525.Az

"Quran"ı əzbərləsə edamdan qurtulacaq


 

"Quran"ı əzbərləsə edamdan qurtulacaq<b style="color:red"></b>

Səudiyyə Ərəbistanında ata oğlunun qatilini “Quran”ı əzbərləyəcəyi halda bağışlayacağını söyləyib.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ata həbsdə olan oğlunun qatilini ziyarət edərək hər kəsi şoka salıb. Övlad dərdini qəlbində basdıran valideyn cinayətkarı həbsxanada “Quran” ı əzbərlədikdən sonra əfv edəcəyini söyləyib. Edam cəzasına məhkum olan qatil hər an edamını gözləyərkən öldürdüyü şəxsin atasının onu ziyarət etməsindən təəcüblənib.

Məhkəmə və həbsxana işçiləri atanı bu fikrindən vaz keçirməyə çalışsa da o, qan qisasını qanla almaq istəmədiyini deyərək fikrində israrlı olduğunu söyləyib. “Quran”ı əzbərləyəcəyinə söz verən qatil daha sonra müjdəni gətirən mərhumun atası ilə qucaqlaşıb.

Qeyd edək ki, qatil Faysal Əl Amiri eyni məhəllədə yaşadığı Abdullah Əl Dosarini baş verən münaqişə əsnasında öldürüb.

Nigar Məhərrəm

 





16.10.2012    çap et  çap et