525.Az

Məğlub olduqca azğınlaşan erməni faşizmi - Nadir Rzalı yazır


 

Məğlub olduqca azğınlaşan erməni faşizmi - <b style="color:red">Nadir Rzalı yazır </b>

Oktyabrın 15-də işğalçı Ermənistanın faşist mahiyyətli hərbi-siyası rəhbərliyi Azərbaycana, ölkəmizin mülki əhalisinə qarşı növbəti qanlı cinayət törədərək, öz vəhşiliyini bir daha nümayiş etdirdi.

Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı məlumata görə, erməni silahlı birləşmələrinin Tərtər rayonunu artilleriya atəşinə tutması nəticəsində qəbiristanlıqda dəfn mərasimi zamanı 4 nəfər mülki şəxs həlak oldu, 4 nəfər isə ağır yaralandı.

Hətta ən gərgin hərbi əməliyyatlar dövründə belə, dinc, silahsız insanları atəşə tutmaq, xüsusilə dəfn kimi sırf insani bir mərasimə toplaşanların üzərinə mərmi yağdırmaq son dərəcə qəddar, antibəşəri davranışdır.

Dəfn, yas mərasimləri dünyanın əksər din mənsubları və millətləri üçün toxunulmaz sayılır. Xüsusən, sakini olduğumuz Qafqaz regionunda yüzillər boyu belə mərasimlərə bu şəkildə amansız müdaxilə yolverilməz hesab edilib. Sözsüz ki, erməni faşistlər zaman-zaman qanlı əməlləri, qeyri-insani hərəkətləri ilə özlərinin nəinki Qafqaza, ümumən dünyamıza yad və təhlükəli ünsürlər olduqlarını göstəriblər. Bu son cinayətləri isə onların tamamən insanlıqdan kənar, bəşəriyyət adına qara ləkə olduqlarını açıq-aydın isbatladı.

Təsadüfi deyil ki, mənfur düşmən öz hərbçilərinin cəsədlərini döyüş meydanından çıxarmaq adıyla və min xahiş-minnətlə qazandığı humanitar atəşkəs rejimini də çirkin niyyətləri, yeni hərbi cinayətləri üçün istifadə etməyə çalışdı. Erməni faşist rejimi 10 oktyabr 2020-ci il tarixində saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən, 1949-cu il tarixli Cenevrə Konvensiyasının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc əhaliyə qarşı qatı cinayət əməllərini davam etdirdi.

Halbuki artıq hər an şanlı Ordumuzun nişangahında, cəsur və sərrast hərbçilərimizin hədəfində olan erməni yaşayış məntəqələrinə münasibətdə bizim hərbi komandanlığımız, əsgər və zabitlərimiz qətiyyən analoji davranış sərgiləmirlər. Əksinə, Azərbaycanın siyasi və hərbi rəhbərliyi, eləcə də ön xətdəki qoşunlarımız yüksək humanizm, insani davranış nümayiş etdirərək, qarşı tərəfdə dinc adamların mümkün qədər ziyan çəkməməsinin qeydinə qalırlar.

Gündən-günə daha aydın görürük və bütün dünyaya da əyan olur ki, Ermənistandakı və Dağlıq Qarabağdakı murdar erməni rejimi terrorçu-faşist mahiyyətlidir. O iyrənc rejimin əliqanlı canilər olan mənsubları bəşəri simadan məhrum, insanlıqdan uzaqdır. Bir daha ortaya çıxır ki, Azərbaycanın haqq savaşı apardığı azğın düşmən bütün bəşəri keyfiyyətlərə qənim kəsilib. Əslində, biz bunun hələ 28 il əvvəl Xocalı soyqırımında da şahidi olmuşduq. İndi isə təkrar şahidi oluruq və təəssüf ki, bu, bizə yeni qurbanlar bahasına başa gəlir. Erməni vəhşiliyi üzündən Naftalanda bir ailənin bütün üzvləri erməni terrorunun qurbanı oldu. Daha sonra gecə vaxtı Gəncənin ağır raket atəşinə məruz qalması nəticəsində neçə-neçə məsum vətəndaşımız həyatını itirdi, körpələr yetim qaldı.

Lakin düşmənin vəhşiliyi bizi əsla ruhdan salmamalıdır. Dünən də, humanitar atəşkəs əldə olunandan əvvəlki və sonrakı günlərdə də dinc əhaliyə qarşı törədilən bütün cinayətlər Ermənistanın acizliyinin təcəssümüdür. Cinayətkar, işğalçı erməni-faşist rejiminin bütün bu antibəşəri əməllərə günbəgün, hətta hər saat məğlubiyyətlə üzləşdiyi üçün əl atdığını bilirik. Qüdrətli Azərbaycan dövlətinin, şanlı Ordumuzun zərbələri altında əzilən işğalçı düşmənin  murdar ayaqlarının müqəddəs torpaqlarımızdan, qanlı əllərinin isə günahsız insanlarımızın baş üzərindən birdəfəlik çəkiləcəyi günə az qalıb.

Qələbə bizimdir! Qarabağ Azərbaycandır!

 





16.10.2020    çap et  çap et