525.Az

Haqq savaşı: "Qurani-Kərim"də və "Kitabi-Dədə-Qorqud"da


 

Haqq savaşı: <b style="color:red">"Qurani-Kərim"də və "Kitabi-Dədə-Qorqud"da</b>

Dövlətimiz, xalqımız və qüdrətli ordumuz Qarabağda haqq savaşı, işğaldan qurtuluş savaşında olduğu bu tarixi günlərdə müqəddəs kitabımız olan "Qurani-Kərim"dəki ayələrin uca və dərin hikmətinin bir daha xatırlanaraq dərk olunmasına böyük ehtiyac var.

Odur ki, həmin ilahi ayələrdən bu mövzuyla bağlı bir neçəsini diqqətə çatdırmağı lazım bilirik:

"Allah yolunda savaşın sizinlə savaşanlarla. Ancaq təcavüz etməyin. Təcavüzkarları sevməz Allah. Harda yaxalasanız öldürün onları, sizi çıxardıqları yerdən siz də çıxarın onları..."

Baqara, 190-194;

"Ey iman sahibləri, qisas alırsınızsa, yaşayırsınız deməli, beləcə qorunursunuz Allahın əzabından".

Baqara, 179

"Fitnədən əsər-əlamət qalmayana qədər onlarla savaşın".

Ənfal, 39

"Sizə qarşı hərb açıldığı üçün, zülmə uğramanız səbəbi ilə cihada izin verildi".

Hacc,39

"Qüvvəniz yetən qədər qüvvə yığın, savaş atlarını hazır saxlayın ki, qorxuya salasınız Allahın və sizin düşməninizi".

Ənfal, 60

"Küfrü artırmaq deməkdir savaşı başqa aya keçirmək. Bununla kafirlər azdırırlar sizi".

Tövbə, 37

"Ey Peyğəmbər ! Savaşa qalx kafirlərlə. Budur o böyük qurtuluş".

Tövbə, 73

Qeyd edək ki, ayələrin məalı Nəriman Qasımoğlunun tərcüməsində verilib. ("Azərbaycan", 1993)

Məhəmməd Peyğəmbər (s.ə.s), Həzrət Əli (r.a), İmam Hüseyn (r.a)... doğma torpaq, din uğrunda, Allahın sevmədiyi, öldürməyi əmr etdiyi təcavüzkarlarla savaşda Qazi-qalib, ya da Şəhid olmağın yolunu, nümunəsini, mərtəbəsini də göstəriblər özlərindən sonra gələn islam ümmətinə, müsəlmanlara.

Bədir, Hüneyn, Əbtac, Xeybər döyüşlərində Peyğəmbərimiz özü öndə getmiş, hücum, müdafiə planları qurmuş, sərkərdəlik etmiş, hər dəfə qalib olmuşdu. Uhud döyüşündə çoxlu yara alıb al qana qərq olan Peyğəmbərimiz özünün sonuncu oxlarını da yanında vuruşan Əbu Vənnasa verərək deyib: - Al bu oxları da at, vur düşməni! Peyğəmbərimizin qılıncı üzərində yazılmışdı: "Qorxaqlıqda ar və zillət, irəli atılmaqda şərəf və izzət vardır".

Türklüyün ulu abidəsi olan "Kitabi-Dədə Qorqud"dan  - Ana kitabımızdan gələn Ata öyüdləri də bu şərəfli savaş günlərində bizim üçün güclü mənəvi istinadgahdır: 

Qazan xan durub söylədi:

- Uca Tanrıdan səs gəldi.

Beyrək mənə süs gəldi -

Niyə qanım yerdə qalıb?

Alın onun qisasını...

...Əlavə şərhə, hansısa izahata ehtiyac varmı?!

Zəfər bizimdir! Qarabağ Azərbaycandır!

 





13.10.2020    çap et  çap et