525.Az

"Ali məktəblərdə ədəbiyyatın təbliği və müasir ədəbi prosesdə gənclərin rolu" müzakirə edilib


 

"Ali məktəblərdə ədəbiyyatın təbliği və müasir ədəbi prosesdə gənclərin rolu" müzakirə edilib<b style="color:red"></b>

Yazıçılar Birliyində (AYB) qurumun Gənclər Şurasının sədri Elşad Ərşadoğlunun sədr müavini, AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın təşəbbüsü ilə AYB Gənclər Şurasının ali məktəblərin Tələbə Gənclər təşkilatlarının sədr sədr müavinlərinin iştirakı ilə "Ali məktəblərdə ədəbiyyatın təbliği müasir ədəbi prosesdə gənclərin rolu" mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri açan Xəyal Rza dəyirmi masanın keçirilməsinin əsas məqsədini açıqlayıb: "Tədbirin keçirilməsində əsas məqsəd Tələbə Gənclər təşkilatlarının vasitəsi ilə ali məktəblərdə, gəncliyin əsas hərəkətverici qüvvəsi olan tələbələr arasında ədəbiyyatın təbliğinin genişləndirilməsi sahəsində fikir mübadiləsi aparmaq bu istiqamətdə yeni yollar axtarıb tapmaq, eyni zamanda ali məktəblərdəki istedadlı gənclərin müasir ədəbi prosesdə iştirakı onların bu prosesə daha yaxından cəlb olunması məsələlərini müzakirə etməkdən ibarətdir".

Xəyal Rza çıxışında həmçinin AYB-nin saytı ilə gəncləri fəal əməkdaşlıq etməyə çağırıb.

Elşad Ərşadoğlu gəncləri tələbələri salamlayaraq gənclərlə daha sıx əməkdaşlıq etməyi qarşısına məqsəd qoyduğunu bildirib: "Biz ali məktəblərdə təhsil alan gənclərin tələbə gənclər təşkilatları vasitəsilə ədəbi prosesləri yaxından izləməsini istəyirik. Bu dəyirmi masanın keçirilməsində məqsəd ali məktəblərdə ədəbiyyatımızın təbliği yollarını birgə axtarıb tapmaq məqsədilə toplaşmışıq. Bizim ali məktəblərimizdə olduqca istedadlı yaradıcı gənclər var. Amma təəssüflər olsun ki, bəzən belə gənclər ədəbi proseslərdən kənarda qalırlar. Gənclər Şurası olaraq bizim əsas vəzifələrimizdən biri həmin gəncləri üzə çıxarmaq, onları ədəbi proseslərə fəal cəlb etməkdir. Bu günkü müzakirəmizdə   sizlərin təklif mülahizələri bizim üçün çox vacibdir".

Yazar pedaqoq Pərvin Nurəliyeva məhz bu mövzu ilə əlaqədar dəyirmi masa keçirilməsinin sevindirici hal olduğunu vurğulayıb: "Pedaqoji Universitetdə dərs dediyim zaman ədəbiyyatın təbliği mənim hər dərsimin tərkib hissəsinə çevrilir. Gənclərin müasir ədəbi prosesə cəlb olunması olduqca vacib məsələdir. Auditoriyada gəncləri ədəbiyyat aurasına çəkdikdə onlarda marağın yarandığının şahidi oluram. Həqiqətən istedadlı gənclərimiz çoxdur. Bəzən görürsən ki, ədəbiyyatın təbliğindən sonra gənclər yanaşıb yazdıqlarını təqdim edirlər. Gəncliklə ünsiyyətdə olmaq qarşılıqlı faydalıdır. Auditoriyaya girəndən sonra başa düşdüm ki, biz təkcə öyrətmirik, həm onlardan öyrənirik. Bundan əvvəl biz Gənc Ədiblər Məktəbində olarkən görürdüm ki, hansısa yazıçı ilə görüş zamanı o yazıçının ovqatı bizə keçir. İstedadlı tələbə gənclərlə dialoq yaratmaq olduqca vacibdir. Bu dəyirmi masa Yazıçılar Birliyi tərəfindən gənclərə doğru addımdır, uzadılan bir əldir. Amma burada gənclərin üzərinə vəzifə düşür. Gənclər təşəbbüskar olmalıdır. Bir balaca hərəkət eləsələr, Yazıçılar Birliyinin onların üzünə açılan qapılarını görəcəklər. AYB-nin indiki Gənclər Şurasının üzvləri çox kreativ insanlardır. Onların hər biri insanlarla ünsiyyəti bacarır. İstedadlı tələbə gənclərlə hər bir zaman əməkdaşlıq etməyə hazırdırlar". 

Şairə Zərəngiz Dəmirçi Qayalı gənclərin mənəvi inkişafı üçün belə dəyirmi masaların bir şans olduğunu bildirib. Bu addımı AYB tərəfindən humanist addım kimi dəyərləndirib.

Gənclər Şurasının üzvü Ramil Əhməd gənclərin ədəbi prosesdə iştirakının vacibliyindən söz açıb. 

Çıxışlardan sonra Qafqaz Universiteti, Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Xəzər Universiteti başqa ali məktəblərin tələbələrinin təklifləri dinlənilib, bu təkliflər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri qarşıda duran vəzifələr müzakirə edilib.

S.MÜRVƏTQIZI

 





01.02.2014    çap et  çap et