525.Az

Gəncəyə raket atılması nəticəsində ölənlər arasında bir məktəbli də var


 

Gəncəyə raket atılması nəticəsində ölənlər arasında bir məktəbli də var<b style="color:red"></b>

Ötən gecə Ermənistan Ordusunun növbəti dəfə Gəncəni ballistik raket atəşinə tutmasına nəticəsinə daha bir məktəbli həlak olub.

Bu barədə Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində məlumat verib:
 
“15 yaşlı Nigar Əsgərovanın sabah ad günü olacaqdı. Nigar Gəncə şəhəri 29 nömrəli tam orta məktəbin 10-cu sinfində təhsil alırdı. Bu gecə işğalçı Ermənistanın Gəncəyə raket hücumu nəticəsində evləri başına uçdu və Nigar balamız həlak oldu. Düşmən təcavüzü nəticəsində artıq 4 məktəblimiz həlak olub. Həlak olanlara Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirik!”

 





17.10.2020    çap et  çap et