525.Az

Con F.Kennedi: "Mərdliyin profilləri" (davamı)


 

İngiliscədən Telman Orucov tərcümə edib

Con F.Kennedi: "Mərdliyin profilləri" <b style="color:red">(davamı)</b>

Deniel Uebster

“...Massaçusets adamı kimi deyil, Amerikan kimi...”

1850-ci il 21 yanvarının qasırğalı gecəsi Vaşinqtonda xəstə qoca adamın küçəyə çıxmasına heç cür yaramırdı. Lakin fısıldayan qıc olmuş şəkildə öskürən Henri Kley öz yolunu qarlı küçə ilə Deniel Uebsterin evinə tərəf saldı. Onun planı var idibu plan Birliyi xilas etmək məqsədini güdürdü, – o, bilirdi ki, Şimalın ən tanınmış natiqindən dövlət xadimindən dəstək almalıdır. O, bilirdi ki, itirmək üçün vaxtı yoxdur, çünki sabah günortadan sonra Prezident Teylor özünün Konqressə müraciətində Kaliforniyanın azad ştat kimi qəbul edilməsini xahiş edəcəkdir, bu isə qəzəb alovunun üzərinə yanacaq atmaq effekti olub, Birliyin məhv olması təhlükəsini yaradacaqdı. Niyə Prezident Nyu-Meksikonun adını xatırlamaqda uğursuzluğa uğradığına görə Şimaldan xahiş edirdi? Qaçqın Qul Qanununun qüvvəyə minməsi barədə Cənub dedi? Kolumbiya mahalında qul ticarəti, Utanın, Texasın sərhədləri necə oldu? Əhval-ruhiyyə qalxırdı, qəsdlər genişlənirdi, parçalanma artıq torpağın hər tərəfində idi.

Lakin Henri Kley plana malik idibu plan milləti qoruyub saxlamaq üçün digər Böyük Kompromiss idi. Bir saata qədər o, Deniel Uebsterlə onun rahat evinin hərarətində məsələnin çıxış yolunu razılaşdı onlar birlikdə Birliyi xilas etmək barədə söhbət apardılar. Amerikan tarixində az görüşlər belə məhsuldar olmuşdu, həm öz nəticələrinə görə belə ironiyalı olmuşdu. 1850-ci il Kompromissi Henri Kleyin şöhrətinə böyük Sakitləşdirici çələngini əlavə etmişdi; lakin Deniel Uebsterin dəstəyi bu işin uğuruna əminlik yaratmışdı, həm onun  yarım əsr ərzində siyasi cəhətdən çarmıxa çəkilməsi ya bundan çox müddətdə isə tarixən məhkum edilməsi ilə nəticələnmişdi.

Henri Kleyin qış gecəsi üstünə getdiyi adam Amerikan siyasi tarixinin ən qeyri-adi şəxsiyyətlərindən biri idi. Deniel Uebster bu gün bizim çoxumuza Stifen Vinsent Benetin əhvalatındakı şərə qarşı Ceybiz Stounun ruhu üçün döyüşən adam kimi tanışdırlakin öz sağlığında o, özünün ruhu üçün şər işlərə qarşı çoxlu döyüşlər aparmış hətta bəzilərini uduzmuşdu. Uebster öz yaxın dostuna yazmışdı ki, o, “gücün zəifliyin, tozun ilahiliyin qarışığıidi ya Emersonun sözləri ilə deyilsəkiçik ambitsiyası olan böyük adamidi.

Onun böyük adam olmasında heç bir səhv ola bilməzdi, – o, kiməsə bənzəyirdi, başqa birisi kimi danışırdı təkid edirdi ki, o, təkdir. Bütün öz səhvləri uğursuzluqları ilə Deniel Uebster, heç şübhəsiz, bizim Konqresslərin tarixində ən istedadlı şəxsiyyət idi; hansısa səbəblərə görə adamlara qalib gəlmək onun qabiliyyəti sırasına daxil deyildibu məsələdə o, Henri Kleylə yarışa bilməzdi, hökumətin fəlsəfəsini sərt tənqidə məruz qoymaq da onun qabiliyyətinə aid deyildi, – Kalhoun onu bu məsələdə kölgədə qoyurdu; lakin onun qabiliyyətində kiminsə gizli hissini, Birliyi diriltmək ali etmək xüsusiyyəti var idi, bütün amerikanlar bunu hiss edirdilər, lakin çox az adam bunu ifadə edə bilərdi.

