525.Az

Mənəvi Dəyərlərin Təbliği Fondu ianə kampaniyası elan edir


 

Mənəvi Dəyərlərin Təbliği Fondu ianə kampaniyası elan edir<b style="color:red"></b> Mənəvi Dəyərlərin Təbliği Fondu xaricdə yaşayan soydaşlarımızın müraciətlərini nəzərə alaraq, “Şəhid ailələrinə dəstək” ianə kampaniyasına başlayır.
 
Fonddan verilən məlumata görə, xaricdə yaşayan azərbaycanlılar şəhid ailələrinə dəstək məqsədilə Fondun xarici valyutada olan bank hesablarına ianə köçürə bilərlər.

Qeyd edək ki, şəffaflığın təmin edilməsi məqsədilə bank hesablarına daxil olan ianələr və onların istifadəsi ilə bağlı hesabat mütəmadi olaraq Fondun sosial media ünvanlarında yerləşdiriləcək.
 
Allah şəhidlərimizə rəhmət eləsin!
 
 





21.10.2020    çap et  çap et