525.Az

AVRO-2020-yə ev sahibliyi hüququ Bakıdan alına bilər


 

AVRO-2020-yə ev sahibliyi hüququ Bakıdan alına bilər<b style="color:red"></b>

AVRO-2020-nin formatı dəyişdirilə bilər.

Apasport.az saytının məlumatına görə, UEFA koronavirus pandemiyası üzündən yarışa ev sahibliyi edəcək şəhərlərin sayını azaltmaq niyyətindədir.

Hətta yarışın 1 ölkənin 4 stadionunda keçirilməsi variantı da müzakirə edilir. Bu addım pandemiya dövründə komandaların az səfər etməsi məqsədilə atılacaq.

Bildirilib ki, Dağlıq Qarabağda baş verən hadisələrə görə Bakı, həmçinin Sankt-Peterburq siyahıdan çıxarılan ilk şəhərlər olacaq.

Qeyd edək ki, 12 ölkədə keçirilməli olan AVRO-2020 koronavirus səbəbindən 2021-ci ilə təxirə salınıb.

 





16.10.2020    çap et  çap et