Lakin Deniel Uebster onu necə ifadə edə bilirdi! Demək olar ki, istənilən hissi necə ifadə edə bilirdi! Hətta Konqressdəki özünün ilk nitqindən – 1812-ci il müharibəsinə hücum etməyindənNümayəndələr Palatasının diqqətini cəlb etmişdi, heç bir təzə adam ondan əvvəl bunu edə bilməmişdi. O, öz dövrünün görkəmli natiqi idiəlbəttə ki, bütün öz dövründəKonqressdə, Massaçusetsdə hücum çəkən kütlənin qarşısında Ali Məhkəmə qarşısında vəkil kimi. Sərt Baş hakim olan Marşalla demişdilər ki, Uebsterin Darmaus kollecinin ilk ildəki məşhur müdafiə nitqini nəzərdən keçirsin – “Bu, ser, dediyim kimi, kiçik kollecdir həm onu sevən adamlar vardır”. Onun Plimut Koloniyasının (1620-ci ildəMeyflauergəmisində Massaçusets körfəzinə gələn ingilislərin yaratdığı koloniyatərcüməçi) əsasını qoyan iki yüz adamın qarşısındakı nitqindən sonra bir gənc Harvard alimi yazmışdı:

Mən həyatımda heç vaxt əvvəllər ictimai çıxışa görə belə sevinməmişdim. Üç ya dörd dəfə mən düşündüm ki, gicgahım qan təzyiqindən partlayacaqdır... Mən elə bil ki, özümdən aralı idim hələ həmin vəziyyətdəyəm”. Cənubi Karolinadan olan Senator Heynə öz cavabını hazırlayanda dediyi iyirmi il əvvəl parçalanma ölkəni hədələyəndə, hər bir məktəbli tərəfindən yada salınan  – “Azadlıq Birlik, indi əbədi, vahid ayrılmayan!” – sözləri milli birlik çağırışı idi!”

Ən yavaş danışan, dəqiqədə çətinliklə orta hesabla yüz söz deyə bilən bir natiq kimi Uebster özünün orqana (musiqi alətitərcüməçi) bənzəyən dərin səsinin musiqili lətafətini, öz canlı təxəyyülünü, opponentlərini faktların alovu ilə məhv etmək bacarığını, çıxışın inandırıcı dəqiq manerası ilə birləşdirərək, həm zahirən zərbə vuran adam görünüşü ilə onun nitqləri bir maqnitə çevrilirdi kütlələri Senatın zalına çəkirdi. O, öz çıxışlarını böyük qayğıkeşliklə hazırlayırdı, lakin onları hazırlanmış mətn şəklində nadir hallarda yazırdı. Bu, necə deyərlər, elə idi ki, o, çıxışını cümləbəcümlə fikirləşə bilərdi, qələmdən istifadə etmədən cümlələri ağlında yoxlayıb düzəldirdi sonra onu elə dəqiq fikirləşdiyi kimi auditoriyaya çatdırırdı.

Yəqin ki, onun heyrətləndirici qaydada görünməsi, sifətinə baxanların hamısını inandırması belə bir fikir yaradırdı ki, o, adamları idarə etmək üçün doğulmuşdur. Altı futdan aşağı boyu olmasına baxmayaraq, Uebsterin boy-buxunu, bədən quruluşu, çiyinlərinin qəribə görünməsi ona teatra xas olan, lakin heybətli görünüş verirdi. Lakin əsas cəhət onun qeyri-adi başı idi, müasirləri onu yadda qalan kimi qeyd edirdilər, Karleyl onun bütün xüsusiyyətlərini xatırlamaqla təsvir edir: “Aşılanmış bədən quruluşu, amorf qayaya bənzəyən sifəti, uçuruma bənzəyən qaşlarının altındakı qaş-qabaqlı, yalnız üfürülməyə ehtiyac duyan antrasit peçinə bənzəyən qara gözləri, düzgün örtülmüş mastiff (it cinsitərcüməçi) ağzı”. Bir müasiri isə Uebsteriyaşayan yalanadlandırırdı, “çünki yer üzərində heç kəs onun göründüyü kimi elə böyük görünə bilməzdi”.

