525.Az

Rumıniyanın aparıcı KİV-ləri Ermənistanın Gəncəyə hücumundan yazır


 

Rumıniyanın aparıcı KİV-ləri Ermənistanın Gəncəyə hücumundan yazır<b style="color:red"></b>

Rumıniyanın aparıcı KİV-ləri, o cümlədən AGERPRES milli xəbər agentliyi, Dcnews xəbər portalı, ProTv televiziyası, Realitatea televiziyası, News24hours xəbər portalı, News.ro xəbər agentliyi, Hotnews xəbər portalı, MediaFax özəl xəbər agentliyi, Romania Tv televiziyası və digərləri AZƏRTAC-a istinadla Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni növbəti dəfə raket atəşinə tutması, dinc sakinlər arasında ölən və yaralananların olması barədə geniş məlumatlar, şəkillər, videolar yayıblar.

Bildirilir ki, Ermənistan silahlı qüvvələrinin gecə saat 1 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən qəsəbəni raket atəşinə tutması nəticəsində 10-dan çox insan həlak olub, 40-dan artıq insan yaralanıb, mülki obyektlərə və infrastruktura ciddi ziyan dəyib.v

 





17.10.2020    çap et  çap et