525.Az

Sumqayıtda silahlı insident: 1 yaralı var


 

Sumqayıtda silahlı insident: <b style="color:red">1 yaralı var</b>

Sumqayıtda silahlı insident baş verib. 

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin "İnşaatçılar" qəsəbəsində yerləşən bazarda qeydə alınıb. 

Belə ki, naməlum şəxs "BMW" markalı avtomobildən düşərək ov tüfəngindən atəş açıb. Nəticədə bazarda meyvə-tərəvəz satışı ilə məşğul olan, 1988-ci il təvəllüdlü Çələbiyev Natiq Atabala oğlu xəsarət alıb. Çoxsaylı qırma yarası alan yaralı Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

 





15.10.2020    çap et  çap et