Deniel Uebster göründüyü kimi elə böyük deyildi. Qranitdəki çapıq onun mənəvi düşüncələrinin inkişafındakı uğursuzluq idi, çünki onun digər qabiliyyətləri kimi güclü deyildi. O, Birləşmiş Ştatlar Bankının prezidentinə göndərdiyi yazısındaelə həmin vaxt Senat Bank Xartiyasını təzələmək üçün açdığı debatdamənim nökərim qəbul edilməmişdir ya adəti üzrə doyuzdurulmamışdırsözlərindən başqa ədəbsiz olan heç nəyi görmədi. Lakin yaxşı münasibəti hədiyyə kimi deyil, xidmət kimi qəbul edirdi inanırdı ki, həqiqətən bunu etməkdə ona borcludurlar. O, 1836- ildə yorulanda Senatdan istefaya getməyə cəhd etdi ki, vəkillik praktikası vaxtı mücərrəd itirdiklərinin əvəzini ödəsin, onun Massaçusetsdəki biznesmen dostları isə onun borclarını ödəməyə qoşuldular ki, o, öz vəzifəsində qalsın. Hətta ölüm yatağında olanda da, bir əfsanə bizə danışır ki, onun qapısını döydülər bir qoca centlmen qanun layihələrinin iri bağlamasını otağın içinə atdı dedi: “Belə bir vaxtda, bu evdə heç bir pul kasadlığı olmamalıdır”.

Uebster bunun hamısını daha çoxunu görmüşdü. Bunu dərk etmək çətin idi ki, o, bunlarda əxlaq baxımından, başqa cəhətlərdən səhv olan bir şeyi görmürdü. O, çox güman ki, inanırdı ki, onun zəhməti olduqca aşağı səviyyədə ödənilir onun ağlına heç vaxt gəlməmişdi ki, öz azad seçimi əsasında öz xidmətini istedadını satsın, ancaq qəribəlik orasında idi ki, o, Birləşmiş Ştatların Senatoru kimi öz maaşının çekinə qol çəkəndə, bu pullar başqa kiməsə deyil, Birləşmiş Ştatlar xalqına məxsus olmalı idi. Lakin Yeni İngiltərənin biznes maraqlarını dəstəkləməsi onun aldığı pulların nəticəsi deyildi, onun şəxsi inamlarına görə idi. Pul, onun xüsusi zövqlərinə həzz vermək mənasından başqa, ondan ötəri çox az əhəmiyyətə malik idi. O, heç vaxt var-dövlət toplamamışdı. O, heç vaxt borcsuz olmurdu. o, heç vaxt özünün borclu olmaq statusuna görə narahat olmurdu. Borcunu o, bəzi hallarda ödəyirdi bunu həmişə özü üçün rahat olanda edirdi, lakin Cerald U.Consonun dediyi kimi, “bədbəxtlikdən o, bəzən borcunu saxta sikkələrlə ödəyirdiqanuni şəkildə göndərməklə deyil, yalnız elə bir inama görə ki, xalq ona inanır”.

Lakin bütün səhvləri ilə yanaşı, Deniel Uesbter öz dövrünün ən böyük natiqi, Amerikan Vəkillər Kollegiyasının aparıcı üzvü, Viq partiyasının ən məşhur liderlərindən biri Kalhounu dayandırmağa qadir olan bir Senator kimi qalırdı. beləliklə, Henri Kley bilirdi ki, özünün Böyük Kompromissinin xeyrinə belə qeyri-adi istedadları siyahıya salmalıdır. Zaman hadisələr onun düzgün qərar qəbul etdiyini sübut etdi.

