525.Az

Azərbaycana mobil telefonların idxalı avqustda kəskin artıb


 

Azərbaycana mobil telefonların idxalı avqustda kəskin artıb <b style="color:red"></b>

Bu ilin avqust ayında Azərbaycana 183 471 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları idxal olunub.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Komitədən verilən məlumata görə, iyul ayı ilə müqayisədə avqustda idxal 66,2 faiz artıb. Avqust ayında idxal olunan məhsulların dəyəri 22 487,1 min ABŞ dolları təşkil edib ki, bu da iyul ayının göstəricisi ilə müqayisədə 70 faiz çoxdur.

Həmçinin bildirilib ki, ümumilikdə bu ilin yanvar-avqust aylarında ölkəyə 917 536 ədəd mobil qurğu idxal olunub.

Ötən ilin eyni dövrü ilə müqayisədə idxalın artımı 8 faiz təşkil edib. Bu ilin səkkiz ayında idxal olunan məhsulların dəyəri 121 480,7 min dollar təşkil edib ki, bu da ötən ilin yanvar-avqust aylarının göstəricisini 21,5 faiz üstələyir.

 





14.10.2020    çap et  çap et