525.Az

Akademik orduya yardım etdi


 

Akademik orduya yardım etdi<b style="color:red"></b>

Vətənimizin işğal edilmiş torpaqlarının azadlığı uğrunda şanlı Milli Ordumuzun apardığı hərbi əməliyyatların uğuru arxa cəbhənin ön cəbhə ilə vəhdətinin bəhrəsidir. Peşəsindən və cəmiyyətdəki statusundan asılı olmayaraq arxa cəbhədə çalışan hər bir Azərbaycan vətəndaşı Ordumuza yardım etməklə düşmən üzərində tam qələbəni yaxınlaşdırmaqdadır.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında döyüş meydanında qələbələrimizin hər bir günü arxa cəbhədəki vətəndaşlarımızın şanlı Ordumuza təmənnasız yardımı ilə də tarixə düşməkdədir.

Bu şanlı günlərdə Azərbaycan alimləri də şanlı Ordumuza öz yardımlarını əsirgəmirlər. Azərbaycanın görkəmli alimi, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Tarixi Etnoqrafiya şöbəsinin müdiri, akademik Teymur Bünyadov Vətənimizin azadlığı uğrunda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna şəxsi vəsaiti hesabına 2000 (iki min) Azərbaycan manatı məbləğində ianə köçürwb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi və kollektivi şanlı Ordumuza təmənnasız yardımına görə akademik Teymur Bünyadova öz dərin təşəkkürünü bildirib. 

 





15.10.2020    çap et  çap et