Allaha-bənzər Deniel fikirli bir sakitlikdə onu dinləyəndə, Kley Birliyi bir yerdə saxlamaq üçün özünün axırıncı böyük cəhdini açıb göstərdi. Bu cəhdin açar xüsusiyyətləri sayca beş idi: 1) Kaliforniya azad (quldar olmayan) ştat kimi qəbul edilməlidir; 2) Nyu-Meksiko Uta quldarlığın lehinə ya əleyhinə səs verə biləcək bir qanunvericiliyi olmayan ərazilər kimi təşkil olunmalıdır; beləliklə, yeni ərazilərdə quldarlığı qadağan etmək niyyətini güdən qızğın müzakirə edilən Uilmot Provizosunun (Bu təklifi Deyvid Uilmot ABŞ Konqressinə təklif etmişdi ki, Meksika müharibəsi ərzində alınmış torpaqlarda quldarlığın genişlənməsi qadağan olunsun. Bu layihə 1846- ildə Nümayəndələr Palatasından keçsə , Senatdan keçməmişdi, çünki Senatda Cənub Şimal bərabər gücə malik idi. Debat quldarlıq məsələsinin siyasiləşməsində mühüm addım idi, proviso sözü isəşərtdeməkdirtərcüməçi) birbaşa ziddinə olardı; 3) Texas, Nyu-Meksikoya verilən bəzi ərazilərin kompensasiyası olmalı idi; 4) Kolumbiya mahalında qul ticarəti qadağan edilməli idi; 5) Qaçmış Qul Qanunu qüvvəyə minməli olmaqla daha ciddi həyata keçən olmalıdır ki, qaçmış qullar Şimal ştatlarında tutulduqda, onları öz sahiblərinə qaytarmağa təminat versin. Kompromiss ekstremistlər tərəfindən sakitləşdirici tədbir kimi məhkum ediləcəkdi, başlıca olaraq birinci dördüncü şərtlərə görə; Şimalın abolitsionistlərinə (quldarlığı qadağan etmək hərəkatının iştirakçılarınatərcüməçi) isə elə görünəcəkdi ki, Cənuba edilən 90 faiz güzəştin əvəzində Şimala 10 faizçörək qırıntısıatılır, xüsusən ikinci beşinci şərtlərə görə. Az sayda şimallılar Qaçmış Qul Qanununun istənilən güclənməsinə dözəcəkdilər, ən acı şəkildə nifrət etdikləri tədbir isəindiyədək daha biabırçı şəkildə əməl edilməyən Qadağa idibu hətta Konqressdən keçmişdi. Massaçusetslilər öz ştatlarında Aktın şərtlərinin həyata keçirilməsini məcbur etməyi cinayət hesab edən qanunu qüvvəyə mindirmişdilər.

Henri Kley necə ümid edə bilərdi ki, belə bir planın Massaçusetsdən olan Deniel Uebsterin bəyənməsinə nail olsun? O, quldarlığın qatı düşməninə Uilmot Provizosunun müdafiəçisinə xüsusi olaraq bunları bildirməməli idimi? Məgər o, Oreqon debatında deməmişdimi ki, “mən bütün quldarlıq genişlənmələrinə bütün yerlərdə qul təmsilçilərinin artmasına bütün zamanlarda, bütün şəraitlərdə, hətta bütün məcburi tədbirlərə qarşı, böyük mənafelərin məhdudlaşdırılmasını bütün dəstəkləyənlərə qarşı, bütün kombinasiyalara qarşı, bütün kompromisslərə qarşı zidd olacağam”.

Elə həmin həftə o, dostuna yazmışdı: “Erkən gəncliyimdən mən quldarlığı böyük əxlaqi siyasi şər kimi qiymətləndirirəm... Sənin qorxmağa ehtiyacın yoxdur ki, mən hansısa kompromissə səs verəcəyəm ya keçmişlə ziddiyyətli olan bir şey edəcəyəm”.

Lakin Deniel Uebster qorxurdu ki, vətəndaş zorakılığıyalnız quldarlığın zəncirlə bağlanmasını daha güclü edəcəkdir”. Birliyin qorunub saxlanması, onun ürəyi üçün quldarlığa zidd olmaqdan daha əziz idi.

     (Ardı var)

 





03.02.2014    çap et  çap et