525.Az

Səsimizi eşitməyən dünya - Afərim yazır


 

Səsimizi eşitməyən dünya - <b style="color:red">Afərim yazır </b>

Azərbaycan növbəti dəfə erməni təcavüzü ilə üz-üzədir. Ermənistanın ötən əsrin 80-ci illərindən bəri ardıcıl xarakter almış terroru bu günə kimi davam edir.

Bu təcavüzkarların Azərbaycanda törətdikləri vəhşiliklər saymaqla bitmir. Torpaqlarımızı işğal etdilər, terror aktları törətdilər, dinc əhalini qırdılar, körpələrimizə olmazın zülmlər verdilər, doymadılar ki, doymadılar.

Törətdikləri əməlləri cəzasız qalan ermənilər bu vəhşiliklərini bu gün də davam etdirirlər, lakin dünya bütün bunları görməzdən və duymazdan gəlir. Bəs səbəb nədir? Bizim müsəlman, ya türk olmağımızmı? Bu qədər canlar gedir, evlər dağılır, ancaq dünya bunu terror kimi görmür. Döyüş əməliyyatları gedən ərazilərdən xeyli uzaqda yerləşən şəhər və rayonlarda dinc əhaliyə qarşı törədilən vəhşiliklərin səbəbi nədir? Terror deyilsə, nədir bu? Əgər bütün bu raketlər Gəncəyə, Mingəçevirə deyil də, İrəvana atılmış olsaydı, dünya hələ də susardımı, yoxsa ayağa qalxıb Azərbaycanı terrorçu dövlət kimi qınayardımı? Bu hadisələr Azərbaycanda baş verdiyi üçün Cenevrə konvensiyasının 4-cü bəndi - "Müharibə zamanı mülki şəxslərin müdafiəsi" unudulur. Bəs dünya əhalisi buna niyə səssiz qalır? Bizmi səsimizi yetərincə çatdıra bilmirik, ya dünya mediası üzünü bizdən çevirib?

Bu il mayın 25-də ABŞ-da - Minneapolisdə  ağdərili polis əməkdaşı Derek Chauvinin qandallı şəkildə yerə uzadılmış afroamerikan Corc Floydu boyun nahiyəsindən dizi ilə sıxaraq öldürməsi hadisəsi bütün dünyanı - ən sadə vətəndaşından ən məşhuruna kimi sarsıtmışdı. Əhalinin 90 faizi bu hadisəni qabartmış, bütün dünya BlacklivesMatter haştaqı ilə rasizmə etirazlarını bildirmişdi. Həftələrlə davam edən etirazda xalq küçələrə tökülmüşdü. Bir nəfər qaradərilinin ölümü rasizmə etiraz etməyə səbəb olmuşdu. Demək ki, nə imiş? Dünya günahsız insan ölümlərinə, rasizmə, terrorizmə səssiz qalmırmış. Hazırda media ən güclü silah rolunu oynayır. O, dünyaya nəyi çatdırsa, dünya da qarşılığında ona inanacaq. Lakin hələ də ən güclü media kanalları və saytların bir çoxu Gəncədə törədilmiş bu terrorizm hadisəsini işıqlandırmaqdan boyun qaçırır. Azərbaycan xalqı əlindən gələni edərək informasiya müharibəsinə qoşulub, öz haqq səsini dünyaya çatdırmağa çalışır, bunun uğrunda əzmlə mübarizə aparır. Ancaq bu da kifayət deyil. Bütün media bizə tərəf dönməli və bu haqsızlığı görüb dünyaya çatdırmalıdır.
 
Bəs niyə səsimizi duyub bizə dönmürlər və bu terroru işıqlandırmırlar? Buradakılar can deyilmi? Sosial mediada izləyicisi sayca çox olan və nə ilə məşhurlaşdığı hər kəsə məlum olan Kim Kardaşyan erməni terrorizmini açıq-aşkar dəstəkləyir və heç bir hadisə törətmədiyimiz halda bizi terrorçu millət kimi qələmə verir. Ən dəhşətli tərəfi isə, insanların, ən çox da digər məşhurların heç bir araşdırma aparmadan bu "məşhur qadının" sözlərinə inanmasıdır və ermənilərin bu çirkin təbliğatını dəstəkləməsidir. Təbii ki, Azərbaycanı - haqqı dəstəkləyənlər də var, amma bu, çox şeyi dəyişmir, qurbanlar azalmır, ermənilər öz iyrənc əməllərinə davam edirlər. Bu murdar millətin özünü yazıq hala salıb, atəşkəs istəyib yalvarmasının üstündən heç bir gün keçməmiş öz çirkin əməllərini yenidən göstərməsi, Gəncə qırğınını törətməsi bizə artıq neçənci dəfədir sübut edir ki, bu millətinin yalançı yalvarışlarına məhəl qoymaq olmaz.

Artıq bıçaq sümüyə dirənib. Xalqımızın bundan sonra özünə qarşı olan haqsızlıqları udmaq niyyəti yoxdur. İllərdir səsimizi eşitməyən dünyanın əllərini öz qulaqlarından çəkib bizim haqq səsimizi duymasının zamanı çoxdan yetişib.

 





15.10.2020    çap et  çap et