01.2014    çap et  çap et