525.Az

"Əhmədiyyə Cəbrayılov - 100" adlı ədəbiyyat xülasəsi təqdim olunub


 

"Əhmədiyyə Cəbrayılov - 100" adlı ədəbiyyat xülasəsi təqdim olunub<b style="color:red"></b>

Bu il İkinci Dünya müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, "Armed Mişel", "Ryus Armed", "Xarqo" və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş, Fransanın orden və medalları ilə, o cümlədən, "Hərbi medal" ilə təltif olunmuş, xalqımızın igid oğlu Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi tamam olur. Bu münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası "Əhmədiyyə Cəbrayılov - 100" adlı daycesti (ədəbiyyat xülasəsi) istifadəçilərə təqdim edib.

Kitabxanadan  bildirilib ki, daycestdə Əhmədiyyə Cəbrayılovun həyatı və keçdiyi şərəfli döyüş yolundan bəhs edən, 2010-2020-ci illərdə ölkə ərazisində müxtəlif dövri nəşrlərdə dərc edilən məqalələr toplanıb.

Daycestin hazırlanmasında əsas məqsəd xalqımızın igid oğlu Əhmədiyyə Cəbrayılovun həyatı və döyüş yolundan bəhs edən məqalələrlə geniş oxucu kütləsini tanış etməkdir.

Daycestdə məqalələr illər üzrə, daxildə isə əlifba düzülüşü ilə verilib.

 





14.10.2020    çap et  çap et