525.Az

Türkiyə-Azərbaycan Vizyon Teatrı yeni mövsümün ilk tamaşasını uşaqlara həsr edib


 

Türkiyə-Azərbaycan Vizyon Teatrı yeni mövsümün ilk tamaşasını uşaqlara həsr edib<b style="color:red"></b>

İstanbulda fəaliyyət göstərən Türkiyə-Azərbaycan Vizyon Teatrı yeni mövsümün ilk tamaşasını təqdim edib.

Bu barədə AZƏRTAC-a müsahibəsində tamaşanın rejissoru Kamalə Kamal məlumat verib. "Almaların sirri" adlı mövsümün ilk tamaşasının məhz uşaqlara həsr olunduğuna diqqət çəkən K.Kamal deyib: "Biz bu tamaşanı uşaqlar sevinsin, gülsün deyə hazırladıq. Lakin Gəncədə baş verən hadisələr və orada uşaqların qətlə yetirilməsi körpələrin gülüş səslərini kəsməyə yönəldi. İşğalçı ermənilər bizim uşaqlarımızın sevincini, gülüşünü onların əllərindən almaq istəyirlər. Hər bir azərbaycanlı kimi biz buna yol verməyəcəyik. Bizim uşaqlarımızın gülüş səsləri daha da ucadan eşidiləcək. Cəbhədən aldığımız xəbərlər isə göz yaşlarımızda kədərlə sevinc hissini bir birinə qatdı. 30 il erməni işğalı altında olan əzəli Azərbaycan torpağı, hamımızın canının bir parçası Qarabağımız geri qayıdır. Bu da bir daha onu göstərdi ki, heç bir qan yerdə qalmır. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev və şanlı Azərbaycan Ordusu Qarabağ uğrunda şəhid olan qardaşlarımızın qisasını almaqla yanaşı, bütün bu illər boyu gözü yolda qalan neçə-neçə ana və bacıların ürəyinə su səpir.Biz bu tamaşamızı dünya uşaqlarına, azərbaycanlı balalarımıza həsr edirik. Qoy ürəyi pisliklə döyünən hər bir kəs bilsin ki, uşaqların gülüş səslərini kəsə bilməyəcək".

Fuad Kazımovun ssenarisi əsasında hazırlanan tamaşanın rejissoru Kəmalə Kamal, xoreoqrafı Şəlalə Coşquntuna, musiqi və kostyum tərtibatçısı Lətafət Rafiqqızı, meneceri isə Elşad Haqverdidir.

 

 





20.10.2020    çap et  çap et