525.Az

Təhsil Nazirliyindən tələbələrə şad xəbər


 

Təhsil Nazirliyindən tələbələrə şad xəbər<b style="color:red"></b> “Nazirlər Kabinetinin “Təhsilin bakalavr və magistr səviyyəsində təşkili ilə bağlı” müvafiq qərarında tələbənin dərsə davamiyyət limiti 25 faiz nəzərdə tutulub.

Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Yaqub Piriyev bildirib.

Nazirlik rəsmisi vurğulayıb ki, NK-nın qərarına əsasən, tələbə ümumilikdə 30-40 faiz dərs buraxdığı halda belə universitetdən xaric olunmayacaq: “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında da ömür boyu təhsil nəzərdə tutulub. Biz belə qərara gəlmişik ki, tələbə dərsə davamiyyət limitini keçdiyi halda belə universitetdən xaric olunmasın”.
 
Onun sözlərinə görə, sadəcə olaraq, tələbə imtahana buraxılmayacaq, bunun müqabilində yay məktəbində, gələn semestr ərzində müvafiq dərsi yenidən oxuyandan sonra imtahan verərək kursu keçə bilər.
 





30.01.2014    çap et  çap et