525.Az

“Gürcüstanda COVID-19-a sutkalıq yoluxma sayı 1000-i ötəcək”


 

“Gürcüstanda COVID-19-a sutkalıq yoluxma sayı 1000-i ötəcək”<b style="color:red"></b>

“Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyasına sutkalıq yoluxma sayı 1000-i ötəcək”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstanın Baş Naziri Giorgi Qaxaria hökumətin iclasında deyib.

Onun sözlərinə görə, infeksiyanın yayılmasının qarşısını almaq məqsədi ilə sabahdan Tbilisi və İmereti regionlarında əyləncə mərkəzlərinin saat 22:00-dək fəaliyyət göstərməsinə icazə veriləcək.

Baş Nazir özəl və ictimai təşkilatları distant şəkildə işləməyə üstünlük verməyə çağırıb.

Qeyd edək ki, Gürcüstanda son sutkada yoluxma sayı rekord səviyyədə artaraq 919 nəfərə çatıb.

 





15.10.2020    çap et  çap et