525.Az

Yazıçılar Birliyinin Həmkarlar İttifaqından Silahlı Qüvvələrə dəstək


 

Yazıçılar Birliyinin Həmkarlar İttifaqından Silahlı Qüvvələrə dəstək<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Həmkarlar İttifaqı Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna 3 min manat pul köçürüb.

Bu barədə AYB-in Həmkarlar İttifaqının sədri, tanınmış şair Firuzə Məmmədli məlumat verib.

"Bu həssas məqamda hər bir azərbaycanlının ürəyi Qarabağda torpaqlarımızın azadlığı uğrunda döyüşən və böyük zəfərlər qazanan şanlı Azərbaycan Ordusu, rəşadətli Azərbaycan əsgərləri ilə döyünməlidir. Buna görə Silahlı Qüvvələrə kiçicik bir yardım etmək istəyən qələm adamlarının xoş niyyəti təqdirəlayiqdir. Allah şəhidlərimizə rəhmət eləsin! Allah Azərbaycan Ordusuna yeni qələbələr qazandırsın! Qarabağ Azərbaycandır!", - deyə, F.Məmmədli bildirib.

 





16.10.2020    çap et  